Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Diri-diri ölümə…
    Bu gün Qəzzada baş verənlər bunu deməyə əsas verir.

    May ayının 31-də İsrail silahlı qüvvələri ilə Qəzzaya istiqamətlənən gəmidəki aktivistlər arasında baş verən insident Qəzza bölgəsi əhalisinin üzləşdiyi çətinlikləri bir daha diqqət mərkəzinə çəkdi. Bütün dünya sözdə İsraili qınasa da nəticə hələ də ortada görünmür. Türkiyə 9 ölünün qisasını yalnız emosional bəyantlarla almağa çalışır. Dünya isə yenə də susur.

    Beynəlxalq Qızıl Xaç Komitəsinin 14 iyun 2010-cu ildə mətbuat üçün yaydığı 10/83 saylı məlumatında Qəzzada baş verənləri qismən də olsa etiraf olunur. Biz də bu yazını BQXK-nin məlumatları əsasında hazırlamışıq. Şükür edirik ki, İsrail vandalizminin müsəlmanlara qarşı törətdiyi bu vəhşiliklər nə yaxşı ki, qismən də olsa etiraf edilməyə başlanılıb.
     


    Gəzzanın embarqosu…

    Qəzzanın 1,5 milyon əhalisinin üzləşdiyi çətinliklər humanitar yardım göstərməklə həll oluna bilməz. Məsələnin ən davamlı həlli yolu qadağanı aradan qaldırmaqdır. Artıq dördüncü ildir ki, Qəzza bölgəsinə giriş qadağan edilib və bu real iqtisadi inkişafa imkan vermir. Qəzzalılar işsizlikdən, kasıbçılıqdan və müharibədən əziyyət çəkir və bununla yanaşı Qəzzanın səhiyyə sistemi də ən aşağı səviyyəyə çatmışdır.
    Qəzzanın bütün mülki əhalisi cavabdeh olmadıqları işlərə görə cəzalandırılır. Buna görə də əraziyə girişin qadağan edilməsi, baş verən kollektiv cəzalandırma İsrail tərəfindən beynəlxalq humanitar hüququn onun üzərinə qoyduğu öhdəliklərin açıq şəkildə pozulması deməkdir. Girişin bağlanması Qəzzada yaşayan 1,5 milyonluq əhaliyə məhvedici təsir göstərir.
    BQXK-nın Yaxın Şərq Əməliyyatları İdarəsinin rəhbəri Beatris Mejvan-Roggo deyir: "Buna görə də biz İsraildən bu qadağaya son qoyulmasını və Həmas da daxil olmaqla buradakı vəziyyətə təsir göstərə biləcək hər kəsdən Qəzzanın dinc əhalisinə kömək göstərmək üçün əllərindən gələni etməyi tələb edirik. Israilin öz qanuni təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqları fələstinlilərin normal və ləyaqətlə yaşamaq hüququ ilə uyğunlaşdırılmalıdır."
    Beynəlxalq ictimaiyyət dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qadağanın aradan qaldırılması üçün dəfələrlə edilmiş müraciətlərə diqqət yetirilməsini təmin etmək üçün öz üzərlərinə düşəni etməlidirlər.
    Beynəlxalq humanitar hüquqa əsasən, İsrail müvafiq səhiyyə xidmətləri də daxil olmaqla qəzzalıların əsas ehtiyaclarının ödənilməsini təmin etməlidir. Fələstin hakimiyyət orqanları da öz tərəfindən səlahiyyətləri daxilində Qəzza əhalisinin müvafiq səhiyyə xidmətilə, elektriklə təchizatını və infrastrukturun qorunub saxlanmasını təmin etmək üçün əllərindən gələni etməlidirlər.
    Bundan əlavə, bütün dövlətlərin yardım yüklərinin, avadanlığın və işçi heyətin tez və maneəsiz çatdırılmasına icazə vermək və yardım göstərmək kimi öhdəlikləri vardır.

    Dağıdılmış yaşayış vasitələri…

    Hazırda Qəzzaya gətirilməsinə icazə verilən 80 adda məhsulun keçən ildəkindən 2 dəfə çox olmasına baxmayaraq, qadağa qoyulana qədər buraya 4,000 adda məhsul gətirilirdi. Ümumilikdə, gətirilən məhsulların keyfiyyəti aşağı düşsə də onalrın qiyməti artıb - bu isə qadağa zamanı tab gətirmək üçün Qəzza-Misir sərhədində qazılmış yeraltı keçidlər vasitəsilə tənzimlənməyən geniş ticarətin törətdiyi nəticələrdən biridir.
    Sərhəd divarlarına yaxın olan ərazidəki məhsuldar əkin sahələri davam edən hərbi əməliyyatlar nəticəsində boş qalıb və bir neçə uzaq kəndlərdə yaşayan əhalinin yaşayışına mənfi təsir göstərir. İsrail tərəfindən yaradılan bufer zonası faktiki olaraq bir kilometr Qəzzanın içərilərinə doğru genişləndirilib və Qəzzadakı əkin sahələrinin demək olar ki, üçdə bir hissəsini və mal-qaranın otlaq sahəsinin böyük bir hissəsini əhatə edir. Təhlükəsizlik şəraiti səbəbindən kənd təsərüffat işləri ləngidilir. İsarailin bufer zonasını gücləndirməsi və tez-tez baş verən hərbi əməliyyatlar yalnız mülki əhalinin ölümünə və mülki əmlakın dağıdılmasına deyil, həm də əhalinin kasıb hala düşməsinə və bir çox ailələrin öz yerlərindən didərgin salınmasına gətirib çıxarıb.
    Qəzza balıqçıları onlara balıq tutmaq üçün istifadəyə icazə verilmiş ərazidə İsrail tərəfindən balıqların ovlanmasına bir-birinin ardınca qoyulan qadağalardan çox ciddi əziyyət çəkirlər.  Son dəfə qoyulan və 3 dəniz milinə qədər məsafəni nəzərdə tutan məhdudiyyət balıq ovunun həm kəmiyyətini, həm də keyfiyyətini aşağı salıb. Nəticədə, Qəzzanın 4000 nəfər balıqçısının təxminən 90%-i ya kasıb (100-190 ABŞ dolları məbləğində aylıq gəlirlə), ya da həddindən artıq kasıb (aylıq 100 ABŞ dolları gəlirlə) vəziyyətə düşüb. 2008-ci ildə isə bu göstərici 50% idi. Yaşamaq uğrunda mübarizə aparan Qəzza balıqçılarının İsrail hərbi dəniz qüvvələri tərəfindən atəşə tutulacaqları riskini göz altına alaraq qadağan olunmuş ərazilərə üzməkdən başqa yolu qalmır.

