Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Naxçıvan adı altında “alver” edən qəzetlər
    Bakıda yaşayan jurnalist həmkarlarımdan birisi  məndən soruşdu:

    - Müəllim, bu gün ölkəmizdə Naxçıvan adında neçə qəzet çıxır?

    - Düzü dolğun cavab verə bilmədim. Dedim ki, bu gün Muxtar Respublikada gündəlik “Şərq qapısı” qəzeti ilə yanaşı, 7 rayon (şəhər) qəzeti və “Naxçıvan” adlı elmi, ədəbi və publisistik jurnal nəşr olunur.
    Həmkarım yenə də sorğusundan qalmadı. Bu dəfə sualına bir balaca “siyasi” don da geydirdi:

    - Məgər Ali Məclisin deputatı, rəsmi dövlət qəzetinin bölgə müxbiritək siz Naxçıvanda yaşamırsınız?

    - Niyə ki, orada yaşayıram, olmaya buna şübhəniz var soruşduqda,  cavabı ondan ibarət oldu ki, bəs nə əcəb son illər  Bakı şəhərində nəşr olunub orada yayılan, satılan mətbu orqanlarından xəbərsizsiniz. Olmaya onların Muxtar Respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatları ilə bağlı əlaqələri yoxdur, region həyatının güzgüsü funksiyasını yerinə yetirmirlər?
    Əslində, söhbətin nədən getdiyi mənə aydın oldu. Jurnalist həmkarım da qınanılası deyildir. İndiyədək  Naxçıvan adı ilə bağlı 15-ə yaxın adda qəzet rəsmi qeydiyyatdan keçib, ara-sıra mətbu bazarımızdakı çoxçeşidli  məhsullar sırasında görünə biliblərsə, onda onu necə də qınayasan? “Ulu Naxçıvan”, “Böyük Naxçıvan”, ”Müasir Naxçıvan”, “Yeni Naxçıvan”, “Naxçıvanın səsi”, “Naxçıvan bu gün”, “Naxçıvan press” və s. adda qəzetlərin məram və məqsədləri, hansı amal və məzhəbə qulluq etmələri heç kəsə  aydın olmayıb. Əslinə qalsa, bu qəzetlərin məmləkətimizin ayrılmaz bir bölgəsi olan Naxçıvan Muxtar Respublikası ilə heç bir əlaqələri də olmayıb. Sadəcə bir qrup “mətbuat dəllalı” bu adda qəzetlər təsis etməklə öz çirkin məqsədlərini həyata keçirməyə çalışıblar.

