Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    B.Fasye: “Faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərdəki son beş ildəki vəziyyəti araşdıracaq”
    "Bu gün və sabah günün birinci yarısında Bakıda olacaq ATƏT-in faktaraşdırıcı missiyası bir sıra rəsmi görüşlər keçirməyi planlaşdırır". KƏLAMİNFO xəbər verir bu barədə jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasye bildirib. “Bizim missiya bu gün başlayır. İlk olaraq bu gün xarici işlər naziri Elmar Məmmədyarov, daha sonra nazirliyin ekspertləri, həmçinin Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşəcəyik. Sabah isə prezident İlham Əliyevlə görüşüb dərhal İrəvana yola düşəcəyik.

    Və elə Ermənistana çatan kimi Serj Sarkisyanla da görüşəcəyik. Ayın 7-də isə Xankəndiyə yola düşəcəyik. Və oradan hər gün növbəli şəkildə rayonlara səfər edəcəyik. Hava şəraitindən asılı olaraq missiyamızı oktyabrın 13-də və yaxud 14-də yekunlaşdırmağı planlaşdırırıq”,- deyə fransalı həmsədr vurğulayıb. Fransalı diplomat qeyd edib ki, bu cür missiyanın həyata keçirilməsi özlüyündə vacib faktdır. Onun sözlərinə görə, regionda həyata keçirilən əvvəlki missiya 2005-ci ilin fevral ayında baş tutub. “Bu missiyanın üstündən 5 ildən artıq vaxt keçib. Bu onu göstərir ki, biz rayonlardakı vəziyyəti 5 il əvvəlki ilə müqayisə edəcəyik”,-deyə fransalı həmsədr əlavə edib. Fransalı vasitəçi faktaraşdırıcı missiyanın işğal olunmuş ərazilərə niyə Azərbacan tərəfdən yox, məhz Ermənistan ərazilərindən gedəcəyinə də aydınlıq gətirib. O, qeyd edib ki, regiona son səfərlərində cəbhə xəttini Azərbaycan tərəfdən keçmələri son 9 ildə ilk dəfə baş tutub. Fransalı həmsədr, həmçinin dekabr ayında Astanada keçiriləcək ATƏT-in sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşmək ehtimalına da toxunub və bildirib ki, dekabradək hələ iki ay var. Qeyd edib ki, Astanada hər iki ölkənin prezidenti də olacaq. Onun sözlərinə görə, hər hansı bir görüşün keçirilib-keçirilməyəcəyinə dair fikir söyləmək hələ tezdir. Xatırladaq ki, bu gün ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri başlayıb. Vasitəçilər bu dəfə münaqişə tərəfləri ilə danışıqlardan əlavə Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlarda müşahidələr apararaq faktaraşdırıcı missiya da yerinə yetirəcəklər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 404
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30