Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Ümumilikdə götürdükdə seçki kampaniyası normal keçdi”
    “Parlament-2010» koalisiyası təmsilçisi İbrahim Əliyev müsbət məqamlarla yanaşı, bəzi çatışmazlıqları da aşkar etdiklərini bildirdi 

    Artıq parlament seçkilərinə cəmi iki gün qaldı. Noyabrın 7-də vətəndaşlar seçki məntəqələrinə yollanıb bəyəndikləri namizədə səs verəcəklər. Təbii ki, hər şeydən əvvəl əsas gözlənti seçkilərin azad, demokratik və şəffaf keçirilməsidir. Çünki parlament seçkilərinə həm yerli səviyyədə, həm də beynəlxalq aləmdə böyük maraq var. Seçkilərin hansı formada keçirilməsinin müəyyənləşdirilməsi üçün isə qeyri-hökumət təşkilatlarının keçirdikləri monitorinqin və müşahidənin böyük əhəmiyyəti var. 7 noyabr seçkilərində bir sıra qeyri-hökumət təşkilatları bu missiyanı həyata keçirmək niyyətindədirlər.  Bir neçə qeyri-hökumət təşkilatının təsis etdiyi «Parlament-2010» koalisiyası da seçki prosesinin monitorinqini aparır. Artıq koalisiya seçkiqabağı mühitin öyrənilməsi ilə bağlı monitorinqlərini yekunlaşdırıb. Onların gəldiyi ümumi nəticələr barədə məlumat almaq üçün koalisiyanın təmsilçisi İbrahim Əliyevə müraciət etdik. Müsahibimiz əvvəlcə seçki günü monitorinqlərin aparılması üçün aparılan hazırlıq işləri barədə məlumat verdi:

    - Bu günlərdə biz mütəmadi olaraq seçki günü dairələrdə və məntəqələrdə müşahidə aparacaq şəxslər üçün treninqlər keçirmişik. Həmin treninqlərdə iştirak edənlərə müşahidə və monitorinq işinin özəllikləri barədə məlumatlar verilib, təlimlər keçirilib. Çalışmışıq ki, bizimlə əməkdaşlıq edəcək şəxslərə işin mahiyyətini izah edək. Biz təlim iştirakçılarının bilmədikləri, qaranlıq məsələləri onlara izah etmişik.

    Bundan əlavə, müşahidələri aparacaq nümayəndələrimizə müvafiq ləvazimatları və materialları təqdim etmişik. Onlara «Müşahidəçinin yaddaş kitabçası», açıqcalar, təqdim olunub. Biz bu işi aparacaq adamların hər biri ilə ayrı-ayrılıqda söhbət etmişik.
    - Siz seçki günü neçə dairədə monitorinq həyata keçirmək niyyətindəsiniz?

    - Bizim monitorinqlərimiz respublika ərazisindəki 80 dairəni əhatə edəcək. Bu dairələr respublikanın müxtəlif bölgələrini əhatə edir. Yəni monitorinqimiz təkcə Bakı, Abşeron və Sumqayıtla kifayətlənməyəcək. Biz bütövlükdə 65 rayonu əhatə edəcəyik. Onu da qeyd edim ki, artıq bütün bölgələrdə monitorinqlərin aparılması üçün apardığımız hazırlıq işlərini yekunlaşdırmışıq.
    - Seçki günü işinizi necə quracaqsınız?

    - Biz seçki günü müşahidəçilərimizin məlumatlarını davamlı olaraq alacağıq. Seçki günü bizim ayrıca qaynar xəttimiz olacaq. Bura edilən müraciətlər toplanılacaq. Müşahidəçilərimizin informasiyalarının toplanması üçün də müvafiq qrafik müəyyənləşdirmişik. toplanmış məlumatları seçki günü 3 dəfə yaymaq niyyətindəyik. Birinci məlumatlarımızı məntəqələr açılandan dərhal sonra yaymaq fikrindəyik. Plana görə məntəqələr açılarkən ilkin məlumatları yığacağıq və 8.30-da yayacağıq. İkinci məlumatlarımız günorta saatlarında yayılacaq. Üçüncü dəfə isə məlumatlarımızı seçki məntəqələri bağlanandan yarım saat sonra yaymağı planlaşdırırıq. Seçkilər başa çatdıqdan sonra biz müşahidəçilərimizə payladığımız blankları toplayacaq və ümumi məlumatları formalaşdıracağıq. Əgər çatdırsaq, seçkilərin monitorinqi ilə bağlı ilkin hesabatımızı seçki günü axşam saatlarında yayacağıq. Əgər ümumiləşdirmə işi vaxt apararsa, hesabatımız seçkinin səhəri günü açıqlanacaq.
    - «Parlament-2010» koalisiyası seçkiqabağı mühitin də monitorinqini aparıb. İlkin müşahidələrinizə əsasən seçkiqabağı mühiti necə qiymətləndirərdiniz?

