Rusiyalı mütəxəsislər azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçəcəklər
Bu gündən dekabrın 15-dək Rusiyanın Şüa Diaqnostikası üzrə Milli Konqresinin 4 nəfərdən ibarət tanınmış müəllim və professor heyəti həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyindən veriblər.
Şüa diaqnostikası məsələlərinə həsr olunmuş kurslara Bakı şəhərindəki tibb müəssisələrində çalışan 20 həkim müdavim cəlb olunacaq. Kurslar 1 saylı Kliniki Tibbi Mərkəzdə həyata keçiriləcək.