Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ona hamımızın borcu var…
    Mən öz borcumu qismən də olsa verməyə çalışıram
    Söhbət Azərbaycan xalqının taleyində müstəsna rolu olmuş ümummilli liderimiz HEYDƏR ƏLİYEVə olan borcumuzdan gedir
    İllər sürətlə hiss olunmadan səssiz-səmirsiz keçib gedir. Zamanın axarı elədir ki, heç nə onun qarşısını ala bilməz. Biz istəsək  də, istəməsək də ən gərgin, ən ağrılı, hətta ən xoşbəxt və qayğısız günlərimiz belə bizdən uzaqlaşır, xatirəyə çevrilir.
    Bizdən keçib gedən, təkcə ayrı-ayrı adamların həyatında deyil, bütün xalqın taleyində iz buraxmış hadisələr tarix olur. Və sonrakı nəsillər həmin tarixin dərslərini öyrənməyə cəhd göstərirlər. Gələcək o vaxt ağrılı və iztirablı olur ki, insanlar olub-keçənlərdən qədərincə ibrət götürüb yeni gələn nəsillərə bu ibrət dərslərini öyrədə bilmirlər.

    Sanki dünən idi. Azərbaycan stress vəziyyətinə düşmüş, bütün insanlar əsəbi halda sabaha ümidlərini itirməkdə idilər. Doğrudur, biz - həmin dövrün şahidləri bu gün yaşayırıq. Nəyi görmüşüksə, onu yaddaşımızda çözələyir, fikir yürüdürük, hadisələrə hər kəs öz prizmasından, hətta bəzən siyasi mövqeyindən asılı olaraq qiymət verməyə çalışır. Çox vaxt bu qiymətlər subyektiv olur, əslində, tarixi həqiqəti qədərincə əks etdirmir. Bəs nə etməli? Tarixə obyektiv qiymət vermək üçün birinci növbədə hadisələri vaxtında araşdırmaq, vaxtında salnaməyə köçürmək lazımdır. Bəzən deyirlər ki, türk dünyası öz tarixini qılıncı ilə yazıb, onun qələmə ehtiyacı olmayıb. Mən bu fikrin qəti əleyhidarıyam. Əgər belədirsə, Orxon-Yenisey abidələri, Mahmud Kaşairinin lüğəti, Azərbaycan tarixində, həm mənəvi, həm sosial, həm siyasi həyatında müstəsna yeri olan tarixi abidə – Kitabi-Dədə Qorqud nədir?  Bəs bunlar bizim tariximiz deyilmi? Sadəcə həmin tarixi Vətən təəssübkeşliyi ilə, milli-mənəvi dəyərlərə söykənməklə araşdırmaq, yeni dünyanı istədiyi səviyyədə dünya xalqlarının özünə çatdırmaq lazımdır. Çox vaxt bu vacib məsələlərin öyrənilib, dünyaya çatdırılmasında gecikirik.
    Buyurun, ermənilər türklərin onları soyqırımı etmələri haqqında bar-bar bağırır, dünyaya car çəkirlər. Hətta 15 ölkənin parlamenti bu yalançı soyqırımı faktını təsdiq etməkdədir. İndi biz bu məsələdən düzgün nəticə çıxartmağın vaxtının yetişdiyini dərk etməliyik. Əgər bu gün Heydər Əliyev haqqında əsl həqiqəti yaza bilməsək, onun gələcək nəsillər üçün ibrət kitabı ola biləcək ömrünün hər bir anını tarixi səhnədə çevirib yaddaşa yaza bilməsək, bədxahlarımız onun tarixi xidmətlərini çox asanlıqla danmağa çalışacaqlar. Biz bunun üçün bir an da gecikməyəcəyik. Hər bir Azərbaycan ziyalısı bu sahədə öz üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışmalıdır. Mən o fikirdə deyiləm ki, bu asan məsələdir. Xeyr, bunun da öz çətinliyi var. Nəinki, mənəvi çətinliklər, müxtəlif problemlər, hətta maddi çətinliklər belə bəzən ziyalıların qabağını kəsir. Ancaq o zaman ki, xalqın tarixi taleyindən söhbət gedir, bu yöndə fədakarlıq göstərməmək, ən azı Vətənini qorumayan əsgərin fərariliyinə bərabərdir.
    Bəlkə də, mən bir qədər kəskin danışıram. Ancaq nə edəsən ki, illərdən bəri apardığım müşahidələr, gördüklərim, həyatımda qarşıma çıxan maneələr bütün bunları mənə deməyə məcbur edir. Azərbaycanın müstəqilliyinin əbədiliyini istəyənlər, Vətənimizin bütövlüyünü istəyənlər, ölkəmizdə əmin-amanlıq tərəfdarı olanlar fikrimə şərik ola bilərlər.
    «Görkəmli adamların həyatı» seriyasından «Heydər Əliyev» kitabını moskvalı qələm dostum Viktor Adrianovla işləyərkən bir çox çətinliklərlə dəfələrlə üzləşməli oldum. Mən həqiqəti deməyə çalışacam. Moskva ziyalıları arasında Heydər Əliyevi sevənlər də çoxdur. Fəqət onu da deməyə məcburam ki, Moskvada erməni lobbisi çox güclüdür. Və onlar rus ictimai fikirinə kifayət qədər təsir etmək iqtidarındadırlar. Onlar nəinki Heydər Əliyev haqqında, hətta sıravi bir Azərbaycan ziyalısı haqqında belə danışanda narahat olur, əmma qoymağa cəhd göstərir və öz cəhdlərində israrlı olurlar. Onlar hətta sovet dövrü ilə bağlı elə faktları gözümüzə soxmağa cəhd göstərirlər ki, bununla Heydər Əliyevin nüfuzuna xələl gətirə bilsinlər. Halbuki, o faktların özündə belə Heydər Əliyev dühasının böyüklüyü görünürdü, Heydər Əliyev şəxsiyyətinin qüdrəti öz parlaqlığı ilə seçilirdi.
    70-80-cı illərdə Moskvada Mərkəzi Komitədə, Siyasi Büroda qəbul edilən qərarlara Heydər Əliyevin münasibətini özləri bildikləri şəkildə, özlərinə sərf edəcək səviyyədə şərh etdirirlər. Əlbəttə, mən və mənimlə həmrəy olan redaksiya üzvləri onların müqavimətini qırmağa çalışır və əks arqumentlərlə sübut edirdik ki, heç də məsələ onların dedikləri kimi deyil. Sovet dövrü liderləri sırasında Heydər Əliyev hər hansı məsələyə münasibətində prinsipial və obyektiv olmağa çalışıb və demək olar ki, öz mövqeyini həmişə qoruyub saxlamışdır. Və nəinki mövqeyini qoruyub saxlamış, həm də qəbul olunan qərarların cəmiyyətə, insanlara faydalı olması üçün əlindən gələni əsirgəməmişdir.
    Yeri gəlmişkən, onu da qeyd edim ki, ermənilərin təsiri altında olan adamlar nüfuzlu seriyada Heydər Əliyev haqqında kitabın buraxılmasına qətiyyən razılaşmırlar. Hətta nəinki Heydər Əliyev haqqında, heç Azərbaycanın ən görkəmli şairinin haqqında belə kitabın yazılmasına razı olmazdılar.
    Dostum, xalq yazıçısı Elçin Əfəndiyevin söhbət zamanı danışdığı bir hadisəni də yada salmaq istərdim. Elçin müəllim söhbətində dedi ki, 70-ci illərdə Azərbaycan MK-nın qərarı olmasına belə baxmayaraq, böyük Azərbaycan şairi Füzuli haqqında həmin seriyada kitab buraxılmasına nail ola bilmədik. Bütün bunlar onu göstərir ki, bugünkü çətinliklərin, problemlərin kökləri çox əvvəllərə gedib çıxır.
    Bəli, indi artıq həmin çətinliklər və probemlər arxada qalmışdır. Kitab işıq üzü görmüşdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 82-ci ildönümü günlərindəm- yəni elə bu günlərdə kütləvi şəkildə öz oxucularına çatdırılacaq.
    Mən Heydər Əliyev mövzusunda ardıcıl olaraq yazmağımla fəxr edirəm. Liderin həyatının ən müxtəlif tərəflərini onun böyük mübarizələrinə həsr etdiyim «Amalın işığında», «Millətin atası», «İşığın izi ilə», «Bir günəş var», «Zəfər yolu» ədəbi-publisistik düşüncələrimdə və esselərimdə işıqlandırmağa çalışmışam. Hiss edirdim ki, sözümü hələ axıracan deməmişəm. «Görkəmli adamların həyatı» seriyasından «Heydər Əliyev» kitabının yazılması da mənəvi borcumu axıracan vermək istəyimdən doğmuşdur.
    İnsan həyatı boyu zaman-zaman özünü dərk etdikcə valideyinləri, xalqı, Vətəni qarşısında öz borclarını verməyə çalışır. Hər kəs dərk etməlidir ki, ən böyük borc Vətənin xilaskarı, xalqın taleyində müstəsna xidmətləri olmuş liderlər haqqında tarixi həqiqəti gələcək nəsillərə düzgün çatdırmaqdır. Bu mənada yuxarıda dediyim kimi biz hamımız Heydər Əliyevə borcluyuq.
    Ədalətsizlik olardı, «Heydər Əliyev» kitabının ərsəyə gəlməsində mənə kömək göstərmiş şəxslərə bu barədə ilk dəfə danışdığım üçün minnətdarlıq bildirməsəydim. Bu çətin işdə məqsədə çatmaqda ən müxtəlif peşə və sənət sahiblərinin köməyindən bəhrələnmişəm. Arxiv sənədlərinin əldə edilməsində, ayrı-ayrı vaxtlarda mətbuatda dərc olunmuş materialların toplanmasında köməkliklər olmasaydı, bəlkə də, görülmüş işlər yarımçıq qala bilərdi. Axı istər obyektiv, istərsə də subyektiv fikirlər, istər qərəzli, istər qərəzsiz mövqedən yazılmış qərarlar diqqətlə öyrənilməlidir ki, düzgün nəticə çıxara biləsən.
    «Görkəmli adamların həyatı» seriyasından «Heydər Əliyev» kitabının işıq üzü görməsini hədsiz sevinclə gözləyirdim. İndi bu şirin duyğuların təsiri altında danışmaq bəlkə də, o qədər çətin deyil. Ancaq bu gün çətin olmayanı demək üçün necə böyük çətinlikləri dəf etməlisən.
    «Heydər Əliyev» kitabını qələm dostum Viktor Andryanovla birlikdə yazmaqla böyük Heydər Əliyevin böyük xidmətləri qarşısında borclarımdan birini qaytarmağa qismən də olsa cəhd göstərmişəm. Ancaq nə yazılıbsa, nə deyilibsə, necə yazılıbsa, necə deyilibsə bunu oxucu deyə bilər. Əlbəttə, diqqətli, ağrılı-acılı yaradıcılıq anlarının çətinliklərini bilən oxucu…
    Hüseynbala MİRƏLƏMOV
    Millət vəkili

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 827
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30