Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Kaspi” Təhsil Mərkəzi və “Study in America” azərbaycanlı tələbələrlə görüş keçirib
    Bakıda məhşur “Study in America” (Amerikada təhsil) Beynəlxalq tələbə şirkəti “Kaspi” Təhsil Mərkəzi ilə birgə “MBA (Biznesin İdarəetməsində Magistratura) proqramı üzrə ABŞ-da təhsil almaq istəyən Azərbaycanlı tələbələr ilə görüş keçirib. KƏLAMİNFO xəbər verir ki, görüşdə “Kaspi” Təhsil Şurasının sədri Sona xanım Vəliyeva çıxış edərək bildirib ki, “Stady in America” şirkəti təkcə Birləşmiş Ştatlarda deyil, bütün dünya üzrə təhsil sahəsində fəaliyyət göstərən şirkətlərdəndir. S.Vəliyeva qeyd edib ki, “Study in America”nın ABŞ-da demək olar ki, bütün universitetlərlə əlaqəsi var və beynəlxalq tələbə mübadiləsində yüksək rola malikdir. “Şirkətin rəhbəri Tamer Türkmanın bu gün burada iştirak etməsi təhsil sahəsində ABŞ-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə yeni töhfə verəcək. Bu şirkət “Kaspi” Təhsil Mərkəzində bütün proqramlar üzrə tələbələrin hazırlanması, həmçinin onların sənədlərinin tərtibi ilə bağlı böyük bir proqram yerinə yetirir. Şirkət mərkəzin növbəti təhsil tərəfdaşıdır. Mərkəz bundan əvvəl fəaliyyət göstərdiyi qısa müddət ərzində, yəni son üç ildə dünyanın 60-dan artıq universiteti ilə tərəfdaşlıq əlaqələri yaradıb.

    Bunun 40-a yaxını Böyük Britaniyada yerləşən nəhəng universitetlərdir. Əgər gənclər “Kaspi” Təhsil Mərkəzini seçəcəksə və onun vasitəsilə “Stady in America” şirkətinin və universitetlərlə əlaqə yaratmaq istəyəcəklərsə, bu əlaqələrin sırasına bugünkü tədbirdə iştirak edən dörd universitetdən əlavə Birləşmiş Ştatların daha 25 universiteti də daxil olacaq. “Kaspi” Təhsil Mərkəzi sizin təhsil proqramlarınızın həyata keçməsinə, yəni yüksək bal toplayaraq dünyanın nüfuzlu universitetlərində oxumağınıza yardımçı olacaq”,-deyə “Kaspi” TŞ-nin sədri vurğulayıb. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov hazırda “Kaspi” Təhsil Mərkəzinin tələbə mübadiləsi proqramı çərçivəsində çox əhəmiyyətli və məhsuldar bir görüş keçirdiyini söyləyib. “Stady in America” şirkətinin nümayəndələrini və ABŞ-ın çox nüfuzlu universitetlərinin ekspertlərini Azərbaycana dəvət etməklə “Kaspi” Təhsil Mərkəzi azərbaycanlı gənclərin xarici ölkələrin universitetlərində təhsil almalarını daha da asanlaşdırır. Onları bu işə istiqamətləndirmək kimi nəcib məqsədlər güdür. Bunun üçün Təhsil Nazirliyi adından “Kaspi” Təhsil Mərkəzinin rəhbərliyinə təşəkkürümü bildirirəm”,-deyə nazir müavini vurğulayıb. E.Qasımov qeyd edib ki, Azərbaycan dövləti istedadlı gənclərin xarici ölkələrdə təhsil almalarına mühüm əhəmiyyət verir. O, bildirib ki, bu sahədə həyata keçirilən müvafiq Dövlət Proqramı çərçivəsində hazırda 800-ə yaxın azərbaycanlı gənc tələbə dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində təhsil alır. “Azərbaycanlı tələbələrin hazırlıq keçmədən xarici ölkələrdə təhsil almaları müəyyən problemlər yaradır. Ona görə də hazırlıq mərhələsinin Azərbaycanda keçirilməsi daha məqsədəuyğundur və bu işin uğurla reallaşdırılmasında “Kaspi” Təhsil Mərkəzi mühüm rol oynayır. Hazırlıq mərhələsində ilk növbədə dil hazırlığı mühüm əhəmiyyət kəsb edir. Təhsil Nazirliyi belə nəcib əməllərə görə, mərkəzin fəaliyyətini yüksək qiymətləndirir”,-deyə E.Qasımov əlavə edib. Onun sözlərinə görə, hazırda keçirilən tədbir xaricdə təhsillərini davam etdirmək arzusunda olan tələbələrin öz məqsədlərinə nail olmalarına şərait yaradacağına şərait yaradacaq. Tədbir zamanı jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdüri Əli Həsənov bildirib ki, son zamanlar ölkə başçısının təşəbbüsü ilə istedadlı gənclərinin xarici ölkələrin ən qabaqcıl universitetlərində təhsili ilə bağlı Dövlət proqramı hayata keçirilir. “Bu proqrama müvafiq olaraq dünyanın ən qabaqcıl universitetlərinə azərbaycanlı tələbələr göndərilir, yerləşdirilir və onların təhsili təmin olunur. Lakin, azərbaycanlı gənclərin bu universitetlərə gedib uyğunlaşması birdən-birə baş vermir. Burada da dəstəyə ehtiyac var. Odur ki, “Kaspi” Təhsil Mərkəzinin “Stady in America” şirkəti ilə birgə keçirdiyi bu tipli görüşlər bu sahədə qaydaları, normaları, ora daxil olmanın yolları və digər bu kimi amillərə aydınlıq gətirmək üçün çox vacibdir,”-deyə PA-nın şöbə müdüri açıqlayıb. Tədbir təhsillərini Amerika universitetlərində MBA proqramı üzrə davam etdirmək arzusunda olan tələbələrin bilik səviyyəsini yoxlamaq üçün ingilis dilində davam etdirilib. “Stady in America” Beynəlxalq tələbə şirkətinin prezidenti Tamer Türkman, Xəzər Universitetinin rektoru Con Rayder, ABŞ və Fransa universitetlərindən gəlmiş Debora Riqer, Keyt Voqn, Şandra Cons, Darya Zarubina tədbirdə çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər. Onlar ABŞ universitetlərində MBA proqramı üzrə magistr təhsilinə yiyələnmək üçün mövcud olan şərtləri şərh edib, tələbələrin süallarını cavablandırıblar. Tədbir maraqlı diskusiyalarla davam edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 463
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30