Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    «Bu gün ölkəmizdə dini durumla bağlı problem yoxdur»
    Qazi Hacı Mirəziz Seyidzadə: «Ölkə rəhbərliyinin yürütdüyü siyasət nəticəsində insanlar vicdan azadlığı əldə ediblər – məscidlərimiz açıqdır, ibadət yerlərimizə getmək üçün heç bir problem yoxdur»

    Son günlər mətbuatda ölkədəki mövcud dini durumun guya gərgin olması ilə bağlı fikirlər səslənir. Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Qazi Hacı Mirəziz Seyidzadə hesab edir ki, bununla bağlı səslənən fikirlərin heç bir əsası yoxdur.

    - Ölkədəki mövcud dini durumu necə qiymətləndirirsiniz?

    - Hər şeydən əvvəl qeyd etmək istərdim ki, haqqı deməyin özü çox gözəldir. Peyğəmbərimizin çox gözəl bir kəlamı var: «Çətinlikdə haqq sözünü demək özü bir qəhrəmanlıqdır». O mənada bu gün görülən işlər göz qabağındadır. Sovet dövrü ilə indiki dövrü müqayisə etdikdə biz gərək Allaha şükür edək. O dövrdə bizi o qədər qapı arxasında saxlayıb, incidib, təqib ediblər ki. Bu gün biz müstəqillik dövrümüzdə bunların heç birini görmürük. Məscidlərimiz, mədrəsələrimiz, məktəblərimiz var. Bakı İslam Universiteti, onun şöbələri fəaliyyət göstərir. Bu, böyük bir azadlıqdır. Vaxt var idi, müqəddəs «Quran»ı köynəyimizin içində gizlədib samanlıqda dərs keçir, səhəri isə məktəbə gedərdik. Nə qədər böyük fərq var. Zaman, şərait çox gözəldir. Bizim ata-babalarımız həsrətlə bu dünyadan getdilər. Yəni onlar müqəddəs yerlərə gedə bilmədilər. Həcc ziyarəti bizim üçün demək olar ki, yaddan çıxmışdı. Dərs aldığımız din xadimləri Həcc ziyarəti məsələsi gəlib çatanda deyirdilər bu, qoy qalsın, onsuz da Həcc yolu bağlanıb və bunun əhəmiyyəti yoxdur. Amma bu gün minlərlə insan Həccə gedib-gəlir.

    Özü də qanunu bilən də gedir, bilməyən də. Lakin ən əsası odur ki, gedə bilirlər. Amma bizim ata-babalarımız buna həsrət qalmışdılar. Bu gün isə bunların hamısı bizim üçün 2-3 gün ərzində həllini tapır. Bu gün Avropada islama qarşı nələr eləmirlər. Ölkə rəhbərliyinin yürütdüyü siyasət nəticəsində insanlar vicdan azadlığı əldə ediblər – məscidlərimiz açıqdır, ibadət yerlərimizə getmək üçün heç bir problem yoxdur. Bu səbəbdən də dövlət qanunlarına etiraz etməyimiz, mənim əqidəmcə, düzgün deyil. Bizə bu qanunlara əməl etmək gərəkdir. Bizim dövlətimiz hicab taxılmasına qadağa qoymur. Hörmətli şeyxülislam bu məsələyə dini baxımdan şərh verib. Yəqin ki, orta məktəblərdə bu məsələ bu və digər şəkildə həllini tapacaq. Bu gün ölkəmizdə dini durumla bağlı problem yoxdur. Dövlət tərəfindən dini müəssisələrə xeyli yardım göstərilir. Məsələn, Təzə Pir məscidi yenidən təmir olundu. Halbuki, məscidlərimiz çox pis durumda idi. Bibiheybət məscidi yenidən quruldu. Halbuki vaxtilə sovet rəhbərliyi ora dinamit qoyub partlatmışdı. O dövrdə Bibiheybətin bir minarəsi var idisə, indi onun sayı iki olub. Allah ümummilli lider Heydər Əliyevə rəhmət eləsin. Hakimiyyətə gəldikdən sonra bizim milli dəyərlərimizə sahiblik etdi. Bu, dövlətin xidmətidir və onu danmaq olmaz. Bu, həqiqətdir. Eləcə də Mirmöhsüm Ağanın ziyarətgahına nə qədər vəsait qoyuldu. Məscidlərin təmiri saysız-hesabsız şəkildə həyata keçirilir. Bütün bunlar göz qabağındadır. Bunların hamısını dövlət həyata keçirir. Əgər dövlət istəməsə, kim bunu edər? Tək bu yaxınlarda Şamaxı məscidinin bərpasına 2 milyon manat vəsait ayrıldı. Mənim nöqteyi-nəzərimcə, bu gün ölkədə dini durum çox gözəl vəziyyətdədir. Bu ab-havanı korlamaq insafsızlıqdır. Bu gün bizim əqidəmizə həbs qoyulmayıb, bütün dini ayinləri açıq şəkildə yerinə yetiririk. Vicdan azadlığı hökm sürür. Biz bu həqiqəti görə-görə ona qarşı çıxa bilmərik. Ona görə də mən hesab edirəm ki, insanlar daha yaxşı fikirləşməlidirlər.