    - Ümumilikdə götürdükdə seçki kampaniyası normal keçdi. Biz seçkinin bütün mərhələlərinin monitorinqini aparmışıq və bununla bağlı hesabatlar hazırlamışıq. Amma müsbət məqamlarla yanaşı, seçki kampaniyasında bəzi çatışmazlıqları da qeydə almışıq. Məsələn, seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün nəzərdə tutulan lövhələrin hamısı heç də tələblərə cavab vermir. Bu lövhələrin bəziləri camaatın gur olduğu müvafiq yerlərə qoyulmayıb. Əslində belə olmamalıdır. Bu lövhələr vətəndaşların namizədlərlə tanış olmaları üçündür. Buna görə də lövhələr camaatın sıx olduğu yerlərdə qoyulmalıdır. Amma bəzi dairələrdə lövhələr elə yerlərə qoyulub ki, orada çox az adam olur. Bundan əlavə, bizim İctimai Televiziyada namizədlər üçün ayrılan ödənişsiz efir vaxtı ilə bağlı da bəzi iradlarımız var. Biz düşünürük ki, namizədlərə ödənişsiz efir vaxtının verilməsi başqa formada olsaydı daha yaxşı olardı. Bundan əlavə, diqqət yetirəndə görürük ki, namizədlər pulu efir vaxtından istifadə etmirlər. Buna səbəb müəyyənləşdirilən qiymətlərin həddindən artıq baha olmasıdır. Biz namizədlərlə də söhbətlər aparmışıq və görürük ki, elan edilən qiymətlər onları qane etmir. Ona gərə də gələcəkdə bütün bunlar nəzərə alınmalıdır. Bizim digər iradlarımız da var və bunların hamısı hesabatlarımızda yer alır. Müşahidələrimiz zamanı bir sıra məqamları da aşkara çıxarmışıq. Məsələn, müəyyən etmişik ki, seçki prosesinin təşkilində iştirak edən bəzi şəxslər öz missiyaları barədə tam məlumatlı deyillər. Belələrinə məntəqə seçki komissiyalarının üzvləri arasında da, müşahidəçilər arasında da rast gəlmək mümkündür. Təbii ki, belələrini maarifləndirmək lazımdır.
    - Namizədlərin qeydiyyatı prosesi necə, sizcə normal keçdimi?

    - Ümumilikdə seçkinin bu mərhələsinin normal keçdiyini qeyd etmək olar. Namizəd olmaq iddiasında olan və müvafiq sayda imzaları dairə seçki komissiyalarına təqdim edən vətəndaşların əksəriyyəti qeydə alındılar. Amma qeydə alınmayanlar da oldu. Diqqət yetirsək görərik ki, bəzi vətəndaşlar namizədliklərinin qeydə alınması üçün lazım olandan çox əziyyət çəkməli oldular. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarında qeydə alınmayan xeyli sayda iddialının hüquqlarını bərpa etdi. Beləliklə, əgər vətəndaşın deputatlığa namizədliyi Mərkəzi Seçki Komissiyasının müdaxiləsindən sonra qeydə alınıbsa, deməli, burada problem olub. Biz bunun konkret nədən ibarət olduğunu deyə bilmərik. Çünki işin içində deyilik. Amma görünən odur ki, müəyyən problemlər olub. Bu məsələdə sevindirici məqam odur ki, Mərkəzi Seçki Komissiyası ədalətli arbitr rolunu oynaya bildi. Vətəndaşlar məhz bu komissiyanın işi nəticəsində hüquqlarını bərpa edə bildilər. Ümumilikdə götürdükdə seçki prosesindəki çatışmazlıqları çox da qabartmağa ehtiyac yoxdur. Çünki səhvsiz, qüsursuz hansısa iş tapmaq çox çətindir. İş varsa, nöqsan da ola bilər. Əsas odur ki, bu nöqsanı görəsən və onu aradan qaldırmağa çalışasan.
    - Beynəlxalq təşkilatlar hər dəfə seçkidən sonra Azərbaycanda icra hakimiyyəti strukturlarının seçki prosesinə müdaxiləsini irad tuturlar. Builki parlament seçkiləri kampaniyası dövründə bu problemi həll etmək istiqamətində irəliləyişlər müşahidə etdinizmi?

    - Bilirsiniz necədir, icra hakimiyyətinin seçkinin keçirilməsində müəyyən öhdəlikləri var. Əgər kimsə deyirsə icra hakimiyyəti seçkilər keçirilən dövrdə əlini yanına salıb oturmalı, heç bir iş görməməlidir, yanılır. Çünki seçkilərin təşkili ilə bağlı icra strukturlarının məsuliyyət daşıdıqları məsələlər var. Həmin öhdəliklər mütləq yerinə yetirilməlidir. Ancaq bəzən görürsən ki, bəzi icra strukturları bir qədər irəli gedirlər. Bəzi hallarda onlar öz səlahiyyət hədlərini aşırlar. Açığını deyim ki, seçkiqabağı dövrdə bizim olduğumuz dairələrdə belə halları qabarıq şəkildə müşahidə etmədik. Amma ola bilər ki, hansısa dairədə icra hakimiyyətləri həddindən artıq canfəşanlıq etsinlər. Ancaq icra hakimiyyətləri də başa düşməlidirlər ki, onların bu cür canfəşanlıqları dövlətimizə lazım deyil.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 674
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30