Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Medvedevin Bakıya gəlməsinə ehtiyac yox idi”
    Rusiyanın Ermənistanla imzaladığı protokollardan sonra regiondakı geosiyasi proseslərdə müəyyən dönüş yarandı. Bununla əlaqədar olaraq regoinda liderlik statusuna malik Azərbaycan ekspertlərin daha çox müzakirə obyektinə çevrildi. Cənubi Qafqazda gərgin münaqişə ocaqlarından biri olan Azərbaycanın itirilmiş torpaqları bu proseslərin fonunda qaynar bir nöqtəyə çatıb. Bu və ya digər məsələləri keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə KƏLAMİNFO-ya şərh edib.

    - Vəfa müəllim, Rusiya adətən Ermənistanla əməkdaşlıqda bu ölkənin təhlükəsizliyini, Azərbaycanla əməkdaşlıqda isə daha çox iqtisadi və ikitərəfli əməkdaşlığı önə çəkir. Bu fərqli yanaşmanı necə izah edərdiz?

    - Məsələnin acınacaqlı halı ondan ibarətdir ki, Cənubi Qafqazda Rusiya etdiklərinin əksinin göstərən nə bəyanat verirsə, hamı az qala ona inanır. Moskva İrəvanla bağladığı protokollarla Ermənistanın təhlükəsizliyini önə çəkərək, əslində Azərbaycanın Ermənistan tərəfdən zəbt olunmuş ərazisi – Qarabağın işğalını əbədiləşdirir. Həmin sənədlərlə Rusiya bunu təsdiq etdi. Düzdür əbədi heç nə yoxdur, lakin bu o demək oldu ki, nə qədər Rus imperiyası var, Qarabağ da işğal altında olacaq. Eyni zamanda hadisələri yaxından izləyən şəxs kimi onu da deməliyəm ki, Rusiyanın da varlığına çox qalmayıb. Onun xarici siyasətdə göstərdiyi aktivlikdən asılı olmayaraq, yaxın 10 ilə Rusiya özü parçalanacaq. Ən əlverişli zaman da o vaxt yetişəcək ki, Azərbaycan Ermənistanla öz haqq-hesabını çəksin. O ki, qaldı Rusiyanın Azərbaycanla canfəşanlıq göstərdiyi əməkdaşlığa, onlar əsasən də son imzalanan sənədlərlə bizə vurduqları zərbəni yumşaltmaq üçün, əhəmiyyətsiz də olsa mövzular ortaya atıb Bakı ilə müzakirələr təmasında olmaq istəyirlər. Sərhədlərin delimitasiyası və digər mövzuları ortaya atmaqla Moskva bizim başımızı qatır. Bu delimitasiya məsələsi 1990-cı ildən başlayıb, hələ də Rusiyanın əlində Azərbaycanla danışıqlar aparmaq üçün mövzudur. Bütün bunlar faktiki olaraq əhəmiyyətsiz əməkdaşlıqdır və Bakının gözündən “pərdə asmaq” kimi bir şeydir.

    Heç Rusiya prezidenti D.Medvedevin də Bakıya gəlməsi üçün ehtiyac yox idi. O, sadəcə Azərbaycana gəlməklə öz səfərini hədiyyə kimi bizə göstərməyə çalışır. Bu səfərlə Moskva bizə demək istəyir ki, “biz sizi sevirik, amma işğal olunan torpaqlarınıza gəldikdə isə, unudun”.


    - Moskvanın İrəvanla hərbi baza ilə əlaqədar imzladığı sənədlərdən sonra, Ermənistan bazadan istifadə etməklə müharibə bəyanatları ilə çıxış edir. Necə düşünürsüz, bu Rusiyanın regionda yeni toqquşmalar yaradacağından xəbər vermir?

    - Bilirsiniz, hazırkı şəraitdə Rusiyadan hər nə istəsəniz gözləmək olar. Özü də belə bir məqamda. Vaxtilə əsarətində olmuş regionlar indi Moskvanın nəzarətində deyil və bu kimi strateji bölgələrin ondan ayrılması Rusiyanın iqtisadi çöküşünü də sürətləndirib. Adətən, məhv olmasını hiss edən birisi ətrafında nə varsa, parçalamaq istəyir. Mən bunu həmişə demişəm, indi də deyirəm: Rusiyanın Müdafiə Nazirliyinin planlarında Azərbaycana hücum etməklə bağlı bir-neçə variantlar var. Torpaqların işğal altda qalma müddətini müxtəlif yolla uzadılması da elə buna xidmət edir. İndiki halda bu niyyəti reallaşdırmaq üçün siyasi durumlar Rusiyaya imkan vermir. Mən sizi inandırım ki, iynə ucu qədər də imkan yaranan kimi Rusiya bunu edəcək. Necə ki, heç kimin gözləmədiyi şəkildə Gürcüstana bunu etdi. Bu baş verdi və heç bir qüvvə də ona müdaxilə etmədi. Bu o demək deyil ki, Rusiya qüdrətlidir və nə istəsə edə bilər. Sadəcə Moskva xarici siyasətində nə yolla olursa-olsun qəsbkarlığı qarşısına məqsəd qoyub. İmperalizm xəstəliyinə tutulub. Azərbaycan təkcə Rusiya ilə iki-üç qat artıq ayıq olmalıdır. Çünki, Rusiyanın varlığı bizim üçün təhlükədir. Bəlkə də diplomatik üslübda demədim, amma bu artıq faktdır.


