YAP namizədlərinin 2000-dən çoxunun namizədliyi qeydə alınıb
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən bələdiyyələrə namizədlərin qeydə alınması üçün imzatoplama kampaniyası başa çatdırılıb. Hazırda imzalarını Dairə Seçki Komissiyalarına təqdim edən namizədlərin qeydə alınması prosesi davam edir. YAP-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, bu günə kimi imza vərəqələrini təqdim edənlərin 2000 nəfəri Dairə Seçki Komissiyaları tərəfindən bələdiyyələrə namizəd kimi qeydə alınıb.