Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İman və ibadətin hikməti
    “İman” və “ibadət” məfhumlarının müxtəlif əqidə vicdan və savad yönündən fərqlənən insanlar arasında birmənalı şəkildə anlaşılmadığının şahidi oluruq. Məsələn: “Müsəlman”la “mömin” məfhumlarının eyni məna daşıdığını düşünərək hətta fasiqliyi (böyük günah işləməyi adət etməsilə) ilə məşhur olanları tanışlarının bəzən mömin adlandırdığını eşidirik. Əslində iman nədir? İman-Allaha qəlbi ilə inanmaq, dili ilə təsdiq etmək və əməllərilə də Rəbbin əmrlərinə riayət etməkdir. İmanın dərəcələri mövcuddur:

    1) Kafir (Allaha inanmayıb bunu dili ilə təsdiq edən); 2) Münafiq (Allaha inanmadığı halda Ona inandığ
    Rəbbinə inananlar da inanc yönündən bir neçə qismə ayrılırlar:
    1) Mömin (İmanda ən üst təbəqəyə qalxmış, təqva sahibi, əməlisaleh insan); 2) Müsəlman (İmanı mömin qədər güclü olmayan insan); 3) Fasiq (Rəbbinə inandığına baxmayaraq, böyük günahlar işləyən insan).
    Yuxarıda söylənilənləri Qurani-Kərim ayələrinə və hədislərə istinadən incələyək. Müsəlmanla möminin eyni məfhum olmadığının təsdiqi “əl-Hucurat” surəsinin 14-cü ayəsində mövcuddur. Belə ki, Qurani-Kərimdə Allah-Təala buyurur:
    -“Bədəvi ərəblər: “Biz mömin olduq” dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz mömin olmadınız! Ancaq: “Biz İslamı qəbul etdik! deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır……”
    Yuxarıda qeyd edilən Allah kəlamını təfsir edən müfəssirlər həmin ayənin Bəni Əsəd İbn-i Huzeymə qəbiləsilə bağlı nazil olduğunu yazırlar. Adıçəkilən qəbilənin üzvləri özlərinin mömin olduqlarını Həzrət Məhəmmədə (s.ə.s.) demişlər. Lakin hər bir insanın əsl simasını tanıyan Allah Peyğəmbərimizə (s.ə.s.) onların imanda mömin səviyyəsinə yüksəlmədiyini, yalnız müsəlman olduqlarını bildirmişdir (Elmalılı Hamdi Yazır. Hak dini Kuran dili, c VII, s. 214; H. Karaman, M. Çağrıcı və s. Kuran yolu, c. V, s. 51).
    Müfəssir Seyyid Qütb müsəlmanla mömin arasındakı fərqi izah edərkən mömindən fərqli olaraq, bəzən müsəlmanın qarşılaşdığı çətinliklərə dözə bilmədiyini qeyd etmişdir. Möminin isə bunun tam əksinə, həyatda ona üz verən müsibətlərdən və imtahandan sarsılmayaraq Allah ilə iman bağlarını qoparmır (Seyyid Kutub. Fi Zilal-il Kuran (tərcümə edənlər: S. Uçan, V. İnce, M. Yolcu, İ. Tüfekçi, İ. Türkü), c. IX, s. 336, 337).
    Əhməd ibn Hənbəlin kitabında möminin əsl mahiyyətini izah edən hədis təqdim edilmişdir. Həmin hədisdə insanların mallarına və canlarına təhlükəli olmayanları, habelə hər hansı bir tamahla qarşı-qarşıya qaldıqda onu Allah rizası üçün tərk edənləri Peyğəmbərimizin (s.ə.s.) mömin adlandırdığı zikr edilir (İbn Kesir. Hadislerle Kuran-i Kerim tefsiri (tərcümə edənlər: B. Karlığa, B. Çetiner), c. XIII, s. 7425).
    Möminlə facirin fərqini bəlli edən başqa bir hədisdə bəyan edilir:
    “Mömin kimsə günahlarını xəyalında elə böyüdür ki, sanki  öz üstünə dağ çökmüş kimi hiss edər. Günaha düşkün (facir) isə günahlarını milçək kimi görər” (Buxari. Daavat 4).
    Bəhs edilən hədisin mənası budur ki, mömin kiçik günah işlədikdə belə, sanki dağ böyüklüyündə günah etdiyini hesab edir. Facirə isə etdiyi günahları milçək ölçüsündə  çox kiçik görünür. O, özünün günahlarını son dərəcə cüzi bir səhv zənn edecək qədər Allahın qanun-qaydalarına önəm verməyən kəsdir. 
    İnsan ömrü boyu saysız-hesabsız zorluqlarla, problemlərlə üzləşir və Qurani-Kərimdə bəyan edildiyi kimi, Allah tərəfindən imtahana çəkilir:
    “Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-calalla) imtahana çəkərik….” (əl-Ənbiya surəsi, 35).
