Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Vətənin hər qarışını özləmək”
    Əlbəttə, bu hiss ancaq vətənindət ayrı düşən insanlara məxsusdur. Onlar üçün vətən həmvətələrinin qoxusu kimi əzizdir, onlar üçün vətən ifadəolunmaz bir hiss kimi qəlblərinə həkk olur. Onlar Azərbaycandan qərib yaşasalar da, azərbaycanlılara qərib deyillər. Onlar üçün ən sevimli günü məhz vətənlə bağlı xoş xəbər eşitməkdir. Və o xəbəri iyun ayının 19-da eşitdilər. Belə ki, azərbaycanlı zabit Mübariz İbrahimov 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağla sığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir.

    Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşur. Düşmən ağır itkilərə məruz qalsa da nəhayət ki, səhər saatlarında canını bu bəladan qurtara bilir. İgid vətən oglu 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olur. Bu xəbər təkcə Azərbaycanda yaşayan həmvətənlərimizi deyil, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın sevincinə səbəb olub. Bu gün məhz həmin soydaşlarımızın o məqamda yaşadığı hislərdən danışacağıq. Müsahibimiz isə Rusiyada yaşayan azərbaycanlı iş adamı Anar Həsənovdur.

    Neçə ildir Vətəndən kənarda yaşayırsız?

    Zaqatalada dünyaya göz açmışam. 1995-ci ildən isə Moskvada yaşayıram. Bu illər ərzində qəlbim həmişə vətənimlə döyünüb. Azərbaycan-Vətən mənim varlığımdır. Həmişə vətənin qeyrətini çəkmişəm. Ailəliyəm bir qızım var.
     


    Mübariz İbrahimovun şəhid olması xəbərini eşidəndə nə hislər keçirdiniz?

    Qəribə səslənsə də deməliyəm ki, bu xəbər məni çox sevindirdi. Əslində Mübarizin hərəkəti Azərbaycan gəncliyinin səviyyəsini bir daha göstərdi, Vətən oğullarının qəhramanlıq pasportuna çevrildi.
    Həmin gün və ondan sonra bir neçə gün Mübariz İbrahimov Azərbaycanda olduğu kimi, Azərbaycandan kənarda da ictimai-siyasi həyatın baş mövzusuna çevrildi. Biz ancaq onun qəhrəmanlığından danışıb belə oğul böyütdüyü üçün valideynlərinə təşəkkür borclu olduğumuzu hiss edirdik.

    Bildiyimizə görə, Biləsuvar rayonuna gedib şəhid qəhramanın valideynlərinə təşəkkür belə etmisiniz.

    Əlbəttə, qərara aldıq ki, onun ata ocağına baş çəkək. Belə də etdik. Ünvanı öyrənmək o qədər də çətin olmadı. Vətənpərvər xalqımızın qəhrəmanına - şəhidinə verilən qiymət, bir sözlə Mübariz sevgisidən yaranan insan selinin axını bizi birbaşa o qapıya apardı. Cümə axşamı idi. Qapıları açıq həyətdə qurulan mağar  səliqə ilə hazırlanmışdı. Sonradan məlum oldu ki, bu çadır neçə aydır bu şəraitdə Mübariz sevərlərin ziyarətgahına çevrilib. Uzaq-uzaq ellərdən ora gəlib təsginlik tapırlar. Onlar Mübariz məktəbinin davamçısı kimi şəhidlik yolunu öyrənirlər.

    Mübariz İbrahimovun atası Ağakərim kişi sizə hansı təsir bağışladı?

    Vətəni sevməyi biz müqəddəs kitabımız Qurani-Kərimdən öyrənmişik. Peyğəmbərimiz (s) buyurub: “Vətəni sevmək imandandır.” Ağakərim kişi ilə bir neçə saat söhbətimiz oldu. Şəhid qəhrəmanımızın atası da bunu gözəl başa düşür və buna görə də güclü dayanıb.
    Buna baxmayaraq o bir atadır və onun  göz yaşları qurumuşdu. Şəhid atası artıq içəridən ürəkdən ağlayırdı. O Vətən yolunda verdiyi qurbanlara sevinirdi.

    Rusiyada yaşayan azərbaycanlılar Azərbaycanın gələcəyini necə görür?

    Əlbəttə ki, şox yüksək səviyyədə. Dövlətimiz inkişaf edir, güclü iqtisadiyatımız, insan potensialımız var. 20 yaşlı müstəqil bir dövlətin nail ola biləcək hər şeyə sahibik. Dövlət vətəndaşı üçün hər şey edir.
    Bizə gəlincə, hər zaman Azərbaycanımıza kömək etməyə hazırıq. Nə fərq edər ki, harada yaşayırıq. Əsas odur ki, qəlbimiz Vətənlə döyünür.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 536
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30