FHN-ə "20 Yanvar" və "Nəriman Nərimanov" metrolarına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub
Fövqəladə Hallar Nazirliyinə Bakının Nəsimi və nərimanov rayonlarında, Bakı Metropoliteninin "20 Yanvar" və "Nəriman Nərimanov" stansiyalarına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya FHN-dən veriblər. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər və hadisə yerində olan hüquq-mühafizə orqanlarının mütəxəssislərinin apardıqları birgə axtarış işləri nəticəsində həmin stansiyada və yaxınlıqda şübhəli əşya aşkar edilməyib.