Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    2010-cu il üçün Dövlət Büdcəsinin müzakirəsinə başlanıb
    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycanın 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin və büdcə zərfinə daxil olan digər layihələrin müzakirəsinə başlanıb. Ölkənin əsas maliyyə sənədinin müzakirəsində Baş nazir Artur Rasizadə iştirak edib. Milli Məclis sədri Oqtay Əsədov çıxış edərək 2010-cu ilin büdcəsinin sosial yönümlü, investisiya tutumlu, müdafiə xarakterli olduğunu bildirib. Spiker Azərbaycanda ümumi daxili məhsulun artım tempinin 6%-dən artıq olduğunu, bunun da MDB məkanında ən yüksək göstərici olduğunu qeyd edib. Azərbaycanda istehsalın 85%-nin özəl sektorun payına düşdüyünü diqqətə çatdıran O.Əsədov bildirib ki, gələn ilin büdcəsi böhran nəzərə alınmaqla, reallıqlara uyğun tərtib olunub. O, büdcədə neftin qiymətinin reallıqlara uyğun göstərildiyini vurğulayıb. “2010-cu il dövlət büdcəsi haqqında qanun layihəsi və ona əlavə edilmiş sənədlərin layihələrinin Milli Məclisin komitələrində və Aparatın müvafiq şöbələrində diqqətlə öyrənilib. Hesablama Palatasının rəyləri nəzərə alınmaqla bugünkü müzakirəyə çıxarılması tövsiyə edilib”.-deyə O.Əsədov əlavə edib.

    Parlamentin sədri deputatları müzakirələrdə aktiv iştirak etməyə çağırıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə 2010-cu ilin dövlət büdcəsi ilə bağlı bəzi məlumatları diqqətə çatdırıb. Z. Səmədzadə bildirib ki, Azərbaycanın 2010-cu il üçün dövlət büdcəsi sosial və müdafiə yönümlüdür. “Dövlət büdcəsinin layihəsinə əsasən, Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 015 mln. manat, xərcləri isə 11 264 mln. manat həcmində nəzərdə tutulub ki, nəticədə, dövlət büdcəsində 1 249 mln. manat həcmində kəsirin yaranacağı gözlənilir”,-deyən komitə sədri növbəti il üçün inflyasiyanın 3% proqnozlaşdırıldığını söyləyib. Z.Səmədzadə son illər hökumətin inflyasiyanın cilovlamaq istiqamətində gördüyü tədbirlərin nəticə verdiyini də qeyd edib. Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitlərin büdcədə azaldığını diqqətə çatdıran Z.Səmədzadə fondun 400 mln. manat vəsaiti olduğunu qeyd edib. Z.Səmədzadə nəzərə çatdırıb ki, gələcəkdə bu fond müstəqil, özünü maliyyələşdirən, təsərrüfat hesablı bir təşkilat ola bilər. Sonra maliyyə naziri Samir Şərifov “Azərbaycanın 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin əsas parametrləri barədə deputatlara məlumat verib. S.Şərifov qeyd edib ki, qanun layihəsi mövcud qanunvericiliyə və ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası strategiyasına uyğun, qlobal maliyyə böhranının dünya iqtisadiyyatına vurduğu mənfi təsirlər və növbəti illərdə gözlənilən meyillər nəzərə alınmaqla hazırlanıb. “Makroiqtisadi sabitliyin qorunub saxlanılması üçün fiskal və monetar siyasətin həyata keçirilməsi 2010-cu ilin prioritetlərindəndir”,-deyən S.Şərifov qeyd edib ki, büdcədə qeyri-neft sektoru üzrə büdcə gəlirlərinə xüsusi əhəmiyyət verilib. Nazirin sözlərinə görə, 2010-cu ildə bir sıra vergi növü üzrə vergi dərəcələrinin azaldılması, sadələşdirilmiş vergitutma dövriyyəsinin 90 mindən 150 min manata çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, qanun layihəsinə əsasən, büdcə gəlirlərinin əsas mənbələri sırasında Dövlət Neft Fondundan daxilolmalar (4 915 mln. manat), əlavə dəyər vergisi (1 876 mln. manat), hüquqi şəxslərin mənfəət vergisi (1 096 mln. manat), fiziki şəxslərin gəlir vergisi (680 mln. manat), aksiz üzrə (552 mln. manat) daxilolmalardır. “Vergilər xətti ilə daxilolmaların 38,4%-i neft, qalanı isə qeyri-neft sektoru hesabına nəzərdə tutulur. Dövlət Gömrük Komitəsi xətti ilə vergi və rüsumlar üzrə daxilolmaların həcmi 1,1 mlrd. manat həcmində nəzərdə tutulur”,-deyə S.Şərifov vurğulayıb. S.Şərifov bildirib ki, büdcə xərclərinin əsas istiqamətləri sırasında isə birinci yeri dövlət əsaslı vəsait qoyuluşları tutur. Həmin təsnifat üzrə 3 549 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulduğunu diqqətə çatdıran nazir qeyd edib ki, 2010-cu ilin dövlət büdcəsində 1 276,8 mln. manat həcmində təhsil xərcləri, 1 205,8 mln. manat həcmində müdafiə xərcləri, 1 192,3 mln. manat həcmində sosial müdafiə və sosial təminatı xərcləri, 1 042,3 mln. manat həcmində ümumi dövlət xidmətləri xərcləri, 707,4 mln. manat həcmində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri, 479,4 mln. manat həcmində səhiyyə xərcləri nəzərdə tutulub. S.Şərifov bildirib ki, cari ilin 9 ayında ümumi daxili məhsulun (ÜDM) həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz, adambaşına düşən ümumi məbləğ 4,7 faiz, ölkəmizdə orta aylıq əmək haqqı 15,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 12,5 faiz artıb. “Bu dövrdə əhalinin gəlirləri 9,8 faiz, inflyasiyanın səviyyəsi 2,1 faiz olub. Gəlirlər inflyasiyanı 7,7 faiz üstələyib. Hesabat dövrünə ölkənin valyuta ehtiyatları cari ilin əvvəlinə nisbətən təxminən 1 mlrd. ABŞ dolları və ya 5,5 faiz artaraq 19 mlrd. ABŞ dollarından çox olub. Manatın sabitliyinin təmin edilməsi əhalinin banklara olan inamını daha da artırıb, əhalinin banklardakı əmanəti keçən ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 2 mld. manata, kreditlərin həcmi isə 18,2 faiz aratarq 7,6 mlrd. manata çatıb. Ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 5,2 mlrd. manat, o cümlədən daxili mənbələr hesabına 4,3 mlrd. manat investisiya qoyulub. Bunun 2,3 mlrd. manatı dövlət büdcəsinin vəsaitidir. Dövlət büdcəsinin gəlirləri 91,9 faiz və ya 7 mlrd. 235 mln. manat, xərcləri 81,8 faiz və ya 6 mlrd. 457 mln. manat icra olunub. İlin sonuna dövlət büdcəsi gəlirlərinin 81 faiz, xərclərinin 81,5 faiz ətrafında icra olunacağı gözlənilir”,-deyə nazir vurğulayıb. S.Şərifov qeyd edib ki, 2010-cu il üçün dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən dövlət tərəfindən müəyyənləşdirilən strategiyaya uyğun olaraq sosial və investisiya yönümlülüyün təmin edilməsinə, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına, qəbul edilən məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilib. Layihənin tərtibi zamanı İqtisadi İnkişaf Nazirliyinin hazırladığı “2010-2013-cü illər üzrə Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri”, ÜDM-in növbəti ildə 6,8 faiz, o cümlədən qeyri-neft sektorunda 4,9 faiz artım sürəti əsas götürülüb. O, büdcə layihəsində 1 barrel xam neftin satış qiymətinin 45 ABŞ dolları səviyyəsində götürüldüyünü nəzərə çatdırıb. Qeyd edək ki, 2010cu ilin büdcəsinin gəlirləri 10 015 mln. manat, xərcləri 11 264 mln. manat, büdcə kəsiri isə 1 249 mln. manat həcmində proqnozlaşdırılıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 740
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30