Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Mənim şüara ehtiyacım yoxdur”
    Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov seçkidə şüarsız da qalib gələcəyinə inanır

    Parlament seçkilərinə rəsmən start verilməsi ilə siyasi fəallığın artması eyni vaxta təsadüf edir. Siyasi partiyalar yanaşı, fərdi namizədlər də noyabrın 7-də şanslarını sınamaq istəyirlər. Məhz bu səbəbdəndir ki, deputat olmaq istəyənlərin sayı gündən-günə artır. Artıq Mərkəzi Seçki Komissiyasından imza vərəqəsi götürən namizədliyə iddialıların sayı 1000 nəfərə yaxınlaşmaqdadır. Amma təbii ki, namizədliyini verənlərin heç də hamısının seçilmək şansları yüksək deyil. Bu baxımdan, seçilmək şansı daha yüksək olan şəxslərin, millət vəkillərinin, siyasi partiya təmsilçilərinin seçki prosesi ilə bağlı rəyləri maraq doğurur. Bütün bunları nəzərə alaraq Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılova müraciət etdik. Qeyd edək ki, bu seçkilərə «İslahat» seçki blokunun tərkibində qatılan Ədalət Partiyası bu seçkilərdə Böyük Quruluş və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları ilə tərəfdaş olacaq. Hazırda namizədliyini irəli sürmək üçün Tovuzda olan İ.İsmayılov seçki prosesi ilə bağlı fikirlərini bizimlə bölüşdü.

    - İlyas müəllim, artıq seçki kampaniyasına start verilib. Seçki mühitini necə qiymətləndirirsiniz?

    - Məncə, seçkilərin keçirilməsi üçün çox yaxşı şərait yaradılıb. Kim istəyir namizədliyini irəli sürür. Bütün namizəd olmaq istəyənlər kimi biz də çox rahat şəkildə bu prosesə qoşulmuşuq. İndiyədək seçki ilə bağlı atdığım addımlarda heç bir maneə ilə üzləşməmişəm.



    - İlkin qiymətləndirməniz necədir? Sizcə, bu seçkidə ən şanslı qüvvə hansıdır?

    - Bu çox asan sual oldu. Təbii ki, seçkilərdə ən şanslı qüvvə hakim Yeni Azərbaycan Partiyasıdır. Onlar sayca hamıdan çoxdurlar. İnzibati resursları da nəzərə alsaq, digər partiyaların onlarla rəqabət aparması çətindir. YAP-dan sonra gələn qüvvələri nəzərə alsaq, mən partiyamızın təmsil olunduğu «İslahat» seçki blokunu digər blokların hamısından güclü hesab edirəm. Bizim də bu seçkilərdə uğur qazanmaq üçün kifayət qədər imkanlarımız var.

    - Sizin blok bu seçkidə neçə namizədlə iştirak edir?

    - Artıq biz namizədlərimizi müəyyənləşdirmişik. Bu seçkiyə 106 namizədlə gedirik.

    - Hədəfləriniz necədir? Neçə mandat qazanmağa iddialısınız?

    - Əlbəttə ki, biz imkan olduqca daha yaxşı nəticə göstərməkdə maraqlıyıq. Amma hər şey nəticələr açıqlanandan sonra məlum olacaq.

    - Seçki öncəsi müxalifət düşərgəsində 5 seçki bloku yaranıb. Sizcə, bu pərakəndəlik müxalifətin səslərini parçalamayacaq ki?

    - Mən bu yanaşmanı düzgün qəbul etmirəm. Blokların çox olması səsləri niyə parçalamalıdır ki? Hərənin öz elektoratı var. Mojaritar sistemdə adətən seçicilər partiyalara, siyasi bloklara deyil, fərdi namizədlərə üstünlük verirlər. Məncə, bizdəki seçkilərdə də konkret şəxsiyyətlər arasında mübarizə gedəcək. Bu baxımdan, müxalifətin səslərinin parçalanmasından söhbət gedə bilməz.

    - Qısa ümumiləşdirmə aparsaq, bu seçkiləri 5 il əvvəlki parlament seçkilərindən fərqləndirən hansı xüsusiyyətləri qeyd edə bilərsiniz?

    - Bu, bir az çətin məsələdir. Seçkilərə rəsmən yenicə start verildiyindən bu sualı cavablandırmağa çətinlik çəkirəm. Sualınızın cavabını seçkinin nəticələri açıqlanandan sonra verə bilərəm.

