Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bakıda xəzər zirvəsi
    Ötən ay ölkəmiz üçün əlamətdar oldu. Belə ki, Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşü keçirildi.  Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak etdişlər.



    Görüşün çox gözəl
    nəticələri olacaq

    Prezident İlham Əliyev Zirvə Görüşünü açaraq toplantını çox əlamətdar hadisə adlandırdı: “Ölkələrimiz arasındakı dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafı üçün bu görüşün çox böyük əhəmiyyəti vardır. Ölkələrimizin xalqları əsrlər boyu bir yerdə yaşamışlar, yaratmışlar. Biz qonşuyuq, bizi dostluq, mehriban qonşuluq əlaqələri bağlayır. Mən çox şadam ki, bu gün bu əlaqələr daha da yüksək pilləyə qalxıbdır. Azərbaycan qonşuları ilə qarşılıqlı surətdə faydalı, işgüzar, dostluq münasibətləri qurubdur və bu münasibətlər getdikcə güclənir. Bugünkü Zirvə Görüşü regional əməkdaşlıq baxımından çox böyük əhəmiyyətə malikdir. Əminəm ki, görüşün çox gözəl nəticələri olacaqdır. Bizi birləşdirən Xəzər dostluq, əməkdaşlıq dənizidir. Mən əminəm ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü Xəzərdə sülhün, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın dərinləşməsi üçün mühüm addım olacaqdır. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində çox fəal işlər gedir, ekspert qrupları işləyir. Ümid edirəm ki, gələcək dövrlərdə bu istiqamətdə əməli nəticələr əldə olunacaq. Bu günə qədər Xəzərin hüquqi statusunun müəyyən edilməməsi aramızda olan dostluq əlaqələrinə heç bir təsir göstərmədi. Münasibətlərimiz çoxşaxəlidir. Əlbəttə, biz çox istərdik ki, Xəzərin hüquqi statusu tezliklə öz həllini tapsın və bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Bununla bərabər, qeyd etməliyəm ki, hazırda Azərbaycan ilə Rusiya və Azərbaycan ilə Qazaxıstan, eyni zamanda, Rusiya ilə Qazaxıstan arasında Xəzərin sektorlara bölünməsi istiqamətində önəmli addımlar atılmışdır. Üç ölkə öz arasında bu məsələləri həll edibdir. Ümid edirəm ki, bu gözəl təcrübə gələcəkdə əsas kimi götürülə və Xəzər dənizinin hüquqi statusunun həll olunması işində hazırda mövcud hüquqi baza müsbət rolunu oynaya bilər. Nəqliyyat sahəsində əməkdaşlıq dərinləşir. Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçısıdır. Bununla bərabər, biz ölkəmizdə müasir nəqliyyat infrastrukturu yaradırıq. Bu məqsədlə həm avtomobil yollarının tikilməsi, dəniz nəqliyyatının inkişafı, dəmir yolu nəqliyyatının yenidən qurulması və həm də yeni dəmir yolu xətlərinin çəkilməsi məsələləri prioritet məna daşıyır. Bu yaxınlarda Bakıda yeni böyük ticarət limanının tikintisi başlanmışdır. Bu liman əslində bütün Xəzəryanı ölkələrin maraqlarına xidmət göstərəcəkdir. Birinci mərhələdə liman 10 milyon ton yükdaşıma-yükaşırma qabiliyyətinə malik olacaqdır. Sonuncu mərhələdə isə bu liman vasitəsilə 25 milyon ton yük nəql edilə bilər. Beləliklə, Azərbaycan bu limanı tikməklə ümumi işimizə töhfəsini vermiş olur. Bununla bərabər, Bakıda yeni, müasir gəmiqayırma zavodunun tikintisi başlanmışdır. Ümid edirəm ki, tikintisi yaxın zamanlarda başa çatacaqdır və beləliklə, Xəzərdə istənilən həə yükdaşıma məsələlərinin həlli üçün yeni, müasir infrastruktur yaradılacaqdır. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb dəhlizinin fəal iştirakçısıyıq və bundan sonra da çalışacağıq ki, nəqliyyat sistemlərinin birləşməsi üçün səylərimizi qoyaq. Bu gün, eyni zamanda, Xəzərin enerji resursları haqqında çoxlu söz-söhbət gəzir. Xəzərin çox zəngin təbii ehtiyatları vardır.
    Bütün Xəzəryanı ölkələr enerji resursları baxımından çox zəngin ölkələrdir. Ölkələrimiz nəinki öz tələbatlarını ödəyir, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinə çox önəmli töhfə verirlər.

