Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd sistemlərinə dəstək” layihəsinin təqdimat mərasimi keçirildi
    Bu gün “Hyatt Regency” otelində Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi “Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd sistemlərinə dəstək” layihəsinin təqdimat mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən layihənin ölkə üzrə meneceri Məzahir Əfəndiyev bildirdi ki, Azərbaycan hökuməti sərhədlərin müasir səviyyədə idarəçiliyi sahəsində böyük işlər görüb. Onun sözlərinə görə, Azərbaycan bu sahədə bir sıra beynəlxalq təşkilatlarla da səmərəli əməkdaşlıq etməkdədir.

    M.Əfəndiyev qeyd etdi ki, layihənin həyata keçirilməsində məqsəd sərhədlərin idarə olunması sahəsində milli qurumlararası əməkdaşlıq səviyyəsinin yüksəldilməsi, Ermənistan istisna olmaqla, qonşu sərhəd ölkələri, habelə Avropa İttifaqına üzv dövlətlər və beynəlxalq təşkilatlarla ikitərəfli və regional əməkdaşlıq səviyyəsinin artırılması, sərhədlərin təhlükəsiziliyinin təmin edilməsi və strateji idarəetmə potensialının inkişaf etdirilməsi, Azərbaycan-Gürcüstan sərhədlərində pilot proqramların həyata keçirilməsi və üstünlüklərin nümayiş etdirilməsi və digər məsələrdən ibarətdir. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməliyyatlar bölməsinin rəhbəri Jean-Louis Lavroff bildirdi ki, təmsil etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir. Qloballaşan dünyada sərhəd təhlükəsizliyinin təmininin vacib məsələ olduğunu diqqətə çatdıran J.Lavroff layihənin əhəmiyyətinə toxundu. Bildirdi ki, sözügedən layihə Azərbaycanın sərhəd idarəçiliyi ilə yanaşı, sərhəd akademiyasının da idarəçiliyini dəstəkləyir. Onun sözlərinə görə, bu proqram mövcud vəziyətə uyğundur və növbəti əməkdaşlıq üçün zəmin yaradır. Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, sərhəd xidməti general-mayoru Fərhad Tağızadə isə vurğuladı ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması bu layihənin geniş şəkildə icrasına əngəl yaradır. O, Azərbaycan sərhədinin təhlükəsizliyinin təmin olunmasında marağı olan dövlətlər və beynəlxalq təşkilatlarla milli səviyyədə əkəkdaşlığa hazır ollduğunu söylədi. Dövlət Gömrük Komitəsi (DGK) Baş idarəsinin rəisi Güloğlan Muradlı, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Bahadur Ehsanov və digərləri layihənin əhəmiyyəti və görüləcək işlər barədə məlumat verdilər. Qeyd edək ki, “Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd sistemlərinə dəstək” laiyhəsinə 6,3 mln. avro vəsait ayrılıb. Layihə 2012-ci ilədək davam edəcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 580
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30