“Nar Festivalı” çərçivəsində Bakıda aksiya keçirilir
Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Nar Festivalı” çərçivəsində “İRƏLİ” İctimai Birliyinin könüllüləri tərəfindən Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərə nar səbətləri və 12 Noyabr 2010-cu il tarixində saat 12:00-da Göyçayda keçiriləcək “Nar Festivalı”na dəvətnamə paylanacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”dən veriblər. Qeyd edək ki, Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Nar Festivalı” artıq 5-ci ildir ki, keçirilir.
İlk dəfə olaraq bu il festival beynəlxalq səviyyədə və 40 nəfər xarici qonağın iştirakı ilə baş tutacaq. Festival gün ərzində müxtəlif proqramlarla davam edəcək.