Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyəyə gedib
Həcc ziyarətini tamamlayan azərbaycanlı hacıları daşıyan avtobusun Türkiyənin Sivas bölgəsində qəzaya uğraması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyəyə gedib. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, A.Paşazadə iki gün əvvəl müayinə məqsədilə Almaniyaya gedib. Faciəli xəbəri eşidən kimi o, Almaniyadan Türkiyəyə yollanıb.