Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    ETSN-nin “Qaynar xətt” xidmətinə tullantıların qalaqlanması və yandırılması ilə bağlı 20 müraciət daxil olub
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i (439-18-63, 438-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları barədə müraciətlər qəbul edilir. Cari iin III rübü ərzində “Qaynar xətt”ə tullantıların qalaqlanması və yandırılması ilə bağlı 20 sayda müraciət daxil olub və Nazirliyin müvafiq qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-dən veriblər. Binəqədi rayonu Biləcəri qəsəbəsi 5-ci Dağlı küçəsi 2 ünvanında yaşayan A.Eyvazlı, həmin rayonun 9-cu mikrorayon A.Məmmədov küçəsində yaşayan S.Hüseynov tərəfindən məişət tullantılarının qalaqlanması və yandırılması ilə əlaqədar daxil olmuş şikayətlər yerində araşdırılıb və qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

    Həmin rayonun Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 11 ünvanında yaşayan V.Rəcəbovanın müraciətinə əsasən yerində müvafiq araşdırma aparılıb və məntəqədə iri tutuma malik 4 ədəd boş konteyner olduğu halda, bərk məişət tullantılarının sakinlər tərəfindən ətrafa atıldığı məlum olub. Aidiyyəti qurumlar adıçəkilən ünvanda təmizlik işləri aparıb və hazırda ərazi Nazirliyin mütəxəssisləri tərəfindən nəzarətə götürülüb. Binəqədi rayonu A.Məmmədov küçəsi 119 ünvanında məişət tullantılarının yandırılması ilə əlaqədar daxil olan şikayət araşdırılıb və faktla bağlı protokol tərtib olunaraq, təqsirkar şəxslərə qarşı qanunamüvafiq tədbirlər həyata keçirilib. Nəsimi rayonu 20 yanvar küçəsi 19 v ünvanında yaşayan A.Əliyevin şikayəti ilə əlaqədar müvafiq araşdırma aparılıb, tullantıların qalaqlanması və yandırılması faktı aşkar edilməyib. Məsələ ilə bağlı A.Əliyev Nazirliyin “Qaynar xətt”inə zəng etdiyini təkzib edib. Sabunçu rayonu Maştağa qəsəbə sakini N.Aşurova tərəfindən məişət tullantılarının qalaqlanması barədə daxil olmuş müraciətlə bağlı şikayətçi, Zabrat və Maştağa qəsəbə icra nümayəndələri, Ramana sovxozunun direktoru, ARDNŞ-ın Sosial İnkişaf İdarəsinin Mənzil İstismar Sahəsinin rəisi ilə birgə araşdırma aparılıb. Araşdırma zamanı sözügedən ərazinin onlara məxsus olmadığı, bu sahənin Zabrat aeroportunun mühafizə zolağına aid olduğu bildirilib, buna baxmayaraq adıçəkilən icra nümayəndəlikləri problemin birgə aradan qaldırılması məqsədilə lazımi tədbirlərin həyata keçirilməsini öhdələrinə götürüblər. Əraziyə təkrar baxış zamanı məişət tullantılarının tamamilə təmizləndiyi müəyyən edilib. Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Vəkilov küçəsi 7 ünvanında yaşayan L.Cəfərovanın tullantıların vaxtında daşınmaması barədə müraciəti ilə əlaqədar şikayətçi ilə birgə müvafiq araşdırma aparılıb və məişət tullantılarının qəbulu üçün hər birinin tutumu 0,25 m3 olan 5 ədəd boş dəmir konteynerin olduğu halda, tullantıların ətrafa atıldığı müəyyən edilib. Bununla bağlı sakinlərlə təbliğat işi aparılmış və ərazi aidiyyəti qurumlar tərəfindən təmizlənib. Sumqayıt şəhər sakini A.Əhmədov tərəfindən Sumqayıt şüşə zavodunun ətrafında tullantıların yandırılması ilə əlaqədar daxil olmuş müraciət araşdırılıb və tullantıların yandırılması faktı aşkar edilməyib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 569
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30