Azərbaycan vətəndaşında da A/H1N1 qripi qeydə alınıb. Bu barədə məlumatı Səhiyyə Nazirliyindən veriblər.
Qripə yoluxan sakin Ukraynanın İvanovo-Frankovsk vilayətində müvəqqəti yaşayan və oktyabrın sonunda respublikaya gələn, Kürdəmir rayon sakinidir. Xəstə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda hospitallaşdırılıb və həkimlərin müşahidəsi altında spesifik müalicə kursu keçir. Hazırda xəstə ilə təmasda olmuş şəxslər arasında kompleks profilaktik tədbirlər həyata keçirilir.