Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Prezident: “DQ probleminin həlli ilə bağlı heç bir nəticə yoxdur”
    “Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulub. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı”. KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında çıxışı zamanı bildirib. “Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyil. Bizi birləşdirən aramızdakı münasibətlər, qardaşlıq, ortaq keçmişimizdir və bu günümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz güclənib, formalaşıb, dövlətçiliyimizin əsasları qurulub. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək”,- deyə prezident İlham Əliyev vurğulayıb. Dövlət başçısı qeyd edib ki, bizi ortaq tarix, ortaq mədəniyyət birləşdirir.

    “Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıblar, bir yerdə çalışıblar, daim bir-birinə arxa, dayaq olublar. Mən çox şadam ki, bu gün ölkələrimiz müstəqil dövlətlər kimi bütün sahələrdə uğurlu əməkdaşlıq aparır, bir-birinə dəstək olurlar. Biz çalışmalıyıq və çalışırıq ki, bütün beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini gücləndirək, bir-birimizə siyasi dəstək verək və bütün işlərdə bir-birimizin yanında olaq. Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, heç bir irəliləyiş və nəticə yoxdur. Uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altında qalır. Bu işğal və azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıb. Bu, böyük ədalətsizlikdir, bu, humanitar fəlakətdir. Bütün beynəlxalq təşkilatlar, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın haqq işini dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və orada bilavasitə göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. ATƏT-in qərarları, İslam Konfransı Təşkilatının çoxsaylı qətnamələri, Avropa Parlamenti, Avropa Şurası kimi təşkilatların qərar və qətnamələri məsələnin ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll olunmasını tələb edir. Ancaq əfsuslar olsun ki, bu günə qədər bu məsələ ilə bağlı nəticə yoxdur”,- deyə prezident İlham Əliyev əlavə edib. Dövlət başçısı Dağlıq Qarabağın Azərbaycanın tarixi və əzəli torpağı olduğunu bir daha bəyan edib. Prezident əsrlər boyu Azərbaycan xalqının bu torpaqlarda yaşayıb, yaratdığını söyləyib. Bildirib ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz istəyirik ki, bunu tezliklə, danışıqlar, sülh yolu ilə həll edək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 456
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30