    Beş ölkənin əməkdaşlığının
    möhkəmlənməsini müşahidə edirik

    Prezident Mahmud Əhmədinejad yüksək səviyyədə qonaqpərvərliyə görə dövlət başçısı İlham Əliyevə dərin təşəkkürünü bildirdi. İran Prezidenti bəşər mədəniyyətinin inkişafına xüsusi töhfələr verən Xəzəryanı ölkələrin bundan sonra da səylərini birləşdirməsinin zəruriliyini vurğulayaraq dedi: “Bizim bütün ümumi maraqlarımızı, o cümlədən Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi, Xəzərdə təhlükəsizlik, narkotiklərin qanunsuz dövriyyəsinə və cinayətkarlığa qarşı mübarizə, iqtisadi, mədəni və elmi əməkdaşlığın inkişafı məsələlərini sizinlə birlikdə eyni dəyərlərə və əqidələrə əsaslanmaqla təmin edə bilərik. Tehran sammitində əldə edilmiş yaxşı razılaşmalardan bu günə qədər biz ətraf mühitin qorunması, təhlükəsizlik kimi sahələrdə, iqtisadi, elmi və mədəni sahələrdə əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsində beş ölkənin əməkdaşlığının möhkəmlənməsini müşahidə edirik. Bu istiqamətlərdə əməkdaşlığın ardıcıl həyata keçirilməsi və yeni imkanların aşkar edilməsi hamımızın mənafeyinə uyğundur.
    Gündəliyə müştərək gəmiçilik şirkətlərinin yaradılması, gömrük rüsumları ilə əlaqədar güzəştlər müəyyən edilməsi, ticarət mübadiləsinin artırılması, neft-kimya məhsullarının nəql edilməsi üzrə şəbəkələrin birləşdirilməsi, eləcə də turizm, mədəniyyət və idman sahələrində insanlar arasında əlaqələrin inkişaf etdirilməsi və genişlənməsi məsələlərinin daxil olunmasını təklif edirəm.
    Prezident Mahmud Əhmədinejad qarşıda duran vəzifələrlə bağlı təkliflərini də irəli sürde: “Gələn il Xəzər dənizinin hüquqi statusunun razılaşdırılması üzrə işləri tamamilə və birdəfəlik yekunlaşdırmağı təklif edirəm. Bunun üçün bütün məsələlərin ədalətli və sabit razılaşdırılmasına nail olmağın daha güclü təminatı olan beştərəfli formatda iclasların keçirilməsi davam etdirilməlidir. İştirakçı ölkələrin potensiala, resurslara, milli valyutalara əsaslanan iqtisadi əməkdaşlığı beynəlxalq iqtisadi sistemlərin vurduğu zərərin dərəcəsini azaltmağa və yeni imkanlar yaratmağa qadirdir. Xəzərdə sabitlik və təhlükəsizlik üçün təhdid olan amillərə qarşı birgə mübarizə, əcnəbi oyunçuların çıxışlarının qarşısının alınması Xəzər dənizində və ölkələrimizdə təhlükəsizliyin və sülhün təmin edilməsinin ən mühüm elementidir. İran İslam Respublikası dəqiq işlənib hazırlanmış proqram əsasında bütün sahələrdə əməkdaşlığa hazırdır.”

    Xəzərin hüquqi statusu ilə bağlı
    məsələləri tamamilə həll etməliyik

    Prezident Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi. Qazaxıstan dövlətinin başçısı Xəzər dənizi ilə bağlı bütün məsələlərin tam və kompleks həllinə mühüm əhəmiyyət verdiyini vurğuladı: “Biz ilk növbədə Xəzərin hüquqi statusu ilə bağlı məsələləri tamamilə həll etməliyik. Bu su hövzəsinin nadirliyi təkcə xeyli miqdarda karbohidrogen ehtiyatları və nərə balığı növlərinin dünyada ən iri populyasiyası ilə şərtlənmir. Xəzər minilliklər boyu dostluq və sabitlik dənizi olmuş, sahillərində yaşayan xalqları birləşdirmişdir. Xəzəryanı dövlətlərin sülh və mehriban qonşuluq şəraitində yaşamaq kimi ümumi səyləri Azərbaycan Respublikasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının, Rusiya Federasiyasının və Türkmənistanın 2007-ci il oktyabrın 16-da Tehran zirvə görüşündə qəbul etdikləri Bəyannamədə əksini tapmışdır. Həmin sənədin imzalanması sahilyanı ölkələrin əməkdaşlığı tarixində əlamətdar hadisə olmuşdur. Bu sənəd geniş əhatəli əməkdaşlıq məsələləri üzrə qarşılıqlı fəaliyyətin dərinləşməsi və Xəzər hövzəsində təhlükəsizliyin möhkəmlənməsi üçün etibarlı əsas yaratmışdır. Tehran zirvə görüşü Xəzərin problemlərinin bütün cəhətləri üzrə beştərəfli əməkdaşlığın fəallaşdırılması üçün böyük potensialı üzə çıxarmış və bütün dünya birliyinə sübut etmişdir ki, Xəzəryanı dövlətlərin mövcud məsələlərini yalnız qarşılıqlı anlaşma və konsensus əsasında konstruktiv ruhda dinc vasitələrlə həll etmək olar. Zirvə görüşləri arasındakı müddətdə 2008-ci ilin oktyabrında Həştərxanda böyük iş görülmüş, Xəzəryanı dövlətlərin birinci hökumətlərarası iqtisadi konfransı keçirilmiş, Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş layihəsi, Xəzərin dəniz mühitinin mühafizəsinə dair Çərçivə Konvensiyasına əlavə protokollar hazırlanmışdır.

    Bakıda imzalanan sənəd
    mühüm əhəmiyyət kəsb edəcək

    Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü çatdıran Rusiya Prezidenti Dmitri Medvedev Bakı sammitinin müsbət nəticələrlə başa çatacağına əminliyini vurğuladı. Ötən zirvə görüşlərinin təcrübəsinə əsaslanan Rusiya dövlətinin başçısı gündəlikdəki məsələlərlə bağlı fikir mübadiləsinin mütəmadi xarakter daşımasının vacibliyini bildirdi və bu baxımdan Bakıda imzalanacaq sənədin mühüm əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırdı: “Əlbəttə, bu cür zirvə görüşlərinin əsas mövzusu Xəzər dənizinin müasir geosiyasi reallıqlara cavab verən yeni hüquqi statusunun müəyyənləşdirilməsidir və biz sizinlə bu sahədə bəzi işlər görmüşük, bir sıra mühüm məsələlərə dair prinsipial razılığa gəlmişik. Qarşıdakı irəliləyişimizə gəldikdə isə, hörmətli həmkarlarım, sizi əmin etmək istəyirəm ki, biz, - mən Rusiya Federasiyasını nəzərdə tuturam, - gələcək sazişimizin bütün vacib bəndləri üzrə razılıq əldə olunması, Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi üçün əlimizdən gələni edəcəyik. Söhbət bütün əsas məsələlərdən, o cümlədən dənizin dibinin və akvatoriyanın delimitasiyası, dənizdə hərbi fəaliyyət, habelə gəmiçilik və balıq ovu ilə bağlı ümumi qaydalardan gedir. Biz öz təkliflərimizi artıq irəli sürmüşük, qarşılıqlı təkliflərə, Qazaxıstan Prezidentinin dənizin akvatoriyasının delimitasiyası ilə bağlı təklif və təşəbbüslərinə əlavələr etmişik. Bu baxımdan, biz dialoq aparırıq. Hesab edirəm ki, bu gün “Xəzər beşliyi” əsas məsələnin - milli dəniz kəmərinin eni və rejimi ilə əlaqədar məsələnin həllinə yaxınlaşır, çünki bu, başlıca məsələdir. Məhz bu məsələ ilə əlaqədar biz qəti razılığa gəlməliyik. Mən əminəm ki, mövqelərimizdə hələlik müəyyən uyğunsuzluq olsa da, biz razılığa gələ bilərik. Əvvələn, ona görə ki, biz qonşuyuq, biz həqiqətən dostluq etməliyik, ikincisi, ona görə ki, Xəzər dənizində daha səmərəli təsərrüfatçılıqla məşğul olmalıyıq.”
    Prezident Dmitri Medvedev Xəzəryanı ölkələrin yeni konvensiya ilə bağlı danışıqlar prosesini sürətləndirməyin zəruriliyini qeyd etdi və yekun nəticəyə nail olunması üçün Rusiyanın səylərini əsirgəməyəcəyini vurğuladı. Rusiya dövlətinin başçısı Xəzəryanı ölkələrin ticarət–iqtisadi əməkdaşlığının gücləndirilməsi ilə əlaqədar həmkarlarının söylədikləri fikirləri tam bölüşdüyünü bildirdi.

    Danışıqlar konstruktiv
    xarakter daşıyır

    Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü çatdıran Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ümumilikdə danışıqların konstruktiv xarakter daşıdığını söylədi: “Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın layihəsi üzərində konstruktiv iş aparılır. Bu gün tərəflər həmin sənədin müddəalarının əksəriyyəti barədə konsensusa nail oldular. Xəzər Dənizində Təhlükəsizlik Sahəsində Əməkdaşlıq haqqında Beştərəfli Sazişin layihəsi artıq razılaşdırılmışdır. Dəniz mühitinin qorunmasına dair Çərçivə Layihəsinin imzalanması da bizim birgə nailiyyətlərimiz sırasına aid edilməlidir.
    Bu gün Xəzəryanı dövlətlərin ekspertləri həmin sənədə əlavə protokolların layihələrinin hazırlanması üzərində fəal iş aparırlar. Bütün bunlar ona dəlalət edir ki, səmərəli qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün böyük tərəfdaşlıq potensialı vardır və ölkələrimiz buna hazırdırlar.
    Bununla əlaqədar, Türkmənistan Xəzərdə fəaliyyətin müxtəlif növlərinin hüquqi cəhətdən daha da tənzimlənməsinə yönəlmiş sazişlərin layihələrini işləyib hazırlamağa başlamağı təklif edir. Biz, məsələn, Xəzər dənizinin bioloji ehtiyatlarının qorunub saxlanması və onlardan səmərəli istifadə edilməsi haqqında saziş layihəsi hazırlamağa başlamağı zəruri hesab edirik. Həmin sazişin qəbul edilməsi bu sahədə fəaliyyət üçün möhkəm hüquqi təməl yaratmağa imkan verəcəkdir.”
    Prezident Qurbanqulu Berdiməhəmmədov Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi ilə əlaqədar indiyədək həllini tapmayan məsələlərlə bağlı Türkmənistanın mövqeyini də diqqətə çatdırdı.
    Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşündən sonra sənədlərin imzalanması mərasimi oldu.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 527
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30