Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Nümunəvi təbliğatçı
    Bütün Qafqazın Şeyxi müxtəlif situasiyalarda həm vətəndaş, həm də böyük bir müsəlman coğrafiyasının lideri kimi çıxış edir.

    Dosye.
    1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində anadan olan Allahşükür Paşazadə hələ uşaq yaşlarından kənd ağsaqqallarının dəyərli söhbətlərinə, onların avazla Quran oxumalarına maraqla qulaq asarmış. Orta məktəb illərində dərs və ev tapşırıqlarını mükəmməl yerinə yetirəndən sonra, qalan vaxtını qonşuluqdakı Molla İzzət Dadaş oğlunun "Ev məktəbi"ndə Qurani-Kərimdən dərs alarmış.

    Molla onun zehinli və hafizəli olmasından çox razılıq edərdi. Orta məktəbin 5-ci sinifinədək yüksək qiymətlə oxuyan 13 yaşlı Allahşükürdə Qurani-Kərimə olan yüksək məhəbbəti və istedadı görən müəllimlər atası Hümmət kişiyə məsləhət görürlər ki, onu Masallının Babaser kəndinə yaşayan Şeyx Molla Qüdrətin yanına - "Ev mədrəsəs"inə şəriət təhsili almağa göndərsin. Həm orta məktəbdə, həm də Şeyx Molla Qüdrətin yanında oxuyan A.Paşazadə 1966 - ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vurur. O, Şeyx Molla Qüdrətin zəmanəti və "Təzə Pir" məscidinin göndərişi ilə Buxaradakı Mir Ərəb mədrəsəsinə imtahan verib ora daxil olur və 1971-ci ildə oranı da müvəffəqiyyətlə bitirir. Sonra o, təhsilini davam edirmək üçün Daşkənddəki Ali Ruhani Akademiyasına imtahan verərək yüksək qiymətlərlə qəbul olunur. 1977-ci ildə ali təhsilini bitirərək vətənə dönür.
    İlk gündən onu Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsində məsul katib vəzifəsinə işə qəbul edirlər. Bir müddət sonra isə "Təzə Pir" məscidinin axundu təyin edirlər. Çox keçmir ki, o, idarənin sədr müavini seçilir.
    1975-ci ildən sədr müavini vəzifəsində çalışan 30 yaşlı axund A.Paşazadə 1980-cı ildə Qafqaz (Zaqafqaziya) Müsəlmanlarının Ruhani İdarəsinin sədri vəzifəsinə seçilir və ona Şeyxülislam ali-dini rütbəsi verilir.

    Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Hələ eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmiş və müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil etmişdir. Qurani-Kərimin Əl-Hücurat surəsinin 13-cü ayəsində buyurulur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizlə tanış olasınız (kimliyinizi biləsiniz) deyə, sizi (ayrı-ayrı) xalqlar və qəbilələr etdik. Allah yanında ən hörmətli olanınız, Allahdan ən çox qorxanınızdır. (Pis əməllərdən ən çox çəkinənizdir) Həqiqətən Allah (hər şeyi) biləndir. (hər şeydən) xəbərdardır."
    Sovet rejiminin dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı, əsl dini etiqad azadlığı da əldə etdilər. Bəzi dövlətlər bu azadlıqdan başqaları üçün təxribat məqsədilə istifadə edərək guya Azərbaycandan "İslam təhlükəsi"nin gözlənildiyini bəyan edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi.
    Azərbaycanın zaman-zaman erməni terroruna məruz qalması heç kimə sirr deyil. Əslində bizlərlə yanaşı, bizdən olmayanlar da ermənilərin mənfur niyyətləri və qeyri-qanuni hərəkətləri barədə kifayət qədər məlumatlıdır. Amma dünyanın ikili standartlarla idarə edilməsi prinsipi bəzən bu gerçəklikləri çoxlarına unutdurur. Bizlərin, xüsusəndə öndə gedənlərimizin başlıca məqsədi məruz qaldığımız bu ədalətsizlikləri dünyaya çatdırmaqdan ibarət olmalıdır. Əslində son illərin informasiya savaşında Azərbaycanın xeyli irəliləməsi hamımızı sevindirir. Təbii ki, bu nailiyyətlərin altında təbliğatın mühüm yeri var.  Həm də bu təbliğat maşınının sükanında kimin olması da vacib şərtlərdən biridir.   
    Şeyxülislam Hacı Allahşükür Paşazadə daim Azərbaycanın haqq səsinin nümunəvi təbliğatçısı olub. Ermənilərə və xüsusən də Azərbaycanı istəməyən qüvvələrə qarşı mübarizədə A.Paşazadə heç kimə aman verməyib. Onun qayəsi dövlət və dövlətçiliyi qorumaqla Azərbaycanın haqlı olduğunu sübut etmək olub. A.Paşazadə müxtəlif situasiyalarda həm vətəndaş, həm də dindar - böyük bir müsəlman coğrafiyasının lideri kimi çıxış edib. Onun sözünün kəsəri yalnız bəyanatlar və müraciətlər çərçivəsində qalmayıb, onlarla ölçülməyib. Azərbaycanın 90-cı illərdən sonra başına gətirilən bütün müsibətlərin qarşısının alınmasında və dünya ictimaiyyətinə çatdırılmasında A.Paşazadənin xidmətləri əvəzsiz olub.
    20 yanvar faciəsi, onu törədənlərə qarşı Bütün Qafqazın Şeyxinin mövqeyi hər kəsə bəllidir. A.Paşazadə bu gün deyil, hələ 90-cı illərdə hadisəni qəti pisləmiş, onu törədənlərin cəzalandırılmasını o vaxtı SSRİ rəhbəri M.S.Qorboçovdan tələb etmişdir. O zaman baş verən hadisələrin təfsilatını çoxlarımız xatırlayırıq. Lakin baş vermiş faciəni törədən səbəbləri, qanlı qırğına aparan yolları, bu siyasi təcavüz aktının əsl senarilərini hələ də əksəriyyətimiz bilmirik. Bu gün Şeyx baş vermiş hadisə ilə əlaqədar geniş və hərtərəfli araşdırma aparılaraq, yeni istintaq komissiyasının yaradılmasını, bu hadisələri törədənlərin başda M.Qarbaçov olmaqla ona rəvac verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını, Beynəlxalq Haaqa Məhkəməsinə çıxarılmasını tələb edir.
    “Çox istərdik ki, tarixin acı dərslərinin təkrar olunmaması üçün siyasi xarakteri açıqlayan sənədli, xronikalar, filmlər, əsərlər yaransın və əsl həqiqətlərlə illərdən bəri xalqı narahat edən şübhələrə son qoyulsun. Biz bu təşəbbüslə xalqa müraciət etməyi düşünürük”,-deyə Bütün Qafqazın Şeyxi vurğulayır. Faciə ilə əlaqədar QMİ-nin fəaliyyətinin qırx günlük matəm mərasimləri ilə bitmədiyini diqqətə çatdıran A.Paşazadə qeyd edir ki, bu 20 il ərzində həm 20 yanvar, həm də Qarabağ şəhidlərinin ailələrinə maddi və mənəvi yardımlar göstərilib. “Bü müddət ərzində yüzlərlə şəhid və əlil ailəsi müxtəlif yardımlarla təmin olunub. Onlar bu gün də bizim xeyriyyə işlərimizdə xüsusi güzəştlərə malikdirlər”,-deyə Şeyx vurğulayır.
    A.Paşazadənin Xocalı söyqırımı ilə bağlı bütün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara ünvanladığı müraciəti həm də onlara qarşı bir üsyandır. Bütün Qafqazın Şeyxi Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciətində onları Xocalı hadisələrini soyqırımı kimi tanımağa çağırdı: “Azərbaycan Respublikasının milyonlarla vətəndaşının iradə və hisslərini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə, dövlət rəhbərlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara üz tuturam. Hesab edirəm ki, cahanda elə bir xalq, elə bir din olar bilməz ki, ