Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycan nadir ölkələrdəndir
    Burada bir çox millətlər və dini konfessiyalar dinc yanaşı yaşayır

    Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun
    www.yap.org.az  saytına müsahibəsini təqdim edirik.

    - Hidayət müəllim, istərdik ki, öncə ölkəmizdəki mövcud dini durum haqqında məlumat verəsiniz. Bu sahədə vəziyyəti necə dəyərləndirmək mümkündür?

    - Ölkədə dini durum sabit və normaldır. Dövlətimiz öz vətəndaşlarının vicdan azadlığını tam təmin edir, dini duruma qanunsuz yollarla müdaxilə olunmasının qarşısını alır. O cümlədən dövlət-din münasibətlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi, əsrlərdir mövcud olan tolerantlıq mühitinin qorunub saxlanılması, dini konfessiyalar və icmalar arasında əməkdaşlığın daha da gücləndirilməsi, dini dözümsüzlük meyillərinin baş qaldırmaması üçün lazımi tədbirlər həyata keçirilir.

    - Azərbaycan çoxsaylı xalqların yaşadığı ölkədir. Bu baxımdan, tolerant ölkə olaraq Azərbaycan beynəlxalq miqyasda necə dəyərləndirilir?



    - Ölkəmiz tarixən sivilizasiyaların qovşağı olduğu üçün burada dünyanın böyük dinləri yayılmış, etnik-dini dözümlülük düşüncəsi formalaşmışdır. Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, ayrı-ayrı din mənsubları dostluq, qardaşlıq şəraitində yaşamışlar. Bu hissin formalaşmasında tale ümumiliyinin də böyük rolu olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, bu unikal gerçəkliyin yaranmasında və güclənməsində ölkəmizin əsas əhalisi olan azərbaycanlıların və İslamın böyük xidmətləri vardır. Ölkəmiz tarix boyu qüdrətli dövlətlərin maraq dairəsinə düşdüyündən, dünyagörüşlərindəki fərqlərə baxmayaraq, burada yaşayan xalqlar arasında yaxınlaşma, ümumi birlik olmuşdur. Son vaxtlar sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə böyük töhfə verən mötəbər beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirilməsi bu baxımdan heç də təsadüfi deyildir. Xatırlayırsınızsa, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda din siyasəti: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans, o cümlədən Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 və şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunmuş “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans geniş əks-səda doğurmuşdu. Həmin tədbirlərdə əsas müzakirə mövzularından biri tolerantlıq ənənələrinin möhkəmləndirilməsi olmuşdur. Bu ilin aprel ayının sonlarında isə paytaxtımızda Dünya dini liderlərinin sammiti keçirilmişdir. Həm “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransda, həm də Dünya dini liderlərinin sammitində cənab Prezident İlham Əliyevin iştirakı və konseptual çıxışları ölkə rəhbərliyinin din sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşdığının bariz nümunəsidir. Bunu həmin tədbirlərə dəvət olunan müxtəlif dinlərin və konfessiyaların liderləri də xüsusilə vurğulamışlar. Dünya KİV-ində də bu incəlik xüsusi qeyd edilmişdir. Xarici dəvətlilər ölkəmizdə tolerantlıqla yanaşı, insanlara qarşı hörmət və sevginin də yüksək səviyyədə olmasını təqdirəlayiq hal hesab etmişlər. Təsadüfi deyil ki, bu gün tolerantlıq və dözümlülük ənənələri zəngin olan Azərbaycanımız digər ölkələrə nümunə göstərilir.

    - Sizcə, dini mərasimlər keçirən dindarlar yetərli təhsilə malikdirmi? Ümumiyyətlə, ölkəmizdə dini təhsilin səviyyəsini necə qiymətləndirmək mümkündür?

