Qafqazşünaslar “Qafqaz evi” ideyasını Gürcüstanda müzakirə edirlər
Gürcüstanda qafqazşünasların ikinci beynəlxalq konfransı başlayıb. KƏLAMİNFO Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Tbilisi Dövlət Universitetində keçirilən konfransda Azərbaycan, Türkiyə, Rusiya, Avropa və ABŞ-ın bir sıra mütəxəssisləri iştirak edir. Konfransda 220 məruzəçinin çıxışı planlaşdırılıb. Konfransın əsas məqsədi dünya ölkələrinin alimləri arasında əlaqələri inkişaf etdirmək, sülh və vahid “Qafqaz evi” ideyasını dərinləşdirməkdir.
Konfrans noyabırın 12-dək davam edəcək.
Xatırladaq ki, qafqazşünasların birinci beynəlxalq konfransı 2007-ci ilin oktyabr ayında keçirilib.