    Məşəqqətlərə sinə gərib düz yolda büdrəmədən yerimək və ən önəmlisi, Rəbbin imtahanlarından son nəfəsinə qədər üzüağ  çıxa bilmək insandan son dərəcə yüksək əzm, mənəviyyat, əxlaq, təqva və səbir tələb edir. Bunun öhdəsindən hər müsəlman haqqıyla gələ bilmir. Məhz buna görədir ki, cihadın ən böyüyü savaşda canını ölüm təhlükəsilə qarşı-qarşıya buraxaraq və döyüşdə vuruşaraq edilən cihad deyil, insanın nəfsilə etdiyi cihad sayılır. Yəni nəfsani hisslərinin ardınca getməyərək nəfslə sonuna qədər mübarizə aparmağa “Jihadı-Əkbər” deyilir. Belə ki, Həzrət Məhəmməd (s.ə.s.) qəzvələrin (Peyğəmbərin s.ə.s. şəxsən iştirak etdiyi savaş) birindən dönərkən: “Kiçik cihaddan döndük, böyük cihada başlayacağıq!”,-deyərək nəfslə edilən savaşın böyük cihad olduğunu vurğulamışdır (M. Sıddık Gümüş. Tam ilmihal, s. 92, 950).
    Jəmiyyətin əxlaqını, əməllərini nizama salan amillərdən biri şübhəsiz ki, ibadətdir. Bəziləri ibadət dedikdə yanlış olaraq onun yalnız namaz, oruc, zəkat və həccdən ibarət olduğunu hesab edirlər. Halbuki ibadət təkcə yuxarıda qeyd edilənlərlə məhdudlaşmayaraq Allah rizasına uyğun əməllərin hər biridir. Məsələn: Elm öyrənərək onu digərlərinə də öyrətmək və cəmiyyətin maariflənməsinə xidmət edib bəşəriyyəti cahillikdən uzaqlaşdırmağın özü də ibadətdir. Rəbbin haram buyurduğu əməllərdən uzaq durmaq, qul haqqına girməmək və s. də ibadətdir. İmam Həsən Əsgəri (ə.s.) demişkən: “İbadətin mənası çox namaz qılmaq və oruc tutmaq deyildir; İbadət Allahın işləri haqqında düşünməkdir” (Fəxrəddin Altan. Könlü oxşayan sözlər, s. 245).
    Yəni ibadət yalnız namaz və orucdan ibarət olmayıb Rəbbin bəyan etdiyi hər kəlamın üzərində təfəkkür edərək buna uyğun tərzdə yaşamaqdır. Belə ki, bir tərəfdən namaz, oruc, zəkat və həcc kimi ibadətləri yerinə yetirib, digər tərəfdən də böyük günahlar işləmək və etdiyin ibadətlər nəticəsində böyük günahlarının da bağışlanacağını zənn etmək səhvdir. Böyük günahlar işləməsinə baxmayaraq, qara əməllərini davam etdirən şəxslər elə hesab edirlər ki, Allah Rəhman və Rəhim olduğu üçün onların bütün günahlarını bağışlayacaq. Belə zənn edənlər “Yusuf” surəsinin 87-ci və “əz-Zumər” surəsinin 53-cü ayələrinin mənasını düzgün anlamadıqlarına görə, boş xülyalara ümid olmuşlar. Həmin ayəni araşdıraq:
    “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir!” (Əz-Zumər surəsi, 53).
    Sözügedən ayəni şərh edərkən əvvala onu deyək ki, həmin ayə mütəşabihdir (açıqlanmağa, izah edilməyə ehtiyacı olan, məcazi mənada deyilən). Həqiqətən də, Allahın rəhməti, mərhəməti böyükdür. Lakin yaddan çıxarmaq lazım deyil ki, Allah yalnız özünə qarşı edilən günahları bağışlayar (əgər istərsə). Məsələn : Namaz və oruc kimi fərz ibadətləri yerinə yetirməyənlər Allaha qarşı günah işləmiş olurlar. Ancaq qul haqqına girənləri (insanların haqqını tapdalayanları) isə qul özü bağışlamadığı təqdirdə, Allah da  əfv etmir. Bunun təsdiqini “Fatir” surəsinin 5-ci ayəsində görürük.
    “….Çox aldatan (şeytan) sizi (Allahın bağışlaması ilə) ilə aldatmasın” (Fatir surəsi, 5).
    Ayədən də aydın olduğu kimi, Allahın rəhmət və mərhəmətinin bol olmasına ümid edərək bütün günahlarının bağışlanacağını güman etmək insanı aldadaraq yoldan çıxaran şeytan vəsvəsəsidir. Əslində isə günahlarına görə nəinki kafirlər, eyni zamanda Rəbbinə inananlar da cavab verməli olacaqlar. Sübut olaraq “əz-Zilzal” surəsinin 8-ci, “Hud” surəsinin 107-ci,   “əs-Səcdə” surəsinin 20, 21-ci və     “əl-Hucurat” surəsinin 11-ci ayələrini misal çəkmək olar. Qeyd edilənlərlə yanaşı demək lazımdır ki, edilən ibadətlərin qəbul olunmasının şərtləri vardır. Bilərəkdən böyük günahlar işləyən və çirkin əməllərindən vicdan əzabı duymayaraq həmin günahları davam edənin ibadətləri Allah qatında qəbul deyildir. Yəni həmin günahkarın dırnaqarası ibadətlərinə savab yazılmır. Bununla əlaqədar İmam Həzrət Əli ibn Əbu Talibin (ə.s.) kəlamı yada düşür:
    “Elə oruc tutan var ki, qazandığı ancaq aclıq və susuzluq, elə namaz qılan var ki, qazandığı ancaq yuxusuzluq və yorğunluqdur” (Seyyid Rəzi. Nəhcül-Bəlağə, s. 334).
    Sonda sözlərimi “əl-Fatihə” surəsindəki dua ilə bitirmək istərdim. Allahım, bizi doğru yola, nemət verdiyin kəslərin yoluna yönəlt! Amin!


    Xalidə İslamzadə
    İlahiyyat elmləri namizədi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 550
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30