     - Ümumiyyətlə, dini mərasimlər öz-özlüyündə əhalinin dini maarifləndirilməsinə xidmət etməlidir. Sirr deyil ki, bu gün ölkəmizdə dini maarifçilik sahəsində görüləsi işlər çoxdur. Vətəndaşlarımızın radikal dini qruplaşmaların, qeyri-ənənəvi din və təriqətlərin təsiri altına düşməsinin, mövhumatçılığa, xurafata meyillənməsinin kökündə dini savadsızlığın da payı var. Xeyir-şər məsələlərində də dini savadsızlıqdan irəli gələn çatışmazlıqlara rast gəlinir. Respublikamızın bəzi regionlarında bu məsələlərlə əlaqədar müəyyən təşəbbüslərin əhali tərəfindən yaxşı qarşılanması barədə xəbərlər var. Deməli, harada yerli icra orqanları ilə rayon-şəhər ağsaqqalları və din xadimləri eyni mövqedən çıxış edirlər, bəzi adət-ənənələrin əsl dini reallıqlar üzərində bərpa edərək özləri də nümunə göstərirlər, orada xalqın dəstəyini qazanmaq çox asandır. Son illər ölkəmizdə qızların erkən yaşda ərə verilmələri hallarından danışılır. Təəssüf ki, bunu dinimizlə əlaqələndirənlərə də rast gəlmək mümkündür. Bu, sadəcə, problemə səthi yanaşmağın əlamətidir. Hələ orta təhsilini tamamlamayan qızlarımızın ailə qurmaları, təbii ki, valideynlərinin təşəbbüsü və razılığı ilə baş verir. Həyat təcrübəsi göstərir ki, erkən yaşda qurulan ailələrin böyük əksəriyyəti uğurlu alınmır və qısa müddət sonra dağılırlar. Bu, faciədir! Buna görə də orta məktəblər, ictimaiyyət, müvafiq icra qurumları eyni zamanda, əlbəttə, din xadimləri bu məsələyə çox həssas yanaşmalı və öz münasibətini bildirməlidir. Din xadimlərimiz QMİ-nin bu məsələ ilə bağlı fətvalarını rəhbər tutmalıdırlar. Bütün bunlarla yanaşı, xüsusi qeyd edim ki, son vaxtlar respublikamızda ali təhsil almış ilahiyyatçıların fəaliyyətə başlaması bizi gələcəyə nikbin baxmağa əsas verir.

    - Bəzi dairələr qanunsuz tikilən məscidlərin sökülməsini siyasiləşdirməyə cəhd göstərirlər. Hətta xaricdən də bu barədə bəyanatlar səsləndirilir. Bu məsələyə münasibətiniz necədir?

    - Qətiyyətlə bildirirəm ki, indiyə qədər Azərbaycanda heç bir məscid sökülməyib və bundan sonra da sökülməyəcəkdir. Söhbət məscid adı altında aparılmış qanunsuz tikililərin sökülməsindən gedə bilər. Qanunsuz tikililərin sökülməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən verilir və onlara siyasi don geyindirmək doğru deyil. Xüsusilə də əcnəbi din xadimlərinin bu məsələ ilə bağlı böhtan xarakterli fikirləri qəbuledilməzdir. Azərbaycan cəmiyyəti bu kimi bəyanatlara hər zaman lazımi cavab verib və bundan sonra da verəcəkdir. Hər kəs bilməli və qəbul etməlidir ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur. Heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana idxal etmək fikrinə düşməməlidir. Çünki bizim bu sahədə sahib olduğumuz təcrübə, tutduğumuz yol digər ölkələrə nümunə göstərilir. Azərbaycan müsəlmanlarını, ümumiyyətlə, müsəlmanları məzhəblərə bölmək, onlar arasında ayrı-seçkilik salmaq, onları üz-üzə qoymaq heç kimə başucalığı gətirməz. Azərbaycan dövləti məscid sökən deyil, məscid tikən dövlətdir. Son illər ölkəmizdə neçə-neçə dini abidələrimizdə bərpa və yenidənqurma işləri aparılıb və bu işlər davam etdirilir. Bildiyiniz kimi, bu günlərdə Prezident daha bir qədim ibadət ocağının – Bakının memarlıq incilərindən olan Əjdərbəy məscidinin əsaslı təmirinin, bərpasının və aparılan yenidənqurma işlərinin tamamlanmasına dair Sərəncam imzalamışdır. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın əməyini də xüsusi olaraq vurğulamaq istərdim. Dini-tarixi abidələrin bərpasına xüsusi önəm verən Heydər Əliyev Fondu 2006-cı ildən "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkə ərazisində müxtəlif dini-mədəni abidələrin bərpa və yenidənqurma işlərini həyata keçirir. Bütün bunlar Azərbaycan rəhbərliyinin dinə, dindarlara olan xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşadığı nadir ölkələrdəndir. Ancaq torpaqlarımızı işğal altında saxlayan Ermənistan tariximizin ən qədim dövrlərinə aid dini memarlıq abidələrini məhv etməkdə, məscidlərimizi dağıtmaqda, Qafqaz Albaniyası abidələrini qriqoryanlaşdırmaqda davam edir. Təəssüf ki, Azərbaycanı məscidləri sökməkdə əsassız ittiham edən dairələr ermənilərin bu əməllərini pisləyən bəyanatlar səsləndirmirlər.

