Respublika üzrə 49 yeni məktəb binasının inşası başa çatdırılıb
Cari ildə respublika üzrə 17434 şagird yerlik 49 yeni məktəb binasının, 10 mövcud məktəbə 1418 şagird yerlik əlavə tədris korpuslarının inşası başa çatdırılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Eləcə də, 7 ümumtəhsil məktəbi, 2 peşə liseyi, 3 körpələr evi-uşaq bağçası əsaslı, 356 ümumtəhsil məktəbi, 9 peşə liseyi, 52 körpələr evi-uşaq bağçası və 5 məktəbdənkənar təhsil müəssisəsi cari təmir olunub. Qeyd edək ki, cari ildə 6980 şagird yerlik 25 yeni məktəb binasının tikintisinə başlanılıb.