    - ABŞ Rusiyanın regiondakı son addımları ilə bağlı neytral bir bəyanat verdi. Bunu necə başa düşmək olar, bu Vaşinqtondan Moskvaya göstərilmiş “yaşıl işıq”dır?

    - Bu çox təbii bəyanatdır. Ona görə ki, ABŞ özü də anlayır ki, məsələn, Rusiyanın Ermənistanla əsgəri əməkdaşlığın qınamaqla heç nəyə nail olmayacaq. Amma, eyni zamanda Birləşmiş Ştatların özü indiki halda Rusiyanın koloniyaları olan dövlətlərlə əsgəri müqavilələr bağlayır. Məsələn, Qırğızıstan, Tacikistan, Qazaxıstan artıq belə dövlətlərdəndir ki, ABŞ-la hərbi əməkdaşlıqdadırlar. Vaşinqton formal cəhətdən Rusiyanın Ermənistanla imzaladığı sənədlərə etiraz etmədi. Lakin, heç şüphəsiz Birləşmiş Ştatlar bundan razı deyil. O, heç vaxt Cənubi Qafqaz kimi strateji bölgənin asanlıqla Rusiyanın əlində alət olmasına göz yuma bulməz. ABŞ üçün bizim region o qədər də əhəmiyyətsiz deyil. İqtisadi amillərlə yanaşı, siyasi amillər də bu qənaətə gəlməyə əsas verir. Eyni zamanda unutmaq lazım deyil ki, ABŞ və Rusiya bir-birilə ənənəvi rəqibdirlər. Tezliklə də bu rəqabət öz kuliminasiya nöqtəsinə gəlib çatacaq. Rusiya məhv olacaq.


    - Sizcə qonşu İranın Azərbaycana qarşı qeyri-səmimi münasibətindən Rusiya yararlanmağa çalışa bilər?

    - Əgər burada Rusiya öz qəsbkarlıq siyasəti üçün çıxış nöqtəsi görürsə, mütləq çalışar və mən düşünürəm ki, çalışacaq da. Əslini götürsək, İran qeyri- səmimi olsa da hələ bizim üçün o qədər də təhlükə yaratmır. Faktiki nəfəsimizin qabağını kəsən elə Rusiya özüdür. Tarixən də nəfəs almağa imkan verməyib. Çar Rusiyası dövründə ermənilər kimi bir bəlanı gətirib bizə yapışdırıb, Sovet Rusiyası dövründə də minlərlə azərbaycanlını Sovet Ermənistanında öz yurdundan deportasiya edib. Bunu edən rus liderləri, o cümlədən M.S.Qorbaçov olub, ermənilər yox. Biz əslidnə erməniləri şişirdə-şişirdə Rusiyanı arxa plana çəkirik. Unuduruq ki, problemin başında duran Moskvadır. 1990-cı ildə rus qoşunları SSRİ nəzdində eyni ittifaqda olduğu öz vətəndaşlarını, Azərbaycanlıları Bakıda həyasızcasına qırdı. Bunu heç bir ölkənin qoşunları öz vətandaşlarına etməzdi, amma, ruslar Bakıda etdilər. SSRİ dağıldıqdan sonra da Rusiyanın başında duran B.Yeltsin Azərbaycan torpaqlarının 20%-ni işğal altda qalmasına geniş şərait yaratdı. İndi də V.Putin komandası. Əslində, indi Rusiya daha iştahla və həvəslə postsovet ölkələrinə hücuma keçib. Regional siyasətlərini yeritmək üçün Azərbaycanı da hazırda çox çıxılmaz vəziyyətdə qoyurlar. Nə qədər ki, Rusiya öz imperalist istəklərini yeritməyib, o bizim torpaqların azadlığına imkan verməyəcək. Bu faktdır, bunu birdəfəlik anlamalıyıq. Niyə özümüzü aldadırıq?


    - Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi Ankara tərəfdən mümkünsüz elan olunsa da, gündəmdən düşmür. Yeri gəlmişkən A.Gül Bakı səfərində İrəvanla gizli diplomatiyadan eyham vurdu.

    - Bilirsiz, Türkiyə Ermənistanla neçə illərdir gizli danışıq aparır və indən belə də apara bilər. Məsələn, eyni danışıqları apardı Norveçdə, amma nəticə etibarı ilə sərhədlər açılmadı. Ankaranı başa düşmək lazımdır. O, İrəvanla danışıqları öz mənafeindən çox müttəfiqləri – ABŞ, NATO və digər qurum və ölkələrin xatirinə aparır. Lakin, istənilən halda o cür danışıqları mən nəticəsiz görürürəm. Çünki, Türkiyənin müttəfiqləri də anlayır ki, belə bir danışıqlar Azərbaycanın torpaqları azad olmadan baş tutsa, Ankara kifayət qədər nüfuzunu itirə bilər. Çünki, sərhədlərin bağlanma səbəbi hamıya məlumdr. Ona görə də, inanmıram Türkiyənin müttəfiqləri onu belə bir yola vadar etsinlər. Eyni zamanda, aydın məsələdir ki, Ermənistan obyektiv surətdə Türkiyənin düşmənidir. Yenə də, inanmıram türklər düşünülməmiş addım atsınlar.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 634
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30