Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bu il Azərbaycan üçün nə olmalı idi, nə oldu?
    Artıq 2010-cu ili yola salmaq ərəfəsindəyik. Bu il əvvəlki illərlə müqayisədə siyasi proseslərin dinamikliyi ilə yadda qaldı. Bu baxımdan da ölkə ictimaiyyətində xüsusilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində 2010-cu ilə daha çox ümidlər var idi. Milli Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa KƏLAMİNFO-ya müsahibəsində bildirib ki, bu il istər-istəməz daha çox seçki ili kimi yadda qaldı. Millət vəkili deyir ki, ümumilikdə ölkə daxili sabitliyin qorunması prinsipilə seçkilərə hazırlıq və onun uğurla keçirilməsi 2010-cu ildə Azərbaycan dövlətinin daxili siyasətinin başlıca meyarını təşkil etdi. “Bu baxımdan düşünürəmki, bu halı uğurlu hesab etmək olar”,-deyə F.Mustafa vurğulayıb. Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi bu ildə Azərbaycan siyasətində əsas arqument xarici siyasətin aktuallığı olub. “Buna səbəb də artıq neçə illərdir yaşadığımız Dağlıq Qarabağ məsələsinin həll olunmamasıdır. Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin baş tutmasına baxmayaraq danışıqlarda heç bir irəliləyiş əldə olunmadı. Əksinə, cəbhə bölgəsində itkilərə məruz qaldıq.

    Bütün sadalananların yekunu kimi ilin sonunda Astana sammitində Qarabağ problemi ilə neçə illərdir məşğul olan ATƏT-n Minsk Qrupunun fəaliyyətinin həddindən artıq passiv dəyərləndirilməsi hesab edirəm Azərbaycan üçün ciddi narahatlıq kimi qəbul olunmalıdır”,-deyə deputat bildirib. F.Mustafa hesab edir ki, bütövlükdə 2010-cu il Azərbacan üçün gələcəyə ümid yaratdı Politoloq Qabil Hüseynli isə, Azərbaycan üçün bu ilin siyasi uğuru kimi Türkiyə ilə “Strateji əməkdaşlıq” haqqında müqavilənin imzalanmasını vurğulayır. O, qeyd edir ki, bu əməkdaşlığın rəsmiləşdirilməsi ilə, artıq bu ildən etibarən Türkiyənin regionda Azərbaycanın xeyrinə rolu artacaq və bununla da iki ölkə arasında çox ciddi hərbi əməkdaşlığın bünövrəsi qoyulacaq. “Ümumilikdə isə, 2010-cu il Azərbaycan da daxil olmaqla türkdilli ölkələr arasında siyasi inteqrasiya əlaqələrinin daha ciddi formada güclənməsi ilə yadda qaldı”,-deyə ekspert vurğulayıb. Q. Hüseynli deyib ki, bu il Qarabağ probeminin həllinə böyük ümidlər bəslənilən ATƏT-n Astana sammiti iflasa uğradı. “Mən deyərdim ki, bu sammit hətta danışıqlar prosesini daha da çıxılmaz vəziyyətə saldı. Beləliklə xarici siyasətimizdə Dağlıq Qarabağ problemi ilə bağlı vəziyyət daha da gərginləşdi və müharibə ehtimalı gücləndi. Hazırda Qarabağ məsələsi ətrafında danışıqlardan çox müharibənin nə vaxt olub olmayacağı barədə söhbətlər gedir. Bütün bunlar isə Azərbaycan üçün məyus edici məsələlər sırasına daxildir”,-deyə ekspert əlavə edib. Poltoloqun bu ili daha çox regionda ictimai-siyasi münasibətlər sisteminin dağıdılması kimi dəyərləndirir. “Bu gün artıq Azərbaycanın siyasi gündəmi dəyişib. Artıq söhbət demokratiyadan, sosial-iqtisadi problemlərdən getmir. Bu gün söhbət çadradan, hicabdan gedir. Bu artıq təhlükəli tendensiyadır. Kimlər tərəfindən olmasından asılı olmayaraq kənardan və ya içəridən bu mövzu gündəmə gətirilib. Bununla da onlar siyasi münasibətləri, ictimai-siyasi mübarizəni artıq bu müstəviyə keçirmək istəyirlər. Bu, bütünlükdə cəmiyyətin problemidir. Ancaq ən çox hakimiyyətin. Söhbət təkcə hicabdan getmir. Söhbət onun arxasındakı siyasi məqsədlərdən gedir”,-deyə Q.Hüseynli bildirib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 447
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30