Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Türkiyə öz işini gördü…
    İnsanın həm bu millətə, həm də o millətə yazığı gəlir. Əslində yazığımız bir millətə gəlir, amma dövlətləri ayrı olduğu üçün sərhədlərini böldüyümüz kimi millətini də parçalamaq zorundayıq. Belə getsə, parçalanmış millətin iki ayrı dövləti kimi, iki ayrı milləti olaraq tarixin yaddaşında yeni səhifələr açacağıq. Müsəlman olmağımız da bizim bir millət olaraq bütünlüyümüzə öz töhfəsini verə bilmir. Çünki, eyni dinə xidmət etsək də fərqli məzhəblərə qulluq edirik. Bu və ya digər səbəblər bizim heç vaxt “bir millət, iki dövlət” prinsipinə sədaqətimizin göstəricisi ola bilməz.

    Başqa yolumuz yoxdur. Biz ancaq Türkiyə ilə ən yaxşı halda nümunəvi müttəfiq, qonşu ola bilərik. Qardaşlıq, millətçilik anlayışı isə boş bir xəyaldan başqa bir şey deyil. Bu barədə dəfələrlə yazmışam. Məsələn İran kimi. Azərbaycanla İranı tarixi bir keçmiş bağlayır. Amma o keçmişdə idi... Bu gün İranın öz, Azərbaycanın da öz maraqları var…

    * * *

     
    …Türkiyə ilə də belə olmalıyıq, tıpqı Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistanla olduğumuz kimi... Biz ən yaxşı halda güzəşti bir-birimizə borc kimi verərik. Türkiyə ilə də bu cür münasibətlərin qurulmasının tərəfdarıyam. Bir-birimizi zora düşürmiyəlim, arkadaş! Lap indiki kimi... Çünki Türkiyə sərhədləri açmaq istəyir. Bəli, bu dövlətin də öz problemləri, sıxıntıları var. Biz isə “qardaşıq”,-deyə haray-həşir salırıq.
    Başa düşmürük ki, Türkiyə TÜRKə hörmət qoysaydı, əvvəla qətlə yetirilmiş dipolmatlarına, dinc sakinlərinin ruhları qarşısında xəcalət çəkərdi. Sonra isə ərazi bütövlüyünün Ermənistan tərəfindən hələ də tanınmamasının xəcalətindən YERƏ GİRƏRdi. Deməli, bunlarda bu hiss qalmayıb. Ona görə də artistlik etməyə dəyməz, nə edirlər etsinlər. İran edib nə olub ki? Türkiyə və İranla bizi türklükdən daha müqəddəs amal birləşdirir: müsəlman həmrəyliyi. Amma nə olsun, buna məhəl qoyan varmı?...

    * * *

    Təsəvvür edin: Hər iki ölkədə aləm bir-birinə dəyir, insanları 3-4 gün bu xoş olmayan xəbərin təsiri altında yaşayır. Burada Azərbaycan bütövlükdə ayağa qalxır, orada isə Azərbaycanı sevən TÜRKLƏR... Buradakılar AKP hökumətinə sanki yalvarırlarmış kimi xatırladırlar:
    - axı bizə bir millət iki dövlətik;
    - axı Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işgal edib;
    - axı 1.000.000-dan çox azərbaycanlı işğal nəticəsində evindən, yurdundan ayrı düşüb;
    - axı sərhədlərin açılması erməni işğalının sülh yolu ilə həllini boşa çıxaracaq və imkansız hala gətirəcək;
    - axı sərhədlərin açılması Türkiyə ilə Azərbaycan arasında olan güç birliyinə ciddi zərər vuracaq, Qafqazda yeni güc birliyinin formalaşmasına gətirib çıxaracaq;

     * * *

    Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı ilə bağlı Azərbaycanda yaranmış atmosfer Ankarada da narahatlıq doğurub. Türkiyədə də AKP hökumətindən TÜRKLÜK haqqını tələb edənlər var. AKP hökumətinə Ermənistanın Türkiyəyə qarşı torpaq iddiası və qondarma soyqırım məsələsi də xatırlanır. Amma Tayyib Ərdoğan hökuməti bütün bunlara əhəmiyyət vermir.


    * * *

    Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması hesabına ABŞ, Avropa və Rusiya Cənubi Qafqazda geosiyasi problemlərini həll etmək istəyirlər. Məsələn, Türkiyənin eks-prezidenti Süleyman Dəmirəl bu vəziyyətdə ölkəsinin uğurunun nədən ibarət olduğunu anlaya bilmədiyini qeyd edib. S.Dəmirəl prezidentliyi dövründə ABŞ-ın bir neçə dəfə Türkiyənin Ermənistanla sərhədlərinin açılması təklifi ilə ona müraciət etdiyini də söyləyib: “Mən də hər dəfə Türkiyənin bundan nə qazancağını soruşurdum. Lakin mənim bu sualıma heç vaxt cavab verə bilmirdilər”.

    * * *

    Belə düşünürəm ki, iş-işdən keçib. Biz ancaq Türkiyəyə qonşu dövlət kimi xarici siyasətindəki baxışlarında hörmətlə yanaşmalıyıq. Onsuz da sərhədlər açıq olmasa belə Türkiyə Ermənistan əlaqələri mövcuddur. Bunu bir vaxtlar İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani demişdi. Hətta deyəndə ki, Türkiyənin Ermənistanla qeyri-rəsmi ticarət dövriyyəsi İranın Ermənistanla rəsmi ticarət dövriyyəsindən çoxdur, məni gic bir gülmək tutmuşdu.  İndi də gülürəm, amma bu dəfə səfirə deyil ÖZÜMə…

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 815
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30