    - Bildiyimiz kimi ötən il Milli Məclisdə «Dini etiqad azadlığı haqqında» Qanuna bir sıra önəmli əlavə və dəyişikliklər edildi. Hazırda bu əlavə və dəyişikliklər təcrübədə özünü necə doğruldur və dini qurumların qeydiyyatı hansı səviyyədədir?

    - Məlum olduğu kimi, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 8 may 2009-cu il tarixində qəbul edilmiş və 2 iyun 2009-cu il tarixdə qüvvəyə minmişdir. 30 iyun 2009-cu il tarixində isə daha iki Qanun qəbul olunmuşdur (¹ 841-IIIQD və ¹ 856-IIIQD) və onların əsasında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa daha üç əlavə edilmişdir. Qanuna əlavə və dəyişikliklərə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Bundan başqa, dini quruma yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatda göstərilən hüquqi ünvanda fəaliyyət göstərmək hüququ verilir. Bir başqa məqam isə ondan ibarətdir ki, əvvəllər qeydiyyata alınmış dini icmaların bir çoxu fəaliyyət göstərmirdi və ya əvvəlki tərkibdən çox az adam qalmışdı. Bu isə dini icmaların nüfuzunu aşağı salır, ictimaiyyət tərəfindən kifayət qədər ciddi qəbul edilmirdilər. Buna görə də “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edilərkən bu məqam nəzərə alındı. Hazırda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə həm yenidən, həm də ilk dəfə qeydiyyatdan keçmək üçün 800-dən artıq müraciət daxil olub. Ötən ilin sentyabr ayından indiyədək 395 dini qurum Dövlət Komitəsində qeydiyyatdan keçib və proses davam etdirilir. Əlavə və dəyişikliklərin şamil edildiyi digər məsələ dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışıdır. Artıq bu məsələni tənzimləyən Təlimat mövcuddur. Təlimata əsasən, ixtisaslaşdırılmış satış məntəqələrini yaratmaq istəyən vətəndaşlar Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və yerli İcra Hakimiyyətinin razılığını almalıdırlar. Hazırda Dövlət Komitəsinə bununla bağlı 90-dan çox müraciət daxil olub və bu məsələləri tənzimləmək üçün Dövlət Komitəsi müvafiq yerli İcra Hakimiyyəti orqanları ilə əlaqə saxlayır. Əlavələrdən birinə əsasən, Dövlət Komitəsi dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy verir. Bu məsələləri tənzimləyən müvafiq Təlimat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Təlimata əsasən dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğunu daha obyektiv araşdırmaq üçün Şura yaradılır. Dövlət Komitəsi sədri Şuraya rəhbərlik edir, onun Əsasnaməsini və tərkibini təsdiq edir. Şura iş planı, layihə və digər müvafiq sənədlər əsasında obyektin dini-memarlıq ekspertizasını keçirir. Dini-memarlıq ekspertizası – dini təyinatlı obyektin müvafiq dinə aid olmasının yoxlanılması, aparılan işlərin, o cümlədən ornamentlərin milli arxitektura ənənələrinə uyğun olmasının və tikilən obyektin yerinin düzgün seçilməsinin araşdırılmasıdır. Əsas məqsədlərdən biri milli memarlıq ənənələrinin qorunmasıdır.

    - Ölkəyə gətirilən dini ədəbiyyatlara nəzarət haqqında nə deyə bilərsiniz?

    - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi zərərli dini ədəbiyyatın ölkəyə idxalının və yayılmasının qarşısının alınması üçün ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq münasibətləri qurulub. On minlərlə zərərli dini ədəbiyyatın ölkəyə idxalının qarşısı alınıb. Əvvəlki illərlə müqayisədə, hazırda zərərli dini ədəbiyyatın ölkəyə idxalında kəskin azalma müşahidə olunur. Mütəmadi olaraq respublikanın şəhər və rayonlarında dini ədəbiyyatın satışı ilə məşğul olan mağazalara baxışlar keçirilir. Əvvəllər müvafiq razılıq alınmadan ölkəyə çoxlu sayda dini ədəbiyyat idxal edilirdisə, son dövrlər bu cür halların qarşısı alınmışdır. Bunun səbəbi Dövlət Komitəsi və digər aidiyyəti qurumlar bu sahəyə nəzarəti daha da artırmasıdır. Dövlət bu istiqamətdə səylərini daha da gücləndirdiyindən, həm sözügedən sahədə biznes quraraq qanunsuz yolla varlanmaq istəyənlər, həm də ölkəmizdə qeyri-ənənəvi, pozucu ideologiyaların yayılmasında maraqlı olan dairələr məkrli niyyətlərini həyata keçirə bilmirlər. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 640
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30