    - Ölkə rəhbərliyinin dinlə bağlı siyasətini necə qiymətləndirərdiniz?

    - Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanılması ilə bağlı siyasəti təqdirəlayiqdir. Onun apardığı siyasət Heydər Əliyev siyasətinin davamıdır. Dövlət başçısı hər bir dini tədbirdə çıxış edir. Qurban və Orucluq bayramlarını iki gün qeyd olunmasını müəyyən edib. Halbuki bir dövr var idi ki, biz qurbanları gecələr kəsirdik. Hökumət deyirdi ki, kimsə bir qurbağa kəssə belə bu, qurbanlıq kimi qəbul olunacaq. Elə dövrlər yaşayıb bizim xalq. İndi isə dövlət özü qurban kəsib əhaliyə paylayır. Bu gün heç kimə deyilmir ki, oruc tutma, namaz qılma. İbadət edən edir, etməyən də etmir. Həqiqi azadlığa şükür etməsək, bu, nankorluq olar. Bir var həqiqət, bir var nahaq. Bir şəxsiyyəti təhqir etmək onu öldürmək kimi bir şeydir. Verilən hüquqlardan istifadə edib dövlətçiliyin əleyhinə çıxmaq olmaz. Hamı bilir ki, siyasi partiyaların məqsədi hakimiyyətə gəlməkdir. Məgər mənim dövlətimdə bir naqislik var ki, sən hakimiyyətə gəlmək istəyirsən? Səndən qabaqkıların nə etdiklərini yaxşı gördük. Deyir: «Çörəyi ver çörəkçiyə, birini də üstəlik». Biz bu dövrləri yaşamışıq. Mən öz şəxsiyyətinə qiymət verən adamam. Hökumət mənə azadlıq verdi. Bakı İslam Universitetini açdım. Bütün bunların hamısına qiymət vermək lazımdır. Bu gün mən deyim ki, Azərbaycanda islam sıxılır, bu, naşükürlük olar.

     Mollaların attestasiyası davam etdiriləcək

    - Bir müddət öncə din xadimlərinin attestasiyasına başladınız. Bunun nəticələri necə oldu?

    - Qeyd etmək istərdim ki, bu proses əvvəllər də aparılırdı. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi neçə illərdir ki, attestasiya keçirirdi. O vaxt onları çağırıb idarədə attestasiya edirdik. Layiqli adamları – islamdan, ruhanilikdən xəbərdar insanların din xadimi olmalarına icazə verirdik. Hansılar ki, dindən xəbərsiz idilər, onları uzaqlaşdırırdıq. Bu dəfə QMİ rəhbəri Şeyxülislam Allahşükür Paşazadə məsləhət gördü ki, bunu bir qədər geniş miqyasda aparaq. İstəyirik ki, bu məsələdə bir paklıq, necə deyərlər şəffaflıq olsun. Ruhani cildinə girib bu işlə məşğul olanları uzaqlaşdırmaq istəyirik. Birinci olaraq elə cənub bölgəsindən başladıq. Nəticə də çox yaxşı oldu. Bilən bildi, bilməyən də uzaqlaşdırıldı. Yaxın günlərdə attestasiyadan keçənlərə vəsiqələr veriləcək. Keçməyənlər barədə isə yerli icra hakimiyyəti orqanlarına məlumatlar verilib. Onların haqqında inzibati qərar çıxarılması isə dövlətin işidir. Amma əldə etdiyimiz nəticə çox gözəldir. Ruhani cildinə girənlər, keçmişdə müxtəlif sənətlərdə çalışıb indi mollalığa pənah gətirənlər bu sahədən uzaqlaşdırılacaq. Müəyyən elmi təhsili olmayanlara mollalıqda yer yoxdur. Xaricdə dini təhsil alıb gələnlərə yüksək qiymət veririk. Kimin ləyaqəti yoxdur, onu bu prosesdən uzaqlaşdırırıq. Prosesi yaxın vaxtlarda davam etdirəcəyik. Fevral ayında başlayacaq növbəti attestasiya Muğan zonasını əhatə edəcək. Mən bu prosesə çox yüksək qiymət verirəm.

    Telekanallar milli-mənəvi dəyərlərimizə böyük zərbə vururlar

    - Ölkə telekanallarında və mətbuatda milli-mənəvi dəyərlərin işıqlandırılmasını necə qiymətləndirərdiniz?

