Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Müxalifətin seçkiyə 5 blokla getməsi səsləri parçalayacaq”
    Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa seçkilərin ciddi rəqabətə səhnə olacağını düşünür

    Artıq parlament seçkiləri kampaniyasına rəsmən start verilib. Ayrı-ayrı fərdi namizədlər, siyasi partiyalar, siyasi partiyaların yaratdıqları seçki blokları namizədlərin irəli sürülməsinə başlayıblar. Hakim Yeni Azərbaycan Partiyası müdafiə edəcəyi namizədlərin siyahısını təsdiqləyib, AXCP ilə Müsavat da namizədlərin razılaşdırılması prosesini davam etdirirlər. Bundan əlavə, müxalifət düşərgəsini təmsil edən partiyalar əlavə dörd seçki bloku da yaradıblar. Bu seçki bloklarından biri olan «İslahat»da təmsil olunan Böyük Quruluş Partiyası da seçkilərdə uğur qazanmağa iddialıdır. Bu blokda Böyük Quruluşdan başqa Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət partiyaları da təmsil olunur. BQP sədri, millət vəkili Fazil Mustafa ilə söhbətimizdə də seçkiqabağı durum barədə dəyərləndirmə apardıq.

    - Fazil müəllim, artıq seçkilərə rəsmən start verilib. Seçkiqabağı mühiti necə qiymətləndirirsiniz?

    - Seçki öncəsi prosesin demokratikliyinin təmin edilməsi üçün lazımi addımlar atılıb. Hamının seçkilərdə iştirakı üçün şərait yaradılıb. Namizədliyini irəli sürmək istəyən hər bir şəxs sərbəst şəkildə bunu edə bilər. Bu ərəfədə yeni seçki bloklarının formalaşması, əksər partiyaların seçkidə iştirak qərarlarını açıqlamaları da bunu göstərir. Bütün bunlar həm də ona işarədir ki, builki parlament seçkiləri çox ciddi rəqabət şəklində keçəcək. Hesab edirəm ki, yaranan ayrı-ayrı seçki bloklarının bölgələrdə namizədlər irəli sürmələri yerlərdə canlanma yaradacaq. Mən ümid edirəm ki, noyabrın 7-də ölkədə normal rəqabət mühitində azad seçkilər keçiriləcək. Seçkilərə də məhz bu baxımdan qoşuluruq.



    - Sizin rəhbərlik etdiyiniz partiya bu seçkidə neçə namizədlə təmsil olunacaq?

    - Bilirsiniz ki, biz seçkilərə müstəqil şəkildə qatılmırıq. Partiyamızın iştirakıyla «İslahat» seçki bloku formalaşdırılıb. Bizim blokun 106 dairədən namizədi olacaq.

    - Blokun namizədlərindən neçəsi sizin partiyanı təmsil edir?

    - Açığı bununla bağlı hesablama aparmamışam. Ümumi şəkildə onu deyə bilərəm ki, həmin namizədlərin 30-dan çoxu bizim partiyanı təmsil edir. Əslində bizim namizədlərimiz daha çox idi. Amma «İslahat» bloku yaradandan sonra bir sıra dairələrdən namizədlərimiz üst-üstə düşdü. Nəticədə müzakirələrdən sonra qarşılıqlı güzəştlərə getdik. Beləliklə bizim partiyanın namizədlərinin sayı da azaldı. Bir qisim fəallarımız namizədliklərini geri götürdülər.

    - Blok daxilində namizədlərin müəyyənləşdirilməsi prosesində problemlərlə üzləşmədiniz ki?

    - Əlbəttə, müəyyən problemlər oldu. Xüsusilə də 10 dairədə problemlər yaşadıq. Amma müzakirələrdən sonra bu problemi də yoluna qoya bildik. Bu prosesdə hər şey qarşılıqlı güzəştlərdən asılıdır. Bizim blokdakı partiyalar da bunu bacardılar.

    - Fazil müəllim, siz hələ seçki kampaniyası başlamazdan əvvəlki bəyanatlarınızda qeyd edirdiniz ki, heç bir bloka qoşulmayaraq seçkilərə müstəqil gedəcəksiniz. Amma sonradan rəhbərlik etdiyiniz partiya bu mövqedən çəkildi. Səbəb nə oldu?

    - Bu, sırf taktiki məsələdir. Seçki prosesində müstəqil, yoxsa blok şəklində iştirak etməyin xeyrimizə olduğunu götür-qoy etdik. Başqa partiyalar seçkilərə blok yaradaraq qoşulduqlarından biz də mövqeyimizi dəyişdik. Gördük ki, seçkilərdə qüvvələrimizi birləşdirmək daha faydalı ola bilər. Sirr deyil ki, bu gün Azərbaycanda bizdən də güclü partiyalar var. Əgər onlar seçkilərə bir-birləri ilə blok yaradaraq gedirlərsə onda biz niyə bu addımı atmamalıyıq. Çünki bu addımı atmasaq rəqiblərimiz blok yaradaraq bizdən daha güclü görünə bilərlər. Ona görə də mövqelərimizin üst-üstə düşdüyü partiyalarla birlikdə qərara aldıq ki, seçkiyə vahid blokda gedək.

    - Sizin bloku da saysaq müxalifət düşərgəsini təmsil edən partiyalar 5 siyasi blokda təmsil olunurlar. Sizcə bir düşərgənin daxilində 5 seçki blokunun yaradılması normal qəbul edilə bilərmi?

