Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Başqa planetlərdə həyat varmı?!
    Müasir dövrümüzdə alimləri ən çox düşündürən məsələlərdən biri də Yer kürəsindən başqa digər planetlərdə həyatın bu və ya digər şəkildə mövcud olub-olmamasıdır. Alimlər belə düşünürlər ki, bu qədər geniş və ucu-bucağı olmayan fəzada bizdən başqa digər yaranmışların da mövcud olmaması qeyri-mümkündür. Əgər kosmosda həyatın varlığı ilə bağlı aparılmış çoxsaylı təhqiqatlara dərindən nəzər salsaq, görərik ki, alimlərin əksəriyyəti bu geniş kainatın hər bir guşəsində həyatın mövcud olmasını təsdiqləyirlər.

    Yüz ildən artıq bir müddətdir ki, yer üzərindəki həyatın sirləri və bütün canlı varlıqlarda nəyə görə məhz iyirmi növ amin turşusunun olması alimləri ciddi şəkildə düşündürür. Alimlər kəşf etmişlər ki, həyatın əsasını təşkil edən üzvi molekullar milyon illərdən bəri ulduzlar arasındakı tozlarda və qalaktikalarda da mövcuddur. Hətta bu gün alimlərin çoxu hesab edir ki, canlı aləmin təməl kütlələri yerdən xaric uzaq fəzadan gəlmişdir.
    Qalaktikalar arasındakı kosmosun toz dumanında çoxlu üzvi molekullar vardır, ona görə də astronomlar arasında belə bir qəbul olunmuş yekdil fikir formalaşıb ki, yalnız yerdə deyil, kainatın müxtəlif yerlərində də həyat mövcuddur.
    1969-cu il iyul ayının 20-də insan övladı ilk dəfə Ayın səthinə qədəm qoyduqdan sonra bir sıra naməlum məsələlərin açılmasında böyük nailiyyətlər əldə olundu və bu, Astronomiya elminin müxtəlif sahələrində böyük inqilaba səbəb oldu. Maddi sübutların əldə olunması, bəşər övladından da yüksəkdə duran sivilizasiyaların mövcud olması fərziyyələrini təsdiq etməklə, Qurani-Kərimin necə möcüzəli və möhtəşəm olmasını tam varlığı ilə sübuta yetirdi. Allah-Taala Qurani-Şərifdə buyurur: “Biz, Adəm övladını şərəfli və hörmətli etdik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik“. (əl-İsra – 70) Burda üzümüzü göyə tutub soruşa bilərik: “Bəni-Adəm və yerdəki canlılardan daha aşağı dərəcədə yer tutanlar bəs haradadırlar?!”
    Quran ayələrinin məna dərinliklərini düşünəndə görürük ki, O, hüdudsuz kainatda bitki və heyvan həyatının, düşüncə və ibadətin təzahürlərinin mövcud olmasına işarə edir. Haqq-Taala buyurur: “Göylərdə və yerdə pünhan olanı aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə...”. (ən-Nəml – 25)
    Bu ayədəki tərcümə etdiyimiz “pünhan olanı” sözünün ərəbcə tələffüzü Quranda “əl-xəb’ə” kimi gedir. Böyük təfsir alimi Ən-Nəsəfi “Təfsir ən-Nəsəfi” kitabında deyir: “əl-xəb’ məxbu’ mənasındadır” (3-cü cild, səh. 210) “Məxbu’” ərəbcədən “gizlənmiş” və ya “pünhan” kimi tərcümə oluna bilər. Əl-Beydavi deyir: “Bu fikir nəbatata şamildir” (Təfsir əl-Beydavi, 4-cü cild, səh.65)
    Buradan belə bir sual meydana çıxır: Yer üzərində olduğu kimi, göylərdə şumlayıb toxum səpən, barını, meyvəsini versin deyə suvarması ilə məşğul olan kimdir?!
    “Şura” surəsində Allah-Taala buyurur: “Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir!” (əl-Şura – 29)
    Bu ayədə tərcümə olunmuş “oralara”, yaxud “oralarda” sözü ərəbcə “fihimə” kimi səslənir, bu söz də dilimizə hərfi olaraq “o ikisində” kimi tərcümə olunur. Burdan da görürük ki, bu sözdən göy və yer nəzərdə tutulur. Təfsir alimlərinin təbiri ilə desək, bu sözü başqa, yaxud məcazi mənaya yozmaq ehtimalı çox azdır. Ona görə də bu ayənin zahiri mənasından yerdə olduğu kimi göylərdə də açıq-aşkar müxtəlif növ canlıların mövcud olması başa düşülür.
    Ayədəki “canlılar” kimi göstərilmiş sözün isə ərəbcə tələffüzü “dəbbətun”dur, bu da “dəbbə” kökündən alınmışdır. “Dəbbə” feli ərəbcədən “sürünmək”, “iməkləmək”, “dörd ayağı üstə yerimək” kimi tərcümə olunur. Heç təsadüfü deyil ki, ərəbcə xırda buynuzlu mal-qaraya “dəbbə” deyilir.
    Bütün bu təhlillərdən görürük ki, göylərdə hərəkətdə olan canlıların varlığına dəlalət edən “dəbbətun” sözünü zahiri mənasından çıxarıb başqa bir mənaya çevirmək mümkün deyildir, istər o canlı yerdəki kimi öz planetinin üstündə hərəkət edən şüurlu olsun, ya da ki, şüura malik olmasın. Bu sözün mənasını məlaikələrə aid etmək də mümkünsüzdür, çünki bu iki növ varlıqlar Allah kəlamında ayrı-ayrı göstərilmişdir: “Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!”(ən-Nəhl – 49)
    Lakin, “Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir!” ifadəsi yaradılmışların bəzilərinin digərləriylə yalnız o biri dünyada görüşməyinə dəlalət etməklə məhdudlaşmır, çünki Axirət mütləq baş verəcək bir hadisədir və şərtlənmiş bir ehtimalı ona aid etmək olmaz. Bilmək olmaz?! Bəlkə də mükəmməl bacarığa malik olan bu növ məxluqlar daha öncədən yer planetinə gələrək insanlarla, yaxud da insaniyyətdən öncə burda məskunlaşmışlar.
    Qurani-Kərim çox ayələrində Yer kürəsinin xaricində saya gəlməyən daha zəkalı, daha mütərəqqi sivilizasiyaların varlığı və onların Allahı tanımaqda və Ona ibadət etməkdə bizi ötüb keçmələri xəbərini dəfələrlə təsdiqləyir: “Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! (əl-Rə’d – 15). “Göylərdə və yerdə olan (bütün) məxluqat Onundur (Allahın qüdrət əsəridir). Onun dərgahında olanlar Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər”.(əl-Ənbiya – 19). “Cünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.And olsun ki, (Allah) onları (bütün yaratdıqlarını) hesablamış və təkrar-təkrar saymışdır.(Məryəm – 93-94).
    Bəli, Qurani-Kərim zərif bir üslubla, hədəfdən zərrə qədər də yayınmadan gizli həqiqətləri bizə açıb izah edir. Bu gün reallığa zidd olmayaraq elmin bütün meydanlarını dolaşan və gerçəyi səsləndirərək alimlərin fərziyyələrindən də öncə sözünü deyən Allah-Taala tərəfindən vəhylə nazil olmuş başqa bir möhtəşəm kitab yoxdur. Kosmosda həyat varmı? İyirimi birinci əsr alimlərinin əksəriyyəti yerdən xaric uzaq kainatın ənginliklərində həyatın mövcud olmasını təsdiqləyirlər. Belə ki, Qurani-Məciddə on dörd əsr bundan əvvəl bu fikir öz təsdiqini tapmışdır. Gəlin birlikdə oxuyub düşünək...
    Qərb alimlərinin birinə belə bir sual verdilər: “Yerin xaricində, kosmosda həyatın mövcud olması barədə etdiyiniz söhbətlər qəribə deyilmi?” Həmin alim də dərhal belə cavab vermişdir: “Yox, əksinə, kosmosda məxluqların varlığı haqqında danışmamağımız qəribə olardı, çünki bu aləmdə yeganə yaranmışlar biz deyilik”.
    Ən böyük kəşflər insanın hiss etdiyi sadə bir ideya ilə başlayır; onun axtarışı ilə məşğul olur, sonra isə elmi həqiqəti həmin ideya ilə bağlı kəşf edir. İnsan fəzaya qalxdığı gündən bəri yerdən başqa digər planetlərdə də həyatın kəşfinə can atır. Müasir dövrümüzdə belə bir həyatın varlığını hətta astronomlar da təsdiq edirlər. Onların fikrincə kainatda on milyardlarla ulduz vardır. Bu ulduzlardan elələri var ki, günəş həcmindədir, bəziləri ondan böyük, bəziləri isə ondan kiçikdir. Bizim günəş sistemi kimi digər günəş sistemlərinin də mövcud olmasına aid böyük ehtimallar irəli sürülmüşdür və bu ehtimallar ulduzlar, və yaxud günəşlərə aid qeyd etdiyimiz nəhəng rəqəmlər qarşısında daha böyükdür.
    İyirmi birinci əsrin başlanması ilə Yerdən xaric fəzada yaşayışın varlığına aid alimlərin gəldiyi qənaət getdikcə daha da möhkəmlənir. Bu geniş kainatda hər hansı bir həyat əlamətini kəşf etmək üçün müxtəlif kosmik gəmilər göndərilir. Kosmosa ən son səyahətlərdən biri olan Mars planeti istiqamətinə təşkil olunmuş tədqiqat işinə səkkiz yüz milyon dollar miqdarında vəsait sərf olunmuşdur. Belə bir nəhəng məbləğin sərf olunmasından məqsəd nədir və tədqiqatçılar üçün bunun nə dərəcədə əhəmiyyəti vardır?!
    İyirminci əsrin yetmişinci illərindən etibarən alimlər Yer planeti barədə məlumatlardan ibarət olan mesajların yayımlanması vasitəsilə xarici fəza ilə əlaqə yaradılması cəhdlərinə başladılar. Sonrakı illərdə Yer kürəsinə oxşayan planetlərin müşahidəsi üçün xarici fəzada nəhəng kosmik stansiyaların quraşdırılması ilə bu səylər daha da artmağa başladı. Ulduzlar ətrafında dövr edən planetlərin mövcud olması həqiqətə daha yaxın bir məsələyə çevrildi və bu, kosmos müşahidə aparatlarının inkişafından sonra baş verdi. Başqa planetlərdə də həyatın və canlı varlıqların kəşf olunması dövrün məsələsinə çevrildi. Əgər alimlər və onların güclü hissiyyatı, kosmosda məxluqların varlığını təsdiq etməsəydilər, yaranmışların axtarışına ciddi şəkildə girişməzdilər.
    Alimlər Mars planeti üzərində həyatın mövcud olması fərziyyələrini rəhbər tutaraq ona doğru irəliləməyə başladılar. Artıq onlar teleskopları uzaq planetlərə yönəldir, varlığına heç vaxt şəkk etmədikləri bu həyata rast gəlmək ümidi ilə fəzaya kosmik stansiyalar göndərirlər.
    Yerə düşən kometalarda bəzi həyat nişanələri müəyyən edilmişdir. Alimlərin dediyi kimi, meteoritlər qalaktikalar arasında yayılmış olan və həyatın əsasını təşkil edən üzvi molekulları özlərinə çəkib saxlamışlar. Kainatda saysız-hesabsız meteoritlər vardır və onlar fəzadakı planetlərin üzərinə düşürlər. Belə olduğu halda bu meteoritlər Yerdən başqa digər planetlərə də həyatı özləri ilə daşıyıb apara bilərlər.
    Bu şəkil Marsdan Yer üzərinə düşmüş ALH84001 meteoritinin elektron mikroskop vasitəsilə min dəfə böyüdülmüş formasıdır. Bu şəkildə milyonlarla illər öncə mövcud olan daşlaşmış üzvi molekulların əlamətləri görünür.
    Astronomiya alimlərindən biri olan Dr. Cronin deyir ki, kainatda Yerə oxşayan və həyat üçün əlverişli olan yüz milyondan çox planet vardır. Demək Yer üzərində baş verənlər digər planetlərdə də baş verə bilər. Buna görə də Çikaqodakı İllinois Universitetinin alimləri bu gün Yerdən başqa digər planetlərdə həyatı kəşf etmək üçün yeni yollar axtarıb tapmaqdan ötrü böyük səylər göstərirlər. Onların böyük ehtimalına görə Yer kürəsindən başqa digər planetlərdə də yaşayış vardır. Lakin NASA agentliyindən olan Dr. Skott belə deyir: “Hər il Yer üzərinə xarici fəzadan gələn min tondan çox müxtəlif maddələr düşür. Bu kəmiyyətin əksəriyyəti üzvi maddələr şəklində gəlir”. NASA-nın alimlərindən biri olan Allamandolanın fikrincə isə kainatın hər yerində həyat mövcuddur.
    Təbii ki, bu gün əksər astronomlar bu qənaətdədirlər, çünki bu alimlər fəzanı tədqiq edərkən nəhəng qalaktikalar kəşf etmişlər və hər qalaktikada da saysız hesabsız ulduzlar vardır. Ona görə də, bizim Günəş sisteminə bənzəyən çoxlu Günəş sistemlərinin mövcud olması qaçılmaz hesab edilir. Uzaq planetlərin birində həyatın olması isə olduqca böyük bir ehtimaldır.
    NASA agentliyinin alimləri xarici fəzadan Yerə düşmüş meteoritlərin birinin üzərində şəkər və karbon birləşmələrinin əlamətlərini də tapmışlar ki, bu da kosmosda həyatın varlığı ehtimalına yeni bir dəlil əlavə etmişdir. Kainatın hər yerində həyat yayılmışdı Miçiqan universitetinin doktoru Fred Adams kimi alimlərin fərziyyəsinə görə həyat kainatda nizamlı şəkildə yayılmışdır. Onların fikrincə dəqiq mikrobioloji həyat kosmosun müxtəlif hissələrinə səpələnmişlər. Bu fərziyyənin əsası kainatda maddələrin çox geniş yayılmasıdır. Bu yayılma ilə Yer üzərinə düşən meteoritlər çox vaxt ibtidai həyatın əlamətlərini özündə daşıyır. Bununla belə bu göy cisimlərinin mənbəyi kimi ömürləri də müxtəlifdir. Lakin onlar həyatın əsası olan üzvi maddələrin əlamətlərini özlərində daşımaqda müştərəkdirlər.
    Dr. Adams deyir ki, dörd milyard il ərzində Yer kürəsinə qırx milyarddan çox özündə həyatı daşıyan daşlar düşmüşdür. Çox ehtimal ki, bu daşlar digər planetlərə də düşərək yeni həyatın inkişafı üçün əlverişli mühitə daxil olmuşlar. Buna görə də alimlər bu fikirdədirlər ki, kainatın hər tərəfində həyat bu və ya digər şəkildə mövcuddur.
    Yer üzərinə düşən meteoritlərə aid yeni məlumatlar göstərir ki, hər gün xarici fəzadan Yer planetinə üç yüz kq-a yaxın canlı maddə düşür.
    Bu yaxınlarda alimlər bizdən iyirmi işıq ili məsafəsində yerləşən Yer kürəsinə oxşar bir planet də kəşf etmişlər. Onlar müəyyən etmişlər ki, bu planet üzərindəki ekoloji şərait xüsusiyyətlərinə görə Yerdəki şəraitə oxşayır. Yeni planet üzərindəki temperaturun dərəcəsi həyat üçün əlverişlidir və çox böyük ehtimal ki, orada ibtidai həyat mövcuddur.
    Avstraliya alimi Dayal Uikramasinge belə deyir: “Belə düşünürəm ki, siz də Yer kürəsinin bu dünyada təkcə olmaması fikrini söyləyə bilərsiniz...”
    Bu gün əksər astronomların bir araya gəldikləri bu yeni kəşflər haqqında artıq Qurani-Kərim on dörd əsr öncə məlumat vermişdir və bunları aşağıda qısa şəkildə belə göstərə bilərik:
    1) Alimlər Yer kürəsi xaricində, yəni uzaq planetlərdə həyatın varlığı barədə söhbətlər edirlər.
    2) Onlar çox israrla hesab edirlər ki, həyat müəyyən bir planetdə cəmlənməmişdir, əksinə, o, kainatın hər tərəfinə yayılmışdır.
    3) Alimlərin uzaq planetlərdə həyat axtarışı işləri, yeni dünyalarla qarşılaşmaq və xarici fəzada yaşayan məxluqlarla əlaqə yaratmaq məqsədi kimi yozulmalıdır.
    Qəribəsi odur ki, gərgin təcrübələrdən sonra alimlərin gəldiyi bu əsas nəticələrin əldə olunması yarım əsrdən çox davam etmişdir. Allah-
    Taalanın kitabında təqdim etdiyimiz təkcə bir ayə bu nəticələri özündə cəmləşdirir: “Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir!” (Əl-Şura – 29) Bu ayəyi-kərimdə çox maraqlı işarələr vardır: 1) Yerin xaricində – göylərdə də həyatın mövcud olmasına işarə: “...oralara yayıb səpələdiyi canlıları...”. “Oralara”, daha dəqiq desək, “o ikisində” sözündə həyatın yerdə və göydə olmasına işarə edilir.
    2) Kainatda həyatın sıx şəkildə yayılmasına işarə: “...yayıb səpələdiyi...”. ifadəsi həyatın geniş şəkildə yayılmasına işarə, bütün kainatda yaşayışın nizamlı formada yayılması fərziyyəsinə uyğun gələn bir ifadədir.
    3) Uzaq planetlərdən olan məxluqlarla bizim bir araya gəlib görüşməyimizə işarə isə: “...Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir!” – ifadəsidir.
    Subhanəllah! Sən Böyük və hər şeyə Qadirsən, ey Uca Rəbbim!
    Bu ayəyi-şərifi dərin düşüncələrə dalaraq dərk etməyə çalışan hər bir şəxs dərhal başa düşəcək ki, Peyğəmbər (s)-in dövründə yaşayan bir adam üçün kainatda həyatın nizamlı bir şəkildə yayılması barədə belə bir dəqiqliklə danışa bilməsi qeyri-mümkündür.
    Əgər Qurani-Kərim bəşər övladının məhsulu olsaydı, onda bu kəlamlarda böyük elmi ziddiyyətlər və təzadlar meydana çıxardı. Bu fikir Qurani-Kərimdə də öz əksini tapmışdır və biz bütün bəşəriyyəti Allah-Taalanın bu kəlamına diqqət yetirməyə çağırırıq: “Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar!”(Ən-Nisa – 82)
    Qurani-Kərimdə insan yaradılmışların çoxundan daha yaxşı və üstün göstərilir və Allah-Təala hər şeyi insan üçün yaratdığını və hər şeyi ona ram etdiyini söyləyir:
    “Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür ne'mətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik”. (Əl-İsra – 70)
    Digər ayələrdə belə buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar və gizli nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? (Loğman – 20). Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!”(Əl-Casiyə - 13)
    Bəzi alimlərin rəyinə görə, Allah-Təala digər planetlərdəki məxluqları Yer üzündəki balansın qorunub saxlanmasına nəzarət etməkdən ötrü yaradıb. Bu gün insan öz əməlləri ilə planetimizə böyük ziyanlar vurmaqdadır və az qala təbiətin tarazlığı bu əməllər nəticəsində pozularaq məhv olsun.
    Zənnimizcə biz insanlar hər şeyi necə deyərlər “öz arşınımızla ölçürük”. Bəlkə digər planetlərdəki həyat tamam başqa bir sistem üzrə yaradılıb, həyatı tamam başqa bir qanunlar təşkil edir. Biz oksigenlə tənəffüs edirik, bəlkə yad planetlilər başqa bir qazla nəfəs alırlar?! Bəlkə elələri var ki, heç onlarda tənəffüs mexanizmi yoxdur. Bəlkə də bəzilərində “həyat” anlayışının özü də bizim dərk etdiyimiz formanın xaricindədir. Bəlkə də Allah-Taala bəzi planetlərdə Yer üzərindəki bütün məxluqata xas olan vahid “doğulma, böyümə, qidalanma, nəsil artırma, sonra da ölmə” həyat quruluşundan tamam fərqli, insan dərrakəsinə sığa bilməyən bam-başqa bir sistem yaratmışdır. Bəlkə də... Bəlkə də...
    Doğrusunu Böyük Yaradan daha yaxşı bilir!
    Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu!


     Vüsal Cahangiri

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 850
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30