Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Elmir Quliyev: «Son illər Azərbaycanda dini təhsil sistemində müsbət irəliləyişlər nəzərə çarpır»
    Bir neçə gün əvvəl milli islamşünas, Quranı rus dilinə tərcümə etmiş fəlsəfə doktoru Elmir Quliyev «İlahiyyat təhsilində müəllimlərin ixtisasının artırılması və pedaqoqun rolunun gücləndirilməsi» mövzusunda beynəlxalq konfransda iştirak etdiyi Moskva şəhərindən qayıdıb. Müxbirimiz səfərdən aldığı təəssüratlarını, Azərbaycanda və xaricdə islam təhsilinin gələcəyinə dair fikirlərini bizimlə bölüşməyi ondan xahiş edib.

    - Elmir bəy, Moskvadakı konfrans kim tərəfindən təşkil olunmuşdu və orada kimlər iştirak edirdi?

    - Konfransı Moskva İslam Universiteti ilə Sankt-Peterburq Dövlət Universiteti birgə təşkil etmişdi. Bu artıq üçüncü belə tədbirdir və çox ehtimal ki, ənənə halını alacaqdır. Forum iştirakçıları arasında Rusiya Müftilər Şurasının sədri, müfti Ravil Qaynuddin, İslam Təhsili Şurasının sədri, Moskva İslam Universitetinin rektoru Marat Murtazin, Böyük Britaniya, İndoneziya, Pakistan, Türkiyə, İran və Səudiyyə Ərəbistanından olan nüfuzlu ilahiyyatçılar, Rusiya dövlət strukturlarının və ali təhsil müəssisələrinin nümayəndələri də var idi. Təşkilatçıların müzakirəyə çıxardığı problemin aktuallığı, zənnimcə, heç bir şübhə doğurmur. Rusiyada və ümumiyyətlə, postsovet məkanında dini təhsilin inkişafı bu gün ölkələrimizin müsəlman əhalisi qarşısında duran ən mühüm vəzifələrdən biridir. Rusiyada da bu addımın əhəmiyyəti ən yüksək səviyyədə dərk edilir.

    Təsadüfi deyil ki, Rusiyada islam təhsilinə dair həyata keçirilən bir çox layihələr İslam Elmi, Mədəniyyəti və Təhsilinə Yardım Fondu tərəfindən və RF Prezident Administrasiyasının güclü nəzarəti altında maliyyələşdirilir. Çünki söhbət yalnız ilahiyyat və ya dinşünaslıq məktəbinin təşəkkülü və inkişafından getmir. İslam təhsil ocaqları və mədrəsə dini maarifləndirmə sistemində mühüm bənddir. Onun məqsədi millətin mənəvi cəhətdən sağlamlaşdırılması, ənənəvi mənəvi-əxlaqi dəyərlərin möhkəmləndirilməsi, insan və cəmiyyət əleyhinə dini amildən istənilən şəkildə istifadə cəhdinin qaşısının alınmasıdır.


    - Son zamanlar Siz Rusiyadakı təhsil layihələrinə fəal şəkildə cəlb olunmusunuz. Bu, Sizin tərcümənizin (Quranı) məşhurluğu, yoxsa Rusiyada islamşünasların kifayət qədər olmaması ilə bağlıdır?

    - Bu gün Rusiyada, eləcə də Azərbaycanda peşəkar islam təhsili sistemi təşəkkül mərhələsindədir. Buna görə də ixtisaslı kadrların azlığı olduqca təbii müvəqqəti haldır. Əsas odur ki, rusiyalı məmurlar və Rusiya Müftilər Şurasının başçıları əməkdaşlığa hazırdır və tədris proqramlarının, vəsaitlərin hazırlanması və təhsil prosesinin təkmilləşdirilməsi üçün xarici mütəxəssisləri cəlb edirlər. Əlbəttə ki, bu zaman Rusiya reallıqları, rusiyalı müsəlmanların mədəni ənənələri, onların tələbatları və obyektiv imkanları nəzərə alınır. Artıq bu gün Rusiyada tədrisin vahid dövlət təhsil standartı əsasında həyata keçirildiyi yeddi islam universiteti və otuzdan çox mədrəsə fəaliyyət göstərir. Noyabr ayının sonunda həmin ali təhsil ocaqları və mədrəsələrin müəllimləri üçün ixtisasartırma kursları təşkil olunmuşdu. Mənə həmin kurslarda «Quranşünaslıq» fənninə dair mühazirələr oxumaq həvalə edilmişdi. Mühazirəçilər arasında həmçinin tanınmış rus ərəbşünasları prof. D.V. Frolov, prof. O.İ. Redkin, prof. T. İbrahim, ərəb dili üzrə dərs vəsaitlərinin tanınmış müəllifi V.V. Lebedev də var idi. İnanmaq istərdim ki, bu cür başlanğıclar davam etdiriləcək və daimi olacaq, çünki, təəssüflər olsun ki, son iyirmi ildə bütün postsovet məkanında şərqşünaslıq məktəbləri olduqca geriləyib.


