Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İlahiyyatçi alim-şairin “divan”i
    Hər görüşündən çox məmnun olduğum nadir şəxsiyyət Qazi Hacı Mirəziz Seyidzadənin (Əziz Pünhanın) əlimdə olan “Divan”ını vərəqlədikcə, onun bu səviyyədə bir şair olduğunu bilmirdim. Əruz vəzninin müxtəlif bəhrlərində ilahiyyatla  bağlı və zərgər dəqiqliyi ilə verilən lirik şeirləri, xüsusilə qəzəl, qəsidə, qitə, rübai, dördlüklər, müstəzad, mürəbbe, müxəmməs, müsəddəs, müsəbbe, tərcibənd, tərkibbənd, müəşşər, təxmis, təkbeytlər, müxtəlif şeirlər, bəhritəvillər, satirik şeirlər:

    M.P.Vafiqin, Aşiq Ələsgər sənətini xatırladan qoşmaları, ailə, dostlar və tanışlara aid ittihafları, esseləri və “Səadət günəşi” poeması ilə əhatə olunan kitabının final hissəsində özünün dediyi kimi “Divan” ədəbiyyatına öz töhfəsini vermişdir.  Oxuyub tanış olduğum bu “Divan” klassik üslubun davamı olsa da, onun forma, vəzn və məzmunlarında  müasirlik, yenilik və özünəməxsus məziyyətlər də görünməkdədir.
    İlahiyyatçı alim – şairin misralarında heç bir üslub, vəzn, forma və məzmun qüsurlarına rast gəlmədim. Ona görə də Əziz Pünhanın ənənvi “Divan” ədəbiyyatındakı yenilikləri heyrətə səbəb olmaya bilməz.
    Onun lirik şeirlərindəki “mən” və “sən” obrazları, yəni aşiq və məşuqə biri-digərinə sədaqətli insanlardır. Məşuqə də öz aşiqinin yanmaqda olan şəminin pərvanəsidir. O deyir:
    Eşqin Əziz Pünhanı yandırdı şam kimi,
    Xoşdur ki, sən ona pərvanəsən, gözəl
    Klassik ədəbiyyatımızdan öyrəndiyimiz kimi öz məşuqəsində (yaranmışda) yaradanı (Allahı) görə bilən şair xilqətdən gələn badə ilə məstdir.
    Əziz Pünhan deyir:
    Saqi bizə əmanət edib eşq badəsin, Ləli-ləbindi mey mənə, peymanəsən, gözəl
    Dahi Nizami Gəncəvidə:
    “Əmr edir canan ki, aşiqsən əgər divanə ol” və ya (ilahiyyatçılıqdan başqa) “Hər şeyə biganə ol” ifadələrinə təsadüf olunduğu kimi Əziz Pünhanın misralarında da:
     
    Bu hal ilə əğl iş görə bilməz, ümid olma, Dərs vermə Əziz Pünhana təfsir, nə lazım?
    Şairin gəzəllərində Allaha, Peyğəmbərlərimizə, Mövla Əliyə (ə), Fatimeyi-Zəhraya, Mövlana Cəlaləddin Rümiyə, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə, bir sıra dostlara və tanışlara ithaf etdiyi şeirlərində həmişə ilahiyyatla bağlı fikirlər ön məqamdadır, Allah kəlamı, Allaha məhəbbət, Qurani-Kərimə itaət hissləri üstündür. O deyir: Kim nə söz söyləyirsə, öz dərki-məqamından deyər, Leyk idrakı-bəşərdən alidir Quran sözü. Qəzəllərinə diqqət etdikcə Füzuli şeirlərinin sehri Əziz Pünhan yaradıcılığında  da görünməkdədir. Füzulidə qəmzəsilə kəmandara bənzədilən gözəlinə “Vurduğu şeyddə nə zəhm, nə peykan görünür” fikri Əziz Pünhanın da şairlik xəyalına öz təsirini göstərməkdədir. O da cananının hilal qaşını kamana bənzədir və bu kaman hətta “Xəncəri xəm eylər” deyir və əlavə edir ki: Ox atarsa qəmzəsilə gedir əql huş əldən, Necə sehrə saldı ol şux, məni mövcavan içində. Qəzəllərində Füzuli lirikasında tez-tez təkrar olunan klassik obrazlar: Leyli, Məcnun, Yusif, Züleyxa, Vamiq, Əzra kimi adlar onun da misralarında müxtəlif şəkildə mənalandırılır. Əlbəttə, bu obrazlar bütün klassiklərin yaradacılığında görünür. Əziz Pünhan deyir: Eşq səhrasında çoxlar özlərin Məcnun sanıb, Leyk zövqin duymamış, heyran gəlib, heyran gedər. Şair Bakıda bərpa olan yeni “Füzuli İrfan Məclisinin yaranması” münasibətilə sevinir və deyir: Müjdə ağalar! Məclisi-irfan təzələndi, Arif kişilərçün yenə dövran təzələndi. Bu şeirdə çox qəzəlxanların adı çəkilir, o cümlədən rəhmətlik Hacı Maili belə xatırlayır: Mail yad edildi ki Füzulisevər idi, Rəhmət oxuyaq onlara hər an, təzələndi. Şairə görə həmişə hər yerdə sevilmək xoşbəxtlikdir. Qəzəllərin birində deyir: Sevilmək özgə bir aləm, vəli sevmək səadətmiş, Sevərkən məqsədə yetmək, sevənlərçin bir adətmiş Əlbəttə, mən Əziz Pünhanın “Divan”ı haqqında geniş təhlillə (resenziya ilə) çıxış etmirəm. Bu münasibətlə respublikamızın görkəmli alimləri, publisist yazıçılarından Əlibala Hacızadə, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, əməkdar mədəniyyət işçisi, filologiya elmləri namizədi Vaqif Yusifli maraqlı fikirləri ilə ətraflı bəhs açmışlar.
    Mən isə bu “Divan”dan aldığım qısa təəssüratlarımı qeyd edirəm. Əziz Pünhan öz şeirlərində klassik məzmunlarla yanaşı, xalq məsəlləri, el ifadələrinə də yer vermişdir. O deyir: Pirinə nankor çıxan  məqsuda yetməz heç zaman, Xəzmi-irfanə yazıq nadan gəlib, nadan gedər. Şair bir sıra şeirlərini bugunkü günlərimizin, müstəqil Azərbaycanımızın memarı olan ulu öndərimiz Heydər Əliyev və İlham Əliyev cənablarına həsr etmişdir.  Belə şeirlərin birində deyir: ..Bu Azərbaycanımın memarı Heydər babamız, Necə də qurdu, yaratdı, dedi: min bar olsun! Çox çətin gündə Xudavənd Onu göndərdi bizə. Dedi: get, qoyma Azərbaycan tarmar olsun! ..Pərvəriş verdi, böyütdü dəxi İlham tək oğul, Elmu ürfanu ədəb verdi ki, dildar olsun. …Qoruyur Allah Onu, qoymaz o naçar olsun!  
    Ümummilli liderimiz Heydər Əliyevin ad günü münsibətilə isə deyir: Azərbaycan, bu cür şəxsiyyəti vardır, deyə təkdir, Ulu Heydər, bu mövludun mübarəkdir, mübarəkdir! Nə qədər söz yazılsa bu nəcib insan üçün, azdır, O bu xalqın həyatıyçün səmadan gəlmiş ecazdır. Əziz Pünhan heca vəzni ilə yazdığı “Səni Azərbaycan unutmaz” qoşmasında və “Səadət günəşi” adlı poemasında respublikamızda baş verən ağır günləri -1990-cü ilin 20 yanvar faciəsinin xilaskarını xatırlayır və deyir ki, bu gün artıq Şəfəqlərlə dolub Vətən göyləri, Xalqa hərarətdir odu-atəşi. Hələ nurlandırar çox əsrləri, Səadət günəşi, həyat günəşi. Mən Hacı Mirəziz Seyidzadənin imzası ilə çoxlu məqalələrə, ərəbcədən tərcümə etdiyi nadirələrə, qiymətli kəlamlara çox təsadüf etmişəm. Bu ilahiyyatçı alim həmişə qiymətli kəlamların xiridarıdır. Təsadüf deyil ki, səhifələri qiymətli kəlamlarla dolu olan nəfis şəkilli “Kəlam” jurnalının naşiri və baş redaktorudur..
    Bəzən olub ki, jurnal və qəzetlərdə onun imzası ilə gördüyüm kəlamların üzünü cib dəftərçəmə köçürmüşəm. Lakin etiraf edirəm ki, bu nadir şəxsiyyəti, ilahiyyatçı alimi indiyə qədər, həm də bir ustad şair kimi və misraları şeir inciləri ilə zəngin söz zərgəri kimi təsəvvür etməmişdim.
    Vaxtı ilə mənimlə birlikdə “Lənkəran” haqqında məlumat kitabını yazıb çap etdirən rəhmətlik Böyükağa Hüseynbalaoğlu da mənə bu nəcib şəxsiyyət haqqında müəyyən məlumat vermişdi.
    İndi isə haqqında söz açdığımız  bu “Divan”ı varaqladıqca bunu qət etmişəm ki, Hacı Mirəziz şeir sənətilə, xüsusilə, klassik ədəbiyyatımızın incəlikləri ilə çoxdan, həm də ciddi məşğul imiş.
    Bu gözəl şair mənim 75 və 80 illik yubileylərimdə şeyirlə çıxış etmişdi. Görünür, o anların həyəcanları məni hələ bu gözəl şairin bu dərəcədə ustad-şair olduğuna bələd olmaq imkanı verməmişdi.
    Artıq mən indi sözümün həqiqi mənasında Əziz Pünhanın şairlik məharətinə heyran qalmışam.
    Bu görkəmli şairin “Divan”ı haqqında geniş təhlil işi apara bilməsəm də, yazımı “Əziz Pünhanın 60 illyinə” həsr etdiyim şeirlə tamamlayıram. Əgər  qismətim olsa, inşallah, onun 70, 80, 90 və 100 illik yubileylərində də iştirak edib, şeirimlə çıxış edərəm!
    Hacı Mirəziz Pünhanın 60 illiyinə Pünhan ağamız, çatmısam altmış yaşa, gəldim. Təbrik eləməkçün, çalışıb birbaşa, gəldim. Yetmiş beşə, səksən yaşıma gəlmiş idin sən, Pir vaxtı pər açdım, yenə döndüm quşa, gəldim. Dörd altı ilə fərqimiz oldu yaşımızda, Təzim eləməkçün bu cavan qardaşa, gəldim. Siz kimi cavanlara duaçı oluram mən. Bu qəlb ilə bəlkə yaradançün xoşa gəldim. Öz ixtiyarım olsa əlimdə mənim, hökmən, Bu cismin əgər dəysə də dağa-daha, gəldim! Təbrik, ey Əziz Pünhan ağa, altmışınçın! Bir də görəsən yetmişə, səksənə yaşa gəldim. Əlbəttə, Müsafir səfərin heç də unutmur, Mən bəlkə də dəydim gözə gəldim, qaşa gəldim.
    Hacı Mirhaşım Talışlı
    Lənkəran Dövlət Universitetinin müəllimi,
    Filologiya elmləri namizədi, prezident təqaüdçüsü

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 988
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30