    - Biz əsl həqiqətdə dəfələrlə iclaslarımızda, konfranslarımızda bu məsələyə toxunmuşuq. Bununla bağlı şəxsən mənim mətbuatda çoxsaylı məqaləm dərc olunub. Orada mili-mənəvi dəyərlərimizə zidd verilişlərə öz etirazımı bildirmişəm. QMİ rəsmisi kimi də biz hamımız müəyyən şeylərə öz etirazımızı bildirmişik. Bu gün televiziya tam şəkildə evlərimizə daxil olub. Böyüyən nəsil televiziyalara baxıb nə tərbiyə götürəcək? Övlad böyüdən ananı bu dərəcədə təhqir etmək olarmı? Telekanallar mini-mənəvi dəyərlərin korlanmasında böyük rol oynayırlar. Onlara etirazlara gəldikdə, bunlar yerindədir. Bizim xalqın tarixən formalaşmış milli-mənəvi dəyərləri var. Bu gün cavan-cavan qızların gəlib ekranda evlənmək istəməklərini bildirmələri fəlakətdir. Bu, alçaqlıqdır. Mən deyərdim ki, kiminsə burada maddi maraqları güdülür. Buna yol vermək olmaz. Özü də bizə bunu haradansa, hansısa ölkədən təlqin edirlər. Niyə bizim televiziyalarımız ortaya elə bir veriliş çıxarmır ki, Avropa oradan nəsə götürsün? Əksinə, həmin telekanallarda bir veriliş olan kimi, səhərisi bizim telekanallar bunu dərhal mənimsəyirlər. Biz əqidə cəhətdən zəifləmişik. Harada nəsə görürük, dərhal götürürük. Normal əxlaq sahibi həmin verilişlərə çıxmaz. Bu gün televiziyalar bizi tam şəkildə qane etmir. Biz həmişə bu sahədən yanıqlı olmuşuq. Məsələn, çağırırlar bizi televiziyalara münasibət öyrənirlər. Bir də səhər baxırsan hamısı kəsilib, yalnız özlərinə sərf edən hissəni saxlayıblar. Ona görə də mən həmin verilişlərə getmirəm. Bu günlərdə telekanallardan birinin əməkdaşı quşların ölümü ilə bağlı məndən münasibət öyrənmək istədiyini bildirdi. Özü də bunu qiyamət gününün yaxınlaşması ilə əlaqələndirirdi. Bu qədər də savadsızlıq olar? Məgər quşun ölümü ilə bağlı qiyamət günü yaxınlaşır? Qiyamət günü o deyil? Qiyamət günü kişilərin özlərini qadına çevirmələri, bir-birlərinə ərə getmələridir. Yəni məsələnin qoyuluşu da ağıllı olmalıdır. Bütün məsələlərə elmi surətdə yanaşmaq lazımdır. Televiziya və mətbuat orqanlarından xahiş edirəm ki, bir az həqiqəti ortaya çıxarsınlar. Heç din olmasın, əxlaq haqqında söhbətlər, verilişlər aparsınlar. Biz ana-bacılarımızın gözəlliyini niyə bu cür çılpaqlaşdırmalıyıq? Mən deyirdim, ən gözəl əxlaq pərdəlik əxlaqıdır. Ona görə də mən bir insan kimi yaşananlardan narahatam.

    - Son günlər bəzi mətbuat orqanlarında ölkədə dini durumun gərgin olduğu barədə fikirlər səslənir. Səhv etmirəmsə, Qafqaz Müsəlmanları İdarəsinin bu fikri rədd edən bəyanatı da oldu...

    - Mən deyərdim ki, bu bəyanat yerində verilmiş bir bəyanatdır. Allah öz Quranında da bildirir ki, Allaha və onun peyğəmbərinə və sizdən olan rəhbərlərə tabe olun. Bu, din rəhbəri də ola bilər, dövlət rəhbəri də. İnsan nəyəsə etiraz, tənqid edə bilər. Həzrət Əli də buyurub ki, məni tənqid elə, amma təhqir etmə. Dövlət rəhbərini müsəlmanların nifrət etdiyi bir şəxsə bənzətmək böyük cinayətdir. Bu, dövlət rəhbəridir, xalqın seçdiyi bir şəxsdir, onun qarşısında gedən bir şəxsdir. Bu gün Azərbaycanın dünya miqyasında yeri və sözü var. Ona görə də insan fəxrlə baxır ki, mənim belə bir vətənim var. Hər bir insan söz deyəndə onun əvvəli və axırını düşünməlidir. Bu gün sənin mənimlə işin varsa, bunu mənimlə et, ailəmə toxunma. Mən özüm də o bəyanatın verilməsində bir Qazi kimi iştirak etmişəm. Orada hələ deyilməyən sözlər çoxdur. Mən yenə deyirəm, dövlətlə dövlətçilik etmək olmaz. Dövlətin içində dövlət qurmaq mümkün deyil. Nədən narazısınızsa, onu ortaya qoyun, əsaslandırın. Kiminsə diktəsi ilə danışmaq mənim xoşuma gəlmir. Hər kəs öz millətinin, xalqının qədrini bilməli, dövlətinə hörmət etməli, yaşadığı vətəni sevməlidir. Çünki vətəni sevmək imandandır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 678
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30