    - Yeri gəlmişkən, seçkidə əsas rəqib hesab etdiyiniz Yeni Azərbaycan Partiyası artıq namizədlərinin siyahısını açıqlayıb. Bu siyahını necə qarşıladınız?

    - Mən nə deyə bilərəm… Başqa partiyanın irəli sürdüyü namizədləri qiymətləndirmək istəmirəm. Bu dəqiqə məni daha çox öz blokumuzun seçki hazırlıqları düşündürür.

    - Siz Yeni Azərbaycan Partiyasının siyahısını öz blokunuzun siyahısı ilə müqayisə edəndə hansını daha güclü görürsünüz?

    - Məncə, bu yanaşma düzgün deyil. Ona görə də bu suala cavab vermək istəmirəm. Bəzi dairələrdə bizim namizədlər, bəzi dairələrdə də onların namizədləri şanslıdır.

    - Bilirsiniz ki, bu il seçki kampaniyasının müddəti bir qədər azaldılıb. Bəziləri müddətin azaldılmasının namizədlərə problemlər yaradacağını iddia edirlər. Siz bu barədə nə düşünürsünüz?

    - Qətiyyən yox. Müddətin azaldılması seçki kampaniyasının aparılmasına heç bir problem yaratmayacaq. Şəxsən öz timsalımda götürsəm, deyə bilərəm ki, Seçki Məcəlləsində müəyyənləşdirilən müddət platformanın seçicilərə çatdırılmasına imkan verəcək. Bura rayon yeridir. Hamı da məni tanıyır. Ötən müddət ərzində rayonu kəndbəkənd gəzmişəm. Bir deputat kimi mənə çox gözəl münasibətləri var.

    - Artıq imza vərəqələrinizi götürmüsünüzmü?

    - Bəli, artıq 3 gündür Dairə Seçki Komissiyasından imza vərəqələrini götürmüşük. İmzaların toplanmasında ciddi problemlə üzləşmədik. Artıq bu işi başa çatdırmışıq. Yəqin ki, yaxın vaxtlarda imzaları təhvil verəcəyik.

    - Seçki prosesi ilə bağlı gələcək planlarınız necədir? Hansısa bir iş planı hazırlamısınızmı?

    - Ümumi olaraq belə deyim ki, təbliğat-təşviqat kampaniyasına qanunla müəyyənləşdirilən vaxtda başlayacağıq. Həmin vaxt bütünlüklə namizədliyimi irəli sürdüyüm bölgədə olacaq, kəndbəkənd gəzəcəm, camaatla görüşəcəyəm. İnsanların problemlərini öyrənməyə çalışacam.

    - Seçki şüarınızı müəyyənləşdirmisiniz?

    - Mənim şüara ehtiyacım yoxdur. Heç vaxt belə şeylərin tərəfdarı olmamışam. Məncə, indi də nəsə fikirləşməyə ehtiyac olmayacaq. Onsuz da camaat məni tanıyır. Digər tərəfdən, indi sovet dövrü deyil ki, ümidimizi şüarlara bağlayaq. İnsanlar artıq şüar dalınca getmirlər. Onları konkret iş maraqlandırır.

    - Konkret iş demişkən, 5 il əvvəl seçicilərinizə verdiyiniz vədləri necə yerinə yetirirsiniz?

    - Mən 5 il əvvəl seçicilərimə nə vəd vermişdimsə, hamısını yerinə yetirmişəm. Mənim kifayət qədər təcrübəm var. Milli Məclis üzvünün səlahiyyətlərinin nə olduğunu da yaxşı bilirəm. Buna görə də seçki kampaniyam müddətində seçicilərimə səlahiyyətlərimdən kənar heç bir vəd verməmişdim.

    - Bəs növbəti 5 il üçün hansı vədləriniz var?

    - Əslində Milli Məclisin funksiyaları hamıya məlumdur. Parlamentdə qanunvericilik fəaliyyəti ilə məşğul olmaq lazımdır. Deputat parlamentə təqdim olunan qanunların müzakirəsində yaxından iştirak etməlidir. Bundan əlavə, seçicilərinin suallarını cavablandırmalıdır. Mən ötən 5 il ərzində bu istiqamətdə əlimdən gələni etmişəm. Növbəti 5 ildə də seçicilərimə məhz bunu vəd edirəm.

    - Sizin seçki kampaniyanızın aparılmasına blokunuzdakı digər partiyaların təmsilçiləri yardım göstərirlərmi?

    - Əlbəttə ki, kömək göstərirlər. Biz bu bloku məhz ona görə yaratmışıq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 687
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30