    - Əlbəttə ki, buna normal yanaşmaq lazımdır. Unutmaq lazım deyil ki, burada söhbət müxalifət düşərgəsindən gedir. Bilirsiniz, hakimiyyət yekcins ola bilər. Çünki hakimiyyət bir mərkəzdən idarə olunur və bir hakim partiya var. Müxalifət düşərgəsi isə müxtəlif dünya görüşlərini təmsil edir. Ona görə də onların bir yerdə olması mümkün deyil. Bunun praktiki cəhətdən mümkünsüz olması bir neçə dəfə həyatda təsdiqini tapıb. Əgər bu qüvvələr birgə ola bilsəydilər, bu gün müxalifətdə deyil, hakimiyyətdə olardılar. Bu baxımdan müxalifət düşərgəsini təmsil edən partiyaların 5 siyasi blokda seçkiyə getməsini normal qarşılamaq lazımdır.

    - Bəs müxalifət partiyalarının seçkiyə bu cür dağınıq halda getmələri nəticələrə nə cür təsir edəcək? Səslərin parçalanması baş verməyəcəkmi?

    - Təbii ki səslər parçalanacaq. Bunu etiraf etməmək mümkün deyil. Parçalanma bu və ya digər formada mütləq olacaq. Bilirsiniz ki, bizdə seçkilər sırf majoritar sistemlə keçirilir. Bu sistemdə partiyaların rolu çox da böyük deyil. Uğur qazanmağın əsas göstəricisi irəli sürülən namizədlərdən asılıdır. Yəni, partiya nə qədər güclü olur-olsun, namizədi güclü deyilsə, səs alması çətindir. Hesab edirəm ki, bizdə də nəticələrə namizədlərin fərdi bacarıqları təsir edəcək.

    - Öz blokunuzu bir kənara qoysaq digər bloklardan hansını daha şanslı hesab edirsiniz?

    - Mən hesab edirəm ki, hazırda seçkiyə qoşulan siyasi bloklar arasında bizimlə rəqabət apara biləcək qüvvə yoxdur. Bizimlə rəqabət apara biləcək yeganə qüvvə Yeni Azərbaycan Partiyasıdır. Bu partiyanın çox böyük inzibati resursları var. Etiraf etməliyik ki, Yeni Azərbaycan Partiyasının imkanları bizdən qat-qat genişdir. Digər bloklar barədə isə danışmağa dəyməz. Yalnız AXCP və Müsavat partiyalarının yaratdığı blok bizə hər hansı formada rəqib ola bilər. Digər bloklar isə bizimlə rəqabət aparmaq imkanına malik deyillər.

    - Yeri gəlmişkən Yeni Azərbaycan Partiyası artıq özünün müdafiə edəcəyi namizədlər siyahısını açıqlayıb. Siz əsas rəqibinizin açıqladığı seçki siyahısını necə qiymətləndirirsiniz?

    - Hər halda bu, Yeni Azərbaycan Partiyasının seçimidir. Mənə elə gəlir ki, siyahı çox düşünülüb-daşınılmaqla hazırlanıb. Siyahını hazırlayanlar namizədlərinin imkanlarını çox yaxşı qiymətləndiriblər. Dairələr üzrə ən şanslı namizədlər müəyyənləşdirilib.

    - Sizcə budəfəki parlament seçkilərinin əsas xarakterik xüsusiyyəti nə olacaq?

    - Nəzərə almaq lazımdır ki, artıq Azərbaycan cəmiyyəti keçid dövrünü başa vurur. Bu seçki həmin dövrün yeni dövrlə əvəzlənməsini təmin edəcək. Yeni dövr üçün yeni qanunvericilik bazasının formalaşdırılmasına xidmət edən daha çevik qüvvələrə ehtiyacı var. Bu mərhələdə siyasi partiyaların parlamentdə daha sağlam rəqabət aparmalarına, daha hay-küysüz və peşəkar münasibət ortaya qoymalarına ehtiyac olacaq. Bu baxımdan hesab edirəm ki, 7 noyabr seçkiləri Azərbaycanda yeni bir dövr üçün başlanğıc rolunu oynaya bilər.

    - Sizin seçki bloku təbliğat-təşviqat kampaniyasını daha çox hansı tezislər üzərində quracaq? Seçki şüarlarınızı dəqiqləşdirmisinizmi?

    - Əslində biz seçki şüarlarımızı müəyyənləşdirmişik. Sadəcə, blok daxilində son müzakirələri aparıb qərar verməmişik. İndi əsas diqqəti namizədlərin irəli sürülməsinə, imzaların toplanmasına yönəltmişik. Növbəti mərhələdə seçki şüarlarımızı da dəqiqləşdirəcəyik. Sizə yalnız özümün fərdi namizəd kimi müəyyənləşdirdiyim şüarı açıqlaya bilərəm. Mənim bu seçkilərdəki seçki platformam iki tezis üzərində qurulur – “Bir vəd - bir əməl”. Çünki mən namizədliyimi 5 il bundan əvvəl seçildiyim dairədən irəli sürürəm. Hesab edirəm ki, ötən 5 ildə seçicilərimə verdiyim vədləri olduğu kimi yerinə yetirmişəm. Bu baxımdan alnı açıq, üzü ağ bu seçkiyə də qoşula bilirəm. Hesab edirəm ki, müəyyənləşdirdiyim seçki tezisləri bu dəfə də mənə uğur gətirəcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 700
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30