    Mətbuat Şurası tərəfindən “reketçilik” fəaliyyətlərinə görə adları “qara siyahıya” düşən  mətbu orqanları sırasında da onlardan bəzilərinin adları var: “Böyük Naxçıvan”, “Naxçıvan press”, “Müasir Naxçıvan”, “Naxçıvanın səsi”. Necə deyərlər, “vətən təəssübündən”, regionun blokada çətinliklərindən gen-bol danışmağa cəhd edən “həmkarlarımız” qaş qayırdıqları yerdə göz vurub çıxarmağı da bacarıblar. Elə olmasaydı öz əməlləri ilə mühasirə şəraitində yaşamasına baxmayaraq bu gün sürətlə inkişaf edən bölgənin adına xələl gətirməzdilər.
    Sual oluna bilər: bu qəzetlərin təsisçi və baş redaktorları kimlərdir, onların qədim torpaqla bağlılıqları varmı? Əslən ölkəmizin cənub bölgəsindən olan, Texniki Universitetdə təhsil alan İlqar Məmmədov  “Böyük Naxçıvan”in   yaradıcı və rəhbəri olub. Goranboy rayon sakini Sevinc Gözəlova isə “Naxçıvan press” qəzeti təsis etməklə də cinayət əməllərini tərgitməyib. Gədəbəydən olan Hikmət Nəcəfli isə daha çox  “Naxçıvanın səsi” qəzeti ilə tanınmağa çalışıb. O vaxtadək Azərbaycan Mətbuat Şurası  onları “reket” qəzetlər sırasında elan edib.
    “Müasir Naxçıvan” qəzetinin təsisçi və baş redaktoru Azər Abbasov  isə əslən  Naxçıvan sakini olmasına baxmayaraq, bu sahədə  öz həmkarlarını da xeyli geridə qoyub. O, bir qəzetlə fəaliyyət dairəsini yekunlaşdırmaq istəməyib. “İrəvan press”, “Müfəttiş”, “Millət vəkili” qəzetlərinə də rəhbərlik edib. Məqsədi, amalı isə hədə-qorxu, şantaj yolu ilə qazanc əldə etmək olub. 
    Amma nə yaxşı ki, indiyədək Muxtar Respublika sakinlərinin bu cür saxta və ucuz  mətbu orqanlarının varlığından və fəaliyyətindən xəbərləri olmayıb. Heç bir halda bu qəzetlərin bir nüsxəsi bölgədə yayılmayıb. Əgər yayılsaydı, yəqin yerli əhali də onların   adlarına, nüfuzlarına xələl gətirən hallarla barışmayıb, öz etirazlarını lazımi dərəcədə bildirərdilər. Amma insafdan da deyil ki, öz çirkin və yaramaz məqsədlərin üçün  bu adda qəzetlər təsis edəsən, onlarla da  çirkin və axmaq oyunlar oynayasan .   
    Onu da qeyd edək ki, ötən on il ərzində  Naxçıvanda kütləvi informasiya vasitələrinin inkişafında böyük irəliləyişlər olub. Ümümmilli lider Heydər Əliyevin 2000-ci ilin əvvəllərində imzaladığı "Azərbaycan Milli mətbuatının yaradılmasının 125 illiyi haqında" Fərman bu sahədə yeni mərhələnin başlanğıcını qoyub. "Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında" Muxtar Respublika Ali Məclis sədrinin imzaladığı 26 mart 2000-ci il tarixli Sərəncam da həmin sənəddən qaynaqlanıb. Sərəncamın icrası ilə əlaqədar Muxtar Respublikada fəaliyyət göstərən qəzet redaksiyalarının maddi-texniki bazaları xeyli yaxşılaşdırılıb, onların hər biri müasir informasiya texnologiyaları ilə təmin edilib. Bu qayğı və diqqətdən Muxtar Respublikanın ictimai-siyasi həyatının güzgüsü olan "Şərq qapısı" qəzetinə daha çox pay düşüb. “Şərq qapısı” ilə bərabər rayon qəzetlərinin də  maliyyə və abunə problemləri həllini tapıb.
    Müsbət ənənələr bu gün də yaşadılır. Cari ildə - Milli mətbuatımızın 135 illiyini qeyd etməyə hazırlaşdığımız bir dövrdə ölkəmizdə ən iri redaksiya-nəşriyyat kompleksi də Naxçıvanda istifadəyə veriləcək. Şəhərin Təbriz küçəsində tikilən kompleksdə hazırda son tamamlama işləri görülür. Binanın 3 mərtəbəsi "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin ixtiyarına veriləcək. Qəzet sexində "KBA Rapida-75" markalı ofset maşını qurulır.
    "Şərq qapısı" qəzeti üçün burada 12 iş otağı ayrılıb. Hər bir əməkdaş iş otağında müasir informasiya texnologiyalarından normal istifadə edə biləcək. 50 nəfərlik iclas zalı da jurnalistlərin ixtiyarına veriləcək. Burada tez-tez kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulur.
    Son illər mətbu sözünün saflığı uğrunda Naxçıvan Muxtar Respublikasında reket qəzetlərə qarşı aparılan mübarizə tədbirləri də diqqəti cəlb edib. Bu səbəbdən həmin qəzetlərin çoxsaylı əməkdaşları bölgəyə üz tutmağı özlərinə rəva bilmirlər. Çünki burada onlara arxa, dayaq duran tapılmadığından, kor-peşiman geri qayıdırlar. Bu halda isə bəzi mətbuat dəllalları mərkəzdə Naxçıvan adı ilə bağlı öz mətbu orqanlarını yaratmaqla çirkin yollarla yaxşı qazanc əldə etməyə çalışıblar. Onların obyektivlikdən uzaq, qərəzli  fəaliyyəti də göz qabağındadır. Nə yaxşı ki, aparılan mübarizə tədbirləri nəticəsində bu qəzetlərin bir çoxunun fəaliyyəti də dayandırılıb. Bu da ilk növbədə mətbu sözünün dəyər və kəsərinə verilən qiymətlə bağlı olub.


    M.MƏMMƏDOV
    əməkdar jurnalist

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 642
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30