Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    E.Nalbandyanın bəyanatı Ankaraya xidmət edir?
    Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın təkzib etməsinə baxmayaraq, Türkiyənin İrəvanla əssiz diplomatiyası var və bu dinamik formada davam edir. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində siyasi ekspert Musa Qasımlı söyləyib.

    O, bildirib ki, belə bir diplomatiyanın yaşamasında beynəlxalq təşkilatların da kifayət qədər təsiri var. “Artıq Türkiyə- Ermənistan münasibətləri məsələsi, hər iki ölkədə belə siyasi hakimiyyət uğrunda mübarizə predmetinə çevrilib. Həm də nəzərə alaq ki, güclü fəaliyyətə malik xarici erməni diasporaları da sərhədlərin açılması barədə danışıqlara qəti etiraz edir. Ona görə də, hesab edirəm ki, erməni nazirin verdiyi bəyanat bu məsələ ilə bağlı düşmüş olduqları ağır vəziyyətin pərdələnməsidir. Ermənistan özü bu məsələdə Türkiyədən çox ehtiyyatla hərəkət edir.

    Çünki, nəticə etibarı ilə sərhədlərin açılması Ankaradan çox İrəvanın özünə lazımdır”,-deyə ekspert vurğulayıb.
    Politoloq Mübariz Əhmədoğlu qeyd edir ki, ümumiyyətlə Türkiyənin siyasətində açıq qalan, daha çox suallar yaradan məqam elə Ermənistanla olan münasibətlərdir və buna görə də erməni nazirin birmənalı təkzibi heç də təccüblü deyil. Politoloqun fikirincə, burada Dağlıq Qarabağ daha çox bəhanədir. “Sabah Dağlıq Qarabağ (DQ) məsələsi həll olduqdan sonra da, bizim üçün Türkiyə- Ermənistan münasibətləri bu şəkildə olacaq, nə “hə”, nə də “yox”. Müxtəlif analitik toplantılarda rast gəlirəm ki, türk ekspertlər də dəfələrlə eyham vururlar ki, Ermənistan Azərbaycanla düşmənçilik edir deyə, Ankara- İrəvan münasibətləri dalana dirənib. Axı belə deyil. Söhbət ondan gedir ki, ermənilər bizimlə düşmənçilikdən əvvəl türklərlə tarixi düşməndirlər. Bu baxımdan da düşünürəm ki, Türkiyə Ermənistanla bağlı siyasətində köklü dəyişiklik etməlidir. Bu dəyişikliyin də formulası çox aydındır. Yəni, Ankara əsaslı olaraq bəyan eləməlidir ki, onun Ermənistanla bağlı siyasəti tamamilə Azərbaycandan asılı olan məsələdir. Bu tək DQ məsələsi ilə bağlı olmamalıdır. Ümumiyyətlə gələcək siyasətdə Türkiyə bu xətti götürməlidir. E.Nalbandyanın bəyanatı da məhz bu gizli siyasətdə Türkiyəyə bir addım qabağa getmək üçün yaşıl işıqdır. Lakin, mən bunu uğurlu nəticəsini görmürəm”,-deyə M.Əhmədoğlu vurğulayıb.
    Digər ekspert Elçin Mirzəbəyli isə, nəinki bu diplomatiyanın mövcudluğuna əmindir, hətta bunun 2004-ci ildən Ermənistanla Türkiyə arasında başladığını iddia edir. Onun sözlərinə görə, ilk başlanğıcda bu kəşfiyyat səviyyəsində olub, son illər parlamentlər və xaricdəki diplomatik korpuslar səviyyəsində genişlənib. “Ermənistan xarici işlər nazirinin bəyanatı gözdən pərdə asmaqdır. Çünki, bunu adı gizli olsa da, artıq bunun əksər detalları Azərbaycanda müəyyən qurumlara məlumdur. Məsələ burasındadır ki, sərhədlərin açılmasında və bu danışıqlarda ən çox maraqlı olan tərəf də elə Ermənistandır. İrəvana Mən deyərdim hətta bu “gizli diplomayiya” anlayışın baş ssenari müəllifi elə Ermənistandır. Bütün bunlara görə də, düşünürəm ki, E.Nalbandyanın bəyanatı elə sırf bu diplomatiyanın inkişafına xidmət edən nüansdır”,-deyə ekspert bəyan edib.
    Qeyd edək ki, ötən ay Türkiyə prezidenti A.Gül Bakıya səfəri zamanı Ermənistanla sərhədlərin açılmasında İrəvanla aralarında gizli diplomatiyının olmasına işarə vurub. Ötən gün isə, Ermənistanın xarici işlər naziri E.Nalbandyan mətbuata açıqlamasında belə bir danışıqların olmasını təkzib edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 420
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30