Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Alicənab insan, fədakar alim və ictimai xadim
    Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb
    Yazıya giriş, yaxud ön söz əvəzi Həmişə İsa müəllim haqqında söhbət düşəndə, nədənsə yadıma XIX əsrin axırları XX əsrin əvvəllərində yaşayan, millət, xalq üçün fədəkarlıq, canıyanarlıq nümunəsi göstərən ziyalılar düşür: Mirzə Cəlil, Hüseyn Cavid, Eynəli bəy Sultanov, Məhəmmədağa Şahtaxtılı, Məhəmməd Tağı Sidqi və digərləri. O ziyalılar ki, öz dövrlərində və sağlıqlarında millətin savadlanması, xalqın qəflət yuxusundan oyanması, məmləkətin inkişaf etməsi naminə təmənnasız olaraq çoxlu işlər görüblər. Onlar həqiqi mənada milli mənafeyə xidmət etməyin bariz nümunəsini ortaya qoyublar.

    Hətta bu yolda yeri gəldikcə öz var-dövlətlərini, mülklərini də əsirgəməyiblər. XX əsrin ayrı-ayrı dövrlərində isə Əziz Şərif, Qulam Məmmədli, Mirzə İbrahimov, Əli Vəliyev, Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Abbas Zamanov kimi alim və yazıçılar da bu missiyanı şərəflə yerinə yetiriblər. Akademik İsa Həbibbəyli də məhz belə bir qaynar mühitdən, elmi məktəbdən dərs alıb. Bu baxımdan ötən əsrin 70-ci illərindən onun elmi və ədəbi mühitin diqqətini cəlb etməsi təsadüfi olmayıb.
    Yaxşı yadımdadır ki, səksəninci illərin əvvəllərində mən ali məktəbdə təhsil alanda yaşlı və dünyagörmüş müəllimlərimizdən biri onun haqqında uzaqgörənliklə geniş auditoriya qarşısında belə bir ifadə işlətmişdi ki, bir vaxt gələcək Naxçıvan elmi mühitini, daha doğrusu regionda fəaliyyət göstərən bu ali təhsil ocağını daha çox İsa müəllimin adı ilə tanıyacaqlar. Ondan təxminən on iki-on beş il sonra isə bu deyilənlər öz təsdiqini tapdı. Filologiya elmləri doktoru İsa Həbibbəyli aydın səmadakı parlaq ulduzlar tək diqqəti cəlb etməyə başladı. Ölkəmizin görkəmli, nüfuzlu elm və sənət adamları mətbuatda onun haqqında yüksək və dolğun fikirlər söyləməyə başladılar. Son illər, 42 yaşlı Naxçıvan Dövlət Universiteti də onun şöhrəti və nüfuzu ilə dünyanı dolaşır. Cari ilin əvvəllərində bu ali təhsil ocağının “Minilliyin Universiteti” beynəlxalq mükafatına layiq görülməsi də bu əməyin layiqli bəhrəsi olub.
    Mayası xeyirxahlıqdan və  yaxşılıqdan yoğrulan insan
    Deyirlər, böyük adamlar həmişə sadə, xeyirxah, humanist və alicənab insanlar olurlar. Başlıcası isə onlar böyük ürək sahibi olurlar. Mən bu qənaətə ilk dəfə ali təhsil aldığım illərdə gəlmişəm. Təxminən otuz il bundan əvvəl bizə dərs deyən müəllimlər arasında tarix elmləri doktoru, professor İsak Məmmədov adlı birisi də var idi. İnsafən, savadlı, dünyagörüşlü və xeyirxah insan idi. Başlıcası isə öz peşəsini və ixtisasını qəlbən sevirdi. Auditoriyada dərs danışdıqca şam kimi yanımlı bir ömür yaşayırdı. Tələbkar olduğu qədər də sadə və səmimi bir insan idi. Bu mənada onu digər müəllimlərimizdən qat-qat əziz və doğma bilirdik. Elmdə savadı, qabiliyyəti, təşkilatçılıqda bacarığı, insanlıqda xeyirxahlığı və humanistliyi, dostluqda sədaqəti və etibarı az olan bir çox müəllimlərimiz kimi o heç də böyük iddialarla, cılız hisslərlə, quru təkəbbürlə, lövğalıqla yaşamırdı. Görkəmli və fədəkar alim İsa Həbibbəylidə isə bu cür ali və insani keyfiyyətlər daha çoxdur. O, mənalı və şərəfli ömrünü də bu millətin işıqlı gələcəyi üçün xərcləyir. Sanki xislətinin xamırı, mayası da xeyirxahlıqdan, yaxşılıqdan yoğrulub. Bu mənada onu müasir dünyamızın böyük düha sahibləri ilə müqayisə etmək olar.
    Böyük düha sahibləri özlərinə məxsus fikirləri, aforizmləri, kəlamları ilə də tanınıblar. Məsələn, dünyanın məşhur fiziklərindən biri olan A. Eynşteynin belə bir kəlamı var: “Mən heç zaman inana bilmərəm ki, Allah dünyanı zər atmaqla yaradıb”. Bu cür adamların ictimai-siyasi həyata baxışları və ayrı-ayrı mövzularda danışıqları da bir növ qaynar bulağı xatırladıb. Elə götürək məşhur alimimiz Azad Mirzəcanzadəni. Danışıqlarında, söhbətlərində o ifadə etdiyi hər bir sözü, kəlməni qram-qram, zərrə-zərrə beyinlərə yeritməyə çalışırdı. İsa müəllimin ibrətamiz kəlamlarından birisi ondan ibarətdir ki, “mənə iynənin ucu boyda işıq yeri verin, insanlara yaxşılıq edim”. Bu imkandan da sözün gerçək mənasında maksimum dərəcədə istifadə etməyə çalışır. Yaxşı kəlamlarından birisi də öz xeyir-duası ilə bağlıdır. Birisini uğurları münasibəti ilə  təbrik edəndə “Dövlətimiz, cəmiyyətimiz, millətimiz üçün xeyirli və gərəkli olsun”,-deyir.
    Çox hallarda belə adamların bacarıq və qabiliyyətlərini “ilahi bir varlıq” da hesab etmişik. Çünki bu cür insanlar işləməkdən, yaratmaqdan, nəinki yorulmurlar, ondan “ləzzət” almağı bacarırlar və hər gün yeni-yeni ideyalarla çıxış edirlər. Yaxşı yadımdadır ki, bir dəfə Türkiyənin Antalya şəhərindən İstanbula təyyarə ilə gedərkən vaxt azlığından İsa müəllim 40 dəqiqəlik uçuş müddətini də yazı-pozu işlərinə həsr etmişdi.
    Tədqiqatçı jurnaslist, istedadlı  publisist   İsa müəllimi həm də yaxşı qəzetçi, jurnalist, naşir kimi də tanımışam. Elə düşünürəm ki, bu gün də mətbuat tariximizdə onun qədər xidmətləri olan alim-ziyalı tapmaq çətin məsələdir. Özü də müsahibələrinin birində belə söyləyib ki, qəzetçilik mənim üçün “ikinci universitet” olub. O təkcə “Molla Nəsrəddin” jurnalının tədqiqi ilə məşğul olmayıb. Bu sırada “Füyuzat”, “Şərqi-Rus”, “İrşad”, “Yeni yol” və digər qəzet-jurnallar da olub. Son illər Naxçıvan mətbuatının da ciddi tədqiqat obyektlərinə çevrilməsində onun böyük xidmətləri vardır.
    1969-cu ildə-20 yaşında ikən qələmə aldığı, o zaman respublikanın ən nüfuzlu mətbu orqanlarından biri olan “Kommunist” qəzetində dərc olunan “Arpaçayı daşa bilməz...” mənsur poeması isə milli publisistikamızda yeni janrın əsasını qoyub. O, bu əsəri ilə  doğulub-boya başa çatdığı bölgənin tarixi, təbiəti, mədəni irsi və sosial-iaqtisadi həyatı barədə dolğun və təsirli mənzərə yarada bilib.  Təsadüfi deyil ki, o zaman SSRİ Jurnalistlər İttifaqının keçirdiyi yaradıcılıq müsdabiqəsində də həmin poema mükafata layiq bilinib. Amma çox təəssüf ki, sonrakı illərdə müəllif bu cür qaynar və çoşğun publisistikanı elmə qurban verib. Halbuki Azərbaycan Yazıçılar Birliyinin istedadlı və qabiliyyətli üzvlərindən biri olub.  Publisistika sahəsində yaradıcılığına görə “Məmməd Araz” mükafatına layiq görülüb.
     Müasir dövrümüzdə ictimai-siyasi xadim kimi İsa müəllim qələmini daha çox siyasi publisistika janrında və analitik təhlilli yazılarda sınayır və bu sahədə də özündən “mənəm-mənəm” deyən siyasətçilərə, qələm sahiblərinə “dərs” keçir. Bu mənada da tanınmış yazıçı-jurnalist, millət vəkili Bəxtiyar Sadıqov onu “orijinal təfəkkürlü siyasətçi” hesab edir.
    Müəllif öz yazılarında müstəqil dövlətçilik ideyaları ilə elmi fikri bir araya gətirir. Tarixi mövzularda yazdığı bir çox yazılar isə tarixçi alimlər üçün əsl nümunə və dərsdir. Bu sırada ölkənin nüfuzlu mətbu orqanlarında dərc olunan “İrəvan şəhəri: olduğu kimi”, “Nuhçıxan-Naxçıvan”, “Naxçıvan şəhərinin yaşı: beş min il” və digər onlarla yazılarını misal göstərmək olar. Onun tariximizin tədqiqi, təbliği və öyrənilməsi istiqamətində gördüyü işlər sayca çoxdur. Aydın hiss olunur ki, alim ömrü boyu yaşayıb-yaratdığı Naxçıvan torpağını qəlbən sevdiyi kimi onun qədim tarixinin dərin qatlarının açılmasına, öyrənilməsinə də ciddi səy göstərir. Onun üçün böyük dünyaya pəncərə də uşaq ikən ayaq açıb yeridiyi  torpaqdan başlanır.
    “Böyük ürək sahibi” və elmi mühitimizin böyük oğlu
    Təcrübəmdə, müşahidələrimdə həm də bu qənaətdə olmuşam ki, o adamlar idarəçilikdə yaxşı təcrübəyə, idarəçiliyə malik olurlar ki, onlar həm də güclü yumor hissinə malik olurlar. Çətin, kritik məqamlarda da onlar qarşı tərəfi yumor hissləri ilə ələ almağı bacarırlar. Belə adamlar xırdaçılıq və icəşkənlik hisslərindən də çox-çox uzaq olurlar. Bu halda yumor təfəkkür və düşüncə dərinliyinin, böyüklüyünün ifadəsinə çevrilir. On ilə yaxın bir müddətdə Naxçıvan Dövlət Universitetində sağlam mühitin formalaşmasında bu amil də önəmli rol oynayıb.
    Başlıcası isə akademik İsa Həbibbəylinin digər həmkarlarından fərqləndirən üstün cəhətlərdən biri də onun geniş mənada maarifçi düşüncə və təfəkkürə malik olmasıdır. Böyük ustadları Mirzə Cəlil, Məhəmmədağa Şahtaxtılı, Əziz Şərif, Məmməd Cəfər, Abbas Zamanov kimi İsa müəllim də millətin savadlanması, inkişafı naminə əlindən gələni əsirgəmir. Bu yolda öz varını-dövlətini xərcləməyi də alicənablıq nümunəsi sayır. Hətta lazım gələrsə, onu istəməyənlərə, gözü götürməyənlərə də kömək əlini uzadır. O, canıyananlığı, səmimiyyəti ilə hamının müşkül işini qaydaya salmağa, böyüyün, kiçiyin, ağsaqqalın və ağbirçəyin  yerini bilməsi ilə  ən yüksək səviyyədə  onların hörmətini saxlamağa çalışır. Çoxları bu mənada onu “böyük ürək sahibi” adlandırır. Çünki minlərlə insanın  hörmət və məhəbbətini  damla-damla qazanıb.
    Akademik, əməkdar elm xadimi İsa Həbibbəyli bu gün müasir Azərbaycan elmi-ədəbi və ictimai fikir mühitinin ortaya çıxara bildiyi böyük şəxsiyyətlərdən, düha sahiblərindən biridir. Fədəkar və yorulmaz alimin çoxşaxəli fəaliyyətində elmi yaradıcılıq həmişə aparıcı xətt təşkil edib. XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının, milli tənqidi realizmin və romantizmin  əsas tədqiqatçılarından biridir. Əsərləri  ölkəmizdən başqa Türkiyədə, Fransada, Misirdə, Pakistanda, Rusiyada, Belçikada, İranda, Bolqarıstanda, İraqda, Ukraynada, Qazaxstanda çap olunub, ona böyük şöhrət gətirib. O, Nyu-York EA-nın həqiqi üzvi, Türkiyə Cumhuriyyəti Atatürk Kultur, Dil və Tarix Yüksək Qurumu Başqanlığının müxbir üzvi seçilmiş, ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı”, Ankara Universitetinin “Fəxri dostu” adına layiq görülmüşdür. Bir çox xarici ölkələrdə keçirilən nüfuzlu elmi məclislərdə isə maraqlı məruzələrlə çıxış edib.
    Öz odundan nur verən şəxs
    Onun Milli Məclisdəki, Yeni Azərbaycan Partiyasındakı ardıcıl və səmərəli fəaliyyəti ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmlənməsinə və daha da inkişaf etdirilməsinə xidmətin bir nümunəsidir. O, Heydər Əliyev ideyalarının təbliğ edilməsində, Ulu öndərin siyasi xəttinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsində qəlbən iştirak edir, bu sahədə öz səyini, gücünü əsirgəmir. İstəyir ki, müasir Azərbaycan dövləti də, onun ayrılmaz bir parçası olan Naxçıvan torpağı da daha sürətlə inkişaf etsin. Adamların şüur və düşüncələrində müsbət dəyişikllikərin yaranması üçün müxtəlif üsul və metodlardan istifadə edir. O Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının və onun İdarə heyətinin üzvi kimi də geniş iş aparır.
    Təbii ki, onunla-görkəmli akademiklə, tanınmış ictimai-siyasi xadimlə, ölkəmizin nüfuzlu ali təhsil ocaqlarından birinin rektoru ilə, böyük pedaqoqla, novator yaradıcı insanla qürurlanmağa dəyər. Çünki o, məmləkətimizin və elmimizin böyük oğullarından, düha sahiblərindəndir. Mübağiləsiz mənada, o həm də ölkəmizdə, yaşadığı bölgədə ziyalılığın başlıca “barometr”lərindən biridir. Onun fikrincə də, “milli ziyalılıq müxtəlif istiqamətlərdən axıb gələn çayların vahid məcrada qovuşmasıdır”. Ziyalı-alim, ictimai xadim kimi həm də bu qənaətdədir ki, əyalətdə yaşamaqla əyalətçi düşüncəyə malik olmaq eyni məna daşımır. Ömrü boyu Naxçıvanda yaşaması onu Bakıda və digər iri şəhərlərdə yaşayan məsləkdaşları səviyyəsində düşünüb-daşınmasına da heç bir maneçilik törətməyib. “Əksinə, coğrafi mənada ayrılığın çətinliklərini, ağrı-acısını gerçək şəkildə duyduğum və yaşadığım üçün bütövlüyün qədr-qiymətini daha dərindən hiss etmişəm”,-deyir.
    Muxtar respublikada elə bir alim, yaradıcı şəxs tapmaq olmaz ki, onun yetişməsində, formalaşmasında bu alicənab insanın rolu, xidməti və xeyir-duası olmasın. Bu mənada onu “əvəzsiz insan” adlandıranlar da yanılmırlar. Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşmış Dissertasiya Şurasının sədri kimi də geniş iş aparır, gələcək alimlərin yetişməsində, formalaşmasında öz köməyini əsdirgəmir. Xalq şairi Bəxtiyar Vahabzadənin poetik ifadəsi ilə desək, o “bu dünyaya öz odundan  nur verməyə” gələn insanlardan biridir. 
    Son söz əvəzi, yaxud böyük alimin ali mükafatları 
    Görkəmli alim haqqında demək istədiklərimi böyük Çin filosoflarından biri Lao Tszının (e.ə.V əsr) müdrik bir kəlamı ilə tamamlamaq istəyirəm: “Kim adamları tanıyırsa-arifdir, özünü tanıyırsa-ağıllıdır; adamlara qalib gəlirsə-güclüdür, özünə qalib gəlirsə-qüdrətlidir; biliyi çoxdursa-dövlətlidir, inadkardırsa-iradəsi var, təbiətini dəyişmirsə-uzunömürlüdür”.
    Bütün mənalı həyatını xalqına, millətinə, peşəsinə xidmət etməkdə görən və bu sahədə şam kimi yanımlı bir ömür yaşayan İsa Həbibbəyli də cəmiyyətin uzunömürlü insanlarından biri olacaqdır. Çünki alicənabdır, xeyirxahdır, qabiliyyətlidir, bacarıqlıdır, mübarizdir, başlıcası isə təbiəti etibarı ilə sadədir. Yıxılanın, büdrəyənin qolundan tutmağı, ona dayaq durmağı da bacarır. Bütün bunların müqabilində isə həyatda və elmdə qazandığı uğurlar, mükafatlar ona ana südü tək halal görünür. Müstəqil dövlətimizin ali mükafatlarından biri olan “Şöhrət” ordenini əməyinə verilən ən yüksək qiymət hesab edir. Ulu öndərimizin sərəncamına əsasən  “Əməkdar elm xadimi” fəxri adına layiq görülməsi ilə qürurlanır.
    İsa müəllim həm də xoşbəxt atadır, babadır. Övladları Səhət və Ərəstu da ailə ənənələrini ləyaqətlə davam etdirirlər. Onların hər ikisi də ölkəmizin milli dövlət quruculuğu prosesində  yaxından iştirak edir.
    60 yaşı münasibəti ilə ilk növbədə onu-sadə və təvazökar insanı, fədakar elm adamını və ictimai xadimi səmimi qəlbdən təbrik edir, gələcək elmi və ictimai-siyasi fəaliyyətində daha böyük uğurlar, möhkəm cansağlığı arzulayırıq.

    Məmməd MƏMMƏDOV,
    Naxçıvan MR Ali Məclisinin deputatı, tarix elmləri namizədi

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1678
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30