    Qeyri-sağlam səhiyyə xidməti…

    Qəzza çox ciddi elektrik enerjisi böhranından əziyyət çəkir. Qəzzaya verilən enerji təchizatına gün ərzində ən azı yeddi saat ara verilir. Bunun nəticəsi isə ictimai xidmət, xüsusilə də tibbi xidmət sistemi üçün çox məhvedicidir. Xəstəxanalar hər gün baş verən enerji kəsilməsi ilə mübarizə aparmaq üçün generatorlardan istifadə edirlər.
    Enerji təchizatında fasilə pasiyentlərin müalicəsi və onların həyatları üçün təhlükə yaradır. Generatorun işə düşməsi üçün iki-üç dəqiqə vaxt lazımdır və bu vaxt müddətində elektron cihazlar işləmir. Nəticədə,  süni nəfəs aparatları əllə hərəkətə gətirilməli olur, dializ müalicəsi dayandırılır və əməliyyat otağı qaranlığa büründüyündən cərrahi əməliyyat dayandırılır.
    Daha dəhşətlisi isə odur ki, xəstəxana generatorları üçün nəzərdə tutulan yanacaq çənləri artıq qurumağa başlayıb. Bu il ərzində, xəstəxanalar üç dəfə yanacaq qıtlığı üzündən bütün qeyri-təcili əməliyyatları dayandırmalı və yalnız fövqəladə təcili əmliyyatları aparmalı olub.
    Qəzzadakı uşaq xəstəxanası artıq fəaliyyət göstərə bilmədiyindən orada müalicə olunanları digər xəstəxanaya köçürmək məcburiyyətində qalıblar. Camaşırxana xidməti tez-tez işini dayandırmalı olub. İsti yay günlərində kondisionerlərin işləməsi ilə əlaqədar elektrik enerjisinə tələbat artıb və xəstəxanalara kifayət qədər yanacaq verilməsə, vəziyyət daha da pisləşəcək.
    Yanacaqla təchizatdakı fasilələr vacib tibbi avadanlıqları da sıradan çıxara bilər. Qəzzaya girişin qadağan olunduğundan ehtiyat hissələrin gətirilməsi aylarla gecikir və təmir işləri çətinləşir.
    Kordioloji xəstələrin ürək döyüntülərini nəzarətdə saxlamaq üçün tələb olunan birdəfəlik elektrodların gətirilməsi 2009-cu ilin avqust ayından etibarən gecikdirilir. Bu avadanlıqlar olmadan ürəkdə olan problemləri vaxtında aşkarlamaq olmur və xəstələrin həyatları təhlükəyə məruz qalır. Məhdudiyyətlər ucbatından bu ayın sonlarında Qəzzada ürəyə nəzarət aparatlarının bir çoxu istifadəyə yararsız hala düşəcəklər. Bölgədən kənarda müalicə olunmaq istəyən qəzzalıların sayının artması avadanlıqların ketdikcə çalışa bilməməsi səbəbindən baş verir.
    Ramalladakı Fələstin muxtariyyəti ilə Qəzza bölgəsi arasında əməkdaşlığın azalması səbəbindən vacib tibbi ehtiyatlar tükənməyə başlayıb. 2010-cu ilin mayında aralarında kimyəvi terapiya və hemofiliya xəstəliyinin müalicəsi üçün tələb olunan dərmanlar da olmaqla 470 vacib dərman preparatlarından 110-u çatışmayıb. Kimyəvi terpaiyada fasilə yarandıqda sonradan yenə də bu ağrılı müalicəyə başlanılsa belə, uğurlu müalicə ehtimalı kəskin surətdə aşağı düşür. VIII və IX saylı faktorlar kimi tərkiblər olmadıqda hemofiliya xəstələri həyat üçün təhlükəli olan qan axmasından məhv olmaq təhlükəsi ilə üzləşirlər.
    700 birdəfəlik istifadə üçün nəzərdə tutulmuş vasitələrdən 110-u tükənib. Bu vəziyyətlə mübarizə aparmağın yeganə yolu ventilyasiya trubalarının və ya kolostomiya çantalarının təkrar istifadəsidir ki, bu da xəstələrin infeksiyaya yoluxması təhlükəsini yarada bilər.
    BQXK-nın ərazidəki səhiyyə üzrə kordinatoru Eylin Daly deyir: "Qəzzada səhiyyə xidmətinin vəziyyəti heç vaxt bu qədər pis olmayıb. Səhiyyə siyasiləşdirilməyə başlayıb, bu isə səhiyyə sistemin axsamasının əsas səbəbidir. Dəyişiklik olmasa, vəziyyət daha da pisləşəcək. Minlərlə insan müalicə ala bilmir və bu uzun müddət davam etsə daha təhlükəli olacaq."
    Səhiyyə xidməti sistemi insanların Qəzzaya giriş və çıxışının məhdudlaşdırılması səbəbindən çox zəifləyib. Məhdudiyyətlər tibbi personalın bölgədən kənara çıxaraq lazımi bacarıq və biliklər qazanmasına, eləcə də texniklərin tibbi avadanlığı təmir etmək üçün buraya daxil olmasına əngəl törədir.

    Sanitariyanın olmaması təhlükəlidir…

    Müvafiq sanitariya və kənd təsərrüfat təcrübəsinin olmaması Qəzzanın su örtüyünü çirkləndirir. Əraizdə yaşayan 1.4 milyon əhalinin yalnız 60%-i mərkəzi kanalizasiya sisteminə qoşulub. Şəhərin içindən keçən Qəzza Vadisi çayına axıdılan emal olunmamış tullantılar çayın sahilində yaşayan icmaların sağlamlığı üçün təhlükə yaradır.
    Su örtüyü həddindən artıq istismar olunduğuna görə Qəzzadakı içməli suların çoxunun tərkibində nitrat, xlorid və duzun səviyyəsi yüksəkdir. Bu su istifadə üçün yararsızdır və infeksion xəstəliklərin yayılması təhlükəsini artırır.
    Sanitariya layihələrinin həyata keçirilməsi üçün kifayət qədər materialın toplanması yavaş gedən və təsadüfi prosesdir. Tunel vasitəsilə ticarətdən alınan materialların keyfiyyəti sual doğurur və elektron-mexaniki nasoslar tapılmır və tikinti aparmaq cəhdlərinə zərbə vurur.
    "Hazırkı vəziyyət kritikdir və içməli yeraltı suların deqradasiya olunması təhlükəsini yaradır,"-BQXK-nın Qəzzadakı su və sanitariya işlərinə nəzarət edən Xaviyer Kordoba deyir: "Su örtüyünün bundan sonra da təhlükəyə məruz qalmasının qarşısını almaq üçün su saflaşdırılması zavodunun tikilməsi kimi iri həcmli layihələr həyata keçirilməlidir. Donor ölkələr tərəfindən bir il əvvəl verilmiş 4,5 milyard dolları bu işə sərf etmək üçün qoyulmuş qadağa qaldırılmalıdır."


    Elvin XƏZƏR

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 547
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30