    - Elmir bəy, iki il bundan əvvəl Siz Moskva şəhərində «İslamşünaslıq» dərsliyini təqdim etmişdiniz. Hal-hazırda ondan dərs vəsaiti kimi istifadə edilirmi? Çünki Rusiya məktəblərində artıq dini mədəniyyətin əsasları fənni tədris olunur.

    - Doğrudur, Rusiyanın bir neçə regionunda 4-5-ci sinif şagirdləri artıq pravoslav, yaxud da valideynlərin istəyi ilə islam və ya digər ənənəvi dini mədəniyyətlərin əsaslarını öyrənirlər. Güman edilir ki, yaxın illərdə bu praktika bütün RF ərazisində tətbiq olunacaq. Bu məqsədlə Moskvada və bir sıra regionlarda tədris proqramları və islam mədəniyyətinin əsaslarına dair dərs vəsaitləri hazırlanıb. Lakin bizim «İslamşünaslıq» kitabı onların sırasına daxil deyil. Bu kollektiv əmək islam mədəniyyətinin əsaslarını tədris edən müəllimlər üçün nəzərdə tutulub. Onun əsasında islam ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulmuş başqa bir dərs vəsaiti – «İslam. Məhəmməd Peyğəmbərin tərcümeyi-halının, Quran və hədislərin, şəriət və dini ayinlərin tarixinin qısa xülasəsi» hazırlanmışdır. Yeri gəlmişkən, Moskvadakı konfrans çərçivəsində Moskva İslam Universitetinin hazırladığı kitabların təqdimat mərasimi keçirildi və sözügedən kitab da elmi ictimaiyyətə təqdim olundu. Deməli, artıq o, dərs vəsaiti kimi də istifadə edilir.


    - Necə düşünürsünüz, islam mədəniyyətinin əsaslarının tədrisinin Rusiya təcrübəsi Azərbaycanda faydalı ola bilərmi?

    - Din sahəsi olduqca səciyyəvidir və zənnimcə, hər bir dövlət obyektiv və subyektiv amilləri nəzərə alaraq, öz şəxsi yolunu tapmalıdır. Əlbəttə, Türkiyə və ya Rusiya kimi xarici dövlətlərin təcrübəsini öyrənmək vacibdir. Ölkəmizdə dini vəziyyətə müsbət təsir edə biləcək nailiyyətləri mənimsəmək də lazımdır. Lakin göstərilən sahədə bütünlüklə xarici təcrübəyə əsaslanmaq, mənim fikrimcə, sadəlövhlük və yanlışdır. Son illər Azərbaycanda dini təhsil sistemində müsbət irəliləyişlər nəzərə çarpır. Bildiyiniz kimi, Bakı İslam Universiteti, nəhayət ki, Təhsil Nazirliyindən lisenziya almağa müvəffəq olub. Azərbaycan mütəxəssisləri tərəfindən islam tarixi, təfsirin əsasları, hədisşünaslıq və s. kimi bir neçə şəriət fənninə dair dərs vəsaitləri hazırlanmışdır. Artıq bir ildən çoxdur ki, biz Azərbaycan dilində quranşünaslığa dair dərs vəsaitinin hazırlanması üzərində işləyirik. Ümidvaram ki, o, mütəxəssislər tərəfindən tədqiq edilərək, ilahiyyat və şərqşünaslıq fakültələrinin tələbələrinə tövsiyə olunacaq.


    Müsahibəni apardı
    İskəndər Quliyev

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 891
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30