Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bir-birimizin yanındayıq
    Ötən ay (noyabr, 2010) İran prezidenti Mahmud Əhmədinejad Azərbaycanda səfərdə oldu. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Mahmud Əhmədinejadın təkbətək görüşü oldu. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etydiyi vurğulandı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunularaq İran Prezidentinin Azərbaycana rəsmi səfərinin də ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyi bildirildi.

    Prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini vurğuladılar. Görüşdə ikitərəfli və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.
    Geniş tərkibdə danışıqlardan sonra Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi oldu.
    “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və İran tərəfdən xarici işlər naziri Mənuçehr Mottəki imzaladılar.
    Prezident İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları oldu. Qonaqları salamlayan Prezident İlham Əliyev mübarək Qurban bayramı münasibətilə Prezident Mahmud Əhmədinejadı və İran xalqını təbrik etdi: “Bu bayram günlərində Azərbaycana səfəriniz xüsusi məna daşıyır. Bu, bir daha onu göstərir ki, Azərbaycan Sizin doğma eviniz, doğma vətəninizdir. Mən çox şadam ki, biz bu gün Sizinlə çox geniş fikir mübadiləsi apardıq, gündəliyimizin, demək olar ki, bütün məsələlərini əhatə etdik. Bir daha gördük və əmin olduq ki, İran ilə Azərbaycan arasındakı münasibətlər dostluq, qardaşlıq zəminində sürətlə inkişaf edir. Biz bütün sahələrdə yaxşı nəticələri görürük, siyasi əlaqələrimiz güclənir. İqtisadi, enerji, nəqliyyat sahələrində işlər yaxşı gedir. Yəni, bizim üçün vacib olan bütün sahələr diqqət mərkəzindədir.”
    Prezident İlham Əliyev İran Prezidentinin Azərbaycana rəsmi səfərinin yaxşı nəticələri olacağını vurğuladı. Bildirdi ki, səfəriniz ikitərəfli əlaqələrə yeni güclü təkan verəcək. Həmişə olduğu kimi, bundan sonra da İran ilə Azərbaycan arasında münasibətlər sürətlə inkişaf edəcək və iki qardaş xalqa uğurlar, xoşbəxtlik gətirəcək.
    Mübarək Qurban bayramı münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edən İran Prezidenti Mahmud Əhmədinejad belə xoş bir gündə Azərbaycana səfər etdiyindən məmnunluğunu ifadə etdi: “Aramızdakı münasibətlər qardaşlıq münasibətləridir. Öz evimizdə, qardaşlarımızın yanındayıq. Əminəm ki, İrana səfəriniz zamanı Siz də həmin hissləri keçirirsiniz. Biz iki dost və iki qardaş ölkəyik. Necə ki, Siz qeyd etdiniz, münasibətlərimiz çox səmimi münasibətlərdir. Əlaqələrimizin inkişafına heç bir maneə yoxdur. Çox səmərəli danışıqlar keçirdik, bütün müştərək mövzular barədə müzakirələr apardıq.”
    İran Prezidenti ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayadı: “İkitərəfli əlaqələr mövzusu müştərəkdir. Regional və beynəlxalq münasibətlərdə də müştərəkik. İran xalqını müdafiə etdiyiniz şücaətli mövqeyinizə görə təşəkkür edirəm. Biz həmişə bir-birimizin yanındayıq və beynəlxalq təşkilatlarda, dünya birliyində bir-birimizin hüququnu qətiyyətlə müdafiə edəcəyik.
    Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Prezident Mahmud Əhmədinejad İranda istehsal olunan sutəmizləyici qurğunu, cərəyan tuneli mikroskopunu və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihazı Prezident İlham Əliyevə təqdim etdi.
    İran Prezidenti dedi ki, sutəmizləyici qurğu, cərəyan tuneli mikroskopu və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihaz İranda geniş tətbiq edilir.
    Prezident Mahmud Əhmədinejad nümayiş etdirilən avadanlığın texniki-iqtisadi göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi. O bildirdi ki, bu avadanlıqlar Mərkəzi Asiya, ərəb, Afrika və Latın Amerikası ölkələrinə də ixrac edilir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 445
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30