Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanın birinci xanımının Protokol xidməti bəyanat yayıb
    Azərbaycanın birinci xanımının Protokol xidməti “İl Foglio” qəzetində Azərbaycanın birinci xanımının şərəf və ləyaqətini ləkələyən böhtan və iftiralarla bağlı bəyanat yayıb. Protokol xidmətindən KƏLAMİNFO-ya daxil olan məlumatda qeyd olunur: “Biz bu il dekabrın 3-də “İl Foglio” qəzetində dərc edilmiş və Azərbaycanının birinci xanımının şərəf və ləyaqətini ləkələyən böhtan və iftiralardan son dərəcə hiddətləndiyimizi bildiririk. Biz rəsmi olaraq bildiririk ki, məqalədə ifadə olunmuş, guya alman diplomatlarından alınmış “sensasiyalı məlumatlar” ağ yalan və iftiradır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan parlamentinin deputatı Mehriban Əliyeva mədəniyyətlərin və sivilizasiyaların dialoqunun fəallaşdırılmasına, dünya mədəni irsinin qorunmasına, siyasi və ictimai həyatda qadınların rolunun artırılmasına yönəlmiş aktiv və çoxşaxəli fəaliyyəti ilə ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanınır.

    Aydındır ki, Azərbaycanın birinci xanımının, mürəkkəb geosiyasi şəraitdə, münaqişələrlə dolu regionda yerləşən ölkənin artan nüfuzu bəzi dairələrdə əsəbi reaksiya doğurur. Biz başa düşürük ki, jurnalistlərin öz informasiya mənbələrini gizli saxlamaq hüququ bir sıra bulvar və aşağı səviyyəli nəşrlər tərəfindən açıq-aşkar böhtan, o cümlədən ölkəmizin nüfuzunun və Azərbaycanın birinci xanımının beynəlxalq nüfuzunun artmasında maraqlı olmayan müəyyən qüvvələrin sifarişi ilə iftiralar dərc etmək imkanı kimi şərh olunur”,-deyə bəyanatda vurğulanır. Azərbaycanın birinci xanımının Protokol xidməti hamı tərəfindən etik normaları və bütün beynəlxalq və Avropa sənədlərində təsbit edilmiş insanın böhtandan müdafiə olunması və şəxsi həyatının toxunulmazlığı hüquqlarını rəhbər tutaraq Azərbaycanın birinci xanımından dərhal üzr istəməyi və yuxarıda göstərilən məqalə barədə təkzib dərc etməyi “İl Foglio” qəzetindən rəsmi surətdə tələb edir. Ölkəmiz, həmçinin Azərbaycanın birinci xanımının şərəf və ləyaqətinin müdafiə olunması barədə iddia ilə İtaliya və beynəlxalq məhkəmə instansiyalarına müraciət etmək hüququnu özündə saxlayır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 488
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30