Azərbaycanın Baş naziri Artur Rasizadə Milli Məclisə keçirilən seçkilərdə səs verib. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan hökumətinin başçısı səhər saatlarında Bakı şəhərinin 16 saylı Yasamal II seçki dairəsinin 29 saylı seçki məntəqəsinə xanımı ilə gələrək səs verib.
Qeyd edək ki, bu məntəqədə 1426 seçici qeydiyyata alınıb. Seçkiləri 10-dan artıq yerli və beynəlxalq müşahidəçilər qrupu izləyir.
Xatırladaq ki, parlamenti formalaşdıracaq 125 deputat mandatı uğurunda 690 namizəd mübarizə aparır.