Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Prezident Administrasiyasından da zəng edənlər oldu ki, filan mollanı attestasiyadan keçirin”
    “Məni sovet dövründə döyüblər, işgəncələr veriblər, inancımdan dönməmişəm, indi gedim İslama xəyanət edim”-deyə attestasiyaya rəhbərlik edən QMİ nümayəndəsi rüşvət alması barədə deylənləri böhtan sayır

    Cənub rayonlarında fəaliyyət göstərən mollaların cəmi 40 faizi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) apardığı  attestasiyadan keçə bilib. Bu barədə Modern.az-a QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə deyib. 
    Onun sözlərinə görə, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar rayonlarında fəaliyyət göstərən mollaların 80 faizi attestasiyada iştirak edib. Lakin QMİ-nin imtahanlarına qorxaraq gəlməyənlər də olub.
    Attestasiyadan uğurla keçən mollalara 2011-ci ilin yanvar ayında xüsusi vəsiqələr veriləcək. Hazırda bu vəsiqələrin formaları hazırlanır. Mollaların hamısına eyni vəsiqə verilməyəcək. Axundlara ayrı, cənazə işlərinə baxanlara ayrı, Quran oxuyanlara isə başqa vəsiqə veriləcək.
    Haçı Mirəziz bildirib ki, QMİ-nin attestasiyaları gələn ilin yanvarından etibarən digər rayonlarda da davam edəcək.  Yanvar ayında Bakı şəhərində, Bakıətrafı kəndlərdə, Quba, Xaçmaz, Şəki, Zaqatalada da bu proses aparılacaq. Daha sonra attestasiya Naxçıvanda keçriləcək.

    “Attestasiya ölkənin bütün rayonlarında aparılacaq. İmtahandan keçə bilməyən ruhanilər barədə həmin rayonun icra başçısına məlumat veriləcək. İcra Hakimiyyətinə deyiləcək ki, bu şəxslər ruhani fəaliyyəti göstərə bilməzlər. İcra Hakimiyyəti həmin şəxsləri ruhanilik fəaliyyətindən kənarlaşdıracaq”-deyə o, vurğulayıb. 
    M. Seyidzadə keçirilən attestasiya ilə bağlı bir sıra narazıların guya, proses zaman məsələnin rüşvətlə həll edilməsi ilə bağlı dedikləri məlumatların ona da çatdığını bildirib. Onun sözlərinə görə, belə artıq - əskik sözləri danışan adamlar attestasiya prosesindən keçə bilməyənlərdir.
    “Dinə görə, rüşvət alan da, ruşvət verən də hər ikisi cəhənnəm əhlidi. O cür ifadələri işlədənlər İslamın, dinin  düşmənləridi.  Bütün imtahan prosesi komissya üzvlərinin iştirakl ilə kamera ilə çəkilib. Etiraz edənlərə biz elə yerindəcə çəkilmiş lenti təkrar göstərdik və nəyə görə imtahandan kəsildiyini deyirdik. İmtahandan keçənlər də pul verdiklərini deyə bilməzlər. Attestasiya prosesinə mən rəhbərlik etmişəm. Gərək pulu da mən alım. Əgər hər kimin kişiliyi çatırsa, gəlib mənim üzümə desin ki, pul verib”-deyə QMİ rəsmisi bildirib.
    Onun sözlərinə görə, Masallı rayonundan olan bəzi mollalar attestasiya ilə bağlı belə yalan ifadələr işlədiblər. Hacı Mirəziz deyib ki, Masallının Öncəkələ kəndində 70 yaşından yuxarı bir kişi ölü götürür, kəbin kəsirmiş... Attestasiya imtahanında məlum olub ki, bu adamın dili heç hərflərə yatmır, ərəb dilində har hansı bir ifadəni tələffüz edə bilmir.
    “Həmin adamın qohumları da, kəndin ağsaqqaları da mənə dedilər ki, bu kişi neçə ildi ölü götürür, indi ona qarşı belə münasibət ayıb olar. Komissiya üzvləri kənd ağsaqallarına bildirdi ki, bu şəxs bu işləri görə bilməz. Bu adam  ağsaqqaldı, seyiddi, hər kimdisə, bu dini işləri bacara bilmir, bu həmin vəzifədən xaric olunmalıdı”.
    Hacının sözlərinə görə, komisiya üzvlərinin qəti mövqeyini görən kənd ağsaqalları bildiriblər ki, ona molla statusu verilməsə, kənddə problem yaranacaq. Belə ki, buna qədər ölüsünü götürmüş adamlar onu daşqalaq edə bilərlər.  Komissiya isə rəsmən bildirib ki, bu şəxs nə iş görübsə, özü bilər öz Allahı ilə. 
    “Siz bu neçə vaxtı bilmirdiniz ki, öz ölünüzü kimə götüzdürürsünüz”-deyə komissiya üzvləri heç də xoş olmayan sualla kənd əhlinə müraciət ediblər. 
    Ən maraqlısı attestasiyadan keçə bilməyən mollalar üçün müxtəlif yerlərdən edilən xahiş zəngləri olub.
    Hacı Mirəziz bildirir ki, imtahandan keçə bilməyən adamlar üçün  çox yerlərdən onlara zəng vurdurublar.
    “Hətta Prezident Administrasiyasından zəng edənlər oldu ki, filan adamı attestasiyadan keçirin. Mən həmin adama da qətiyyətlə dedim ki, mənə, Mirəziz Seyidzadəyə dunyanın bütün mal-dövlətini versələr də, İslamın ziddinə hərəkət eləmərəm. Məni sovet dövründə dini inancıma görə vurublar,döyüblər, işgəncələr veriblər. Mən öz həqiqi yolumdan əl çəkməmişəm. İnidi şükür Allaha, gözəl hökümətimiz yaranıb, indi gedim İslama xəyanət edim. Mənimlə işləyən adamın məndən gizli bir iş görməsi də mümkün olan bir şey deyil”-deyə QMİ-nin Atestasiya Komisisyasının rəhbəri deyib.
    Hacı Mirəzizin sözlərinə görə, əgər kim attestasiyadan narazıdırsa, QMİ-yə müraciət edə bilər. Komissiya onu yenidən imtahan edəcək. 
    “Bizdə əvvələr sürücülər, mühasiblər yaşa dolandan sonra mollalıq edirdilər. Keçirdiyimiz atestasiyada iştrak edənlərin dini bilik səviyyəsi hansı həddədirsə, onlara o səviyyədə vəsiqə veriləcək. Bizə lazım olan səviyyədə olmayan adamların üstündən xətt çəkdik”-deyən Hacı Mirəziz bildidb ki, imtahan prosesinin birinci mərhələsindən keçə bilməyən bir sıra şəxslərə hazırlaşmaq və yenidən imtahan vermələri üçün 3 ay, bəzilərinə hətta 6 ay vaxt verilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 783
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30