Serj Sarkisyan Astanada yenə sərsəm bəyanatla çıxış edib
Azərbaycan hərbi güc tətbiq edəcəyi təqdirdə Ermənistanın Dağlıq Qarabağın "müstəqilliyini" tanımaqdan başqa çıxış yolu qalmayacaq. KƏLAMİNFO "Novosti Kazaxıstan"a istinadən xəbər verir ki, bu bəyanatla ATƏT-in Astanada davam edən sammitinin plenar iclasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan bildirib.
S.Sarkisyan qeyd edib ki, Ermənistan hərbi əməliyyatların bərpa olunmasını qətiyyən istəmir: “Azərbaycanın güc tətbiq edəcəyi təqdirdə Ermənistanın Dağlıq Qarabağ və onun hüquqi statusunu tanımaq, həmçinin orada yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə onun imkanlarını gücləndirməkdən başqa seçimi qalmayacaq”,-deyən erməni prezidenti iddia edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir və onun yeganə məqsədi maksimum dərəcədə Ermənistana ziyan vurmaqdır.