Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    DYP əməkdaşları öz vəzifələrinin icrasına böyük məsuliyyətlə yanaşırlar
    Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Cəmşid Hənifəyev: «Biz bütün valideynləri məktəbyaşlı uşaqların yol hərəkəti qaydaları sahəsində maarifləndirilməsi işində məsuliyyətli olmağa çağırırıq»

    Azərbaycan Respublikası hökuməti dövlətimizin vətəndaşlarının təhlükəsizliyinə böyük diqqət ayırır ki, bu da müasir Azərbaycan cəmiyyətinin həyat fəaliyyətinin bütün sahələrinə qarşı göstərilən hərtərəfli qayğıda özünü büruzə verir. Göstərilən kontekstdə mühüm məsələlər sırasında yol hərəkətinin təhlükəsizliyi də durur. Həmçinin qeyd etmək lazımdır ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ilk növbədə, Dövlət Yol Polisi əməkdaşlarından asılıdır. Əməkdaşlarımız BDYPİ-nin konkret fəaliyyətinə dair suallarla Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Cəmşid Hənifəyevə müraciət ediblər.

    - Hazırkı gündə sürücülərin yol hərəkəti sahəsinə dair bilik səviyyəsi Sizi qane edirmi?

    - Bu gün sürücülərin yol hərəkəti qaydalarına dair bilik səviyyəsi olduqca aşağıdır və şübhəsiz ki, biz onlardan razı ola bilmərik. Xüsusilə, bir faktı qeyd etmək lazımdır ki, sürücülərin çox aşağı faizi yollarda sürücülük mədəniyyətinə malikdir. Misal üçün, elə sürücülər vardır ki, onlar məhz məlumatsızlıq səbəbindən yol hərəkəti qaydalarının pozulmasına yol verirlər.

    Bununla belə, çox vaxt yol-nəqliyyat hadisələri o səbəbdən baş verir ki, bəzi səhlənkar sürücülər sərxoş halda sükan arxasına əyləşərək, öz həyatlarını, idarə etdikləri avtomobil vasitəsində olan sərnişinlərin və piyadaların həyatını təhlükə altına qoyurlar. Heç kimə sirr deyil ki, bu cür səhlənkarlıq bəzi, o cümlədən belə sürücülərin özlərinin də həyatları bahasına başa gəlir. «Yol hərəkəti haqqında» Qanunda deyilir ki, yol hərəkətinin hər bir iştirakçısı mövcud qaydalara riayət etməlidir. Bu qaydaları pozan hər bir sürücü inzibati xəta törətmiş hesab olunur. İnzibati xəta törətmiş şəxs isə irqindən, dinindən, cinsindən, dilindən, mövqeyindən və tutduğu vəzifədən asılı olmayaraq müvafiq surətdə cəzalandırılmalıdır. Güman edirəm ki, sözügedən sahədəki problemləri aradan qaldırmaq üçün gələcəkdə sürücülük mədəniyyəti səviyyəsinin yüksəlməsinə səbəb olacaq maarifləndirici işləri davam etdirmək lazımdır.

    - Dövlət Yol Polisi əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Necə düşünürsünüz, onlar öz vəzifələrini lazımi səviyyədə yerinə yetirirlərmi?

    - Dövlət Yol Polisi əməkdaşları bu vəzifəni seçərkən bilirlər ki, onlar çətin şəraitlərdə, tutqun, yağmurlu, küləkli, qarlı havada belə, işləməli olacaqlar. Onların hamısı öz vəzifələrinin icrasına böyük məsuliyyətlə yanaşırlar.
    Eyni zamanda, qeyd etmək istərdim ki, Dövlət Yol Polisi İdarəsində Qaynar xətt xidməti – 102 fəaliyyət göstərir və biz sürücülərin yol hərəkəti qaydalarını pozmaları ilə bağlı çoxlu sayda məlumat qəbul edirik. Həmin məlumatlar araşdırılır və günahkarlar layiqli cəzalarını alırlar.
    Tez-tez bu xidmətə yol hərəkəti qaydalarını pozmuş, lakin günahlarını boynuna almayan şəxslər də zəng edirlər. Belə hallar da gələcəkdə diqqətlə araşdırılır və qanunu pozan şəxsin səhvi ona izah edilir.

    - Bu ilin 9 ayı ərzində yol hərəkəti qaydalarının pozulmasına dair statistik göstəricilər barədə nə deyə bilərsiniz?

    - Cari ilin 9 ayı ərzində baş vermiş pozuntuların 2834-ü qəza şəraiti, 1644-ü polisə tabe olmama faktı, 190-ı dəmiryol xəttindən keçmə, 11817-i işıqforun qırmızı işığında keçmə, 15067-i 30 km/s-lıq sürət həddini aşma, 553-ü 60 km/s-lıq sürət həddini aşma, 694-ü avtomobil vasitələrinin nömrə nişanı olmadan idarə edilməsi, 2290-ı sərnişindaşıma qaydalarının pozulması, 340-ı işartılı mayakları olan avtomobil vasitələrinə yol verilməməsi, 24311-i yol xətlərinə dair pozuntular, 16453-ü ötmə qaydalarının pozulması, 35954-ü yol qovşaqlarında hərəkətin pozulması, 410-u avtoxuliqanlıq faktı, 8736-ı avtomobil vasitələrinin sürücülük vəsiqəsi olmadan idarə edilməsi, 9842-i yol hərəkəti qaydalarının piyadalar tərəfindən pozulması, 4510-u avtomobillərdə pərdə və plyonkalardan istifadə olunması ilə bağlıdır.
    Ümumiyyətlə, qeyd etmək istərdim ki, həm sürücülər, həm də piyadalar «Yol hərəkəti haqqında» Qanunun bütün tələblərinə riayət etməlidirlər və yalnız belə olduğu halda, qəza şəraitləri və tıxacların yaranma mümkünlüyü minimal səviyyəyə çatacaq. Buna görə də düşünürəm ki, küçələrdə baş verən yol-nəqliyyat hadisələri bütün yol hərəkəti iştirakçılarının ətrafdakıların və özlərinin təhlükəsizliyinə nə qədər ciddi və diqqətlə yanaşmalarından asılıdır. Əgər hər bir insan üzərinə düşən vəzifələri vicdanla yerinə yetirərsə, yol-nəqliyyat hadisələrinin qarşısını almaq da mümkün olar.

    - Yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün cari ilin ötən müddəti ərzində hansı profilaktik tədbirlər həyata keçirilmiş və bu il hansı tədbirlərin keçirilməsi planlaşdırılır?

    - Sentyabr ayının 10-dan oktyabr ayının 10-a kimi Bakı şəhərində, xüsusilə, yetkinlik yaşına çatmamış və məktəbyaşlı uşaqların təhlükəsizliyi ilə bağlı təşkil edilmiş «Piyadaların təhlükəsizliyi aylığı» keçirilmişdir. Bununla əlaqədar olaraq paytaxtın bir sıra orta məktəblərində maarifləndirici tədbirlər keçirilmişdir ki, onlar da öz növbəsində müsbət nəticələr vermişdir. Tədbirlər əsnasında uşaqlara və onların valideynlərinə yol hərəkəti qaydaları izah edilmişdir. Uşaqlara yol hərəkəti qaydalarının ailələrdə izah edilməsi məsələsinə xüsusi diqqət verilmişdir, çünki hər bir uşaq valideynlərinin də yerinə yetirdiyi qaydalara daha yaxşı riayət edirlər. Məhz bu səbəbdən biz, Dövlət Yol Polisi əməkdaşları bütün valideynləri məktəbyaşlı uşaqların yol hərəkəti qaydaları sahəsində maarifləndirilməsi işində məsuliyyətli olmağa çağırırıq.
    Dövlət Yol Polisi əməkdaşları vaxtaşırı olaraq nəqliyyat vasitələri və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün lazımi tədbirlər həyata keçirirlər. Belə ki, sürücülər üçün sürətli rejim müəyyən edilmiş, piyadalar üçün isə yeraltı və yerüstü keçidlər tikilmişdir. Lakin qeyd etmək lazımdır ki, əgər piyada yol hərəkəti qaydaları haqqında adi biliklərə malik deyilsə və onlara riayət etmirsə, onda həyata keçirilmiş heç bir inzibati tədbir müsbət nəticə verməyəcək.
    Bu ilin sonuna planlaşdırılmış tədbirlərə gəlincə, onlar barədə danışarkən, yolların genişləndirilməsi, yeraltı və yerüstü keçidlərin inşasına dair tədbirləri qeyd etməmək olmaz. Bu kontekstdə əsas diqqət piyadaların təhlükəsizliyinin təmin edilməsinə yönəldilib. Yəqin ki, ilin sonunadək yerüstü və yeraltı keçidlərin tikintisinə dair işlər sona çatacaq ki, bu da piyadaların vurulması faktlarının azalmasına və göstərilən sahədə vəziyyətin daha da yaxşılaşdırılmasına gətirib çıxaracaq.

    - Yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların ağırlaşdırılması müsbət nəticələr verəcəkmi?

    - Şübhəsiz ki, yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların ağırlaşdırılması öz müsbət nəticələrini verir. Bunu statistik göstəricilərdə də görmək olar. Belə ki, 2010-cu ildə, daha doğrusu, cari ilin keçən 9 ayı ərzində Bakı şəhərində 681 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, bunun da nəticəsində 212 nəfər həlak olmuş, 660 nəfər isə xəsarət almışdır. Həlak olanlardan 108-i piyadalardır. Demək lazımdır ki, 2009-cu ilin müvafiq dövrü ərzində pozuntular, həlak olanlar və yaralananlar bundan xeyli çox olub.
    Piyadaların yollarda özlərini aparma məsələsinə ayrıca olaraq toxunmaq istərdim. Statistikaya nəzər salsaq, belə bir nəticəyə gəlmək olar ki, piyadalarla bağlı yol-nəqliyyat hadisələrinin əksəriyyəti piyadaların yol hərəkəti qaydalarına səhlənkarlıqla yanaşması nəticəsində baş verir. Əlbəttə, ən başlıca amillərdən biri də odur ki, onlar yerüstü və yeraltı keçidlərdən istifadə etmirlər. Məhz bu səbəbdən, piyadalar Azərbaycan Respublikasının «Yol hərəkəti haqqında» Qanununun 40-cı maddəsində sadalanan vəzifələrini bilməlidirlər. Həmin vəzifələr aşağıdakılardan ibarətdir: piyadalar səki, piyada zolağı və yol çiyinləri ilə hərəkət etməlidirlər. Əgər səki və piyada zolaqları yoxdursa və ya onlarla hərəkət etmək mümkün deyilsə, piyadalar velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidirlər. Bu zaman ehtiyatlı olmaq və yol hərəkətinin digər iştirakçılarına mane olmamaq lazımdır. Heç kimə sirr deyil ki, əsasən piyadalar yollarda çox ehtiyatsız davranırlar və məhz bu səbəbdən, qaydaları pozan piyadalara qarşı da cəza tədbirləri görülmüşdür. Belə ki, yolu nəzərdə tutulmuş yerlərdə keçmədiklərinə görə piyadalara verilən cərimənin məbləği artırılmışdır.

    Müsahibəni apardı:
    İskəndər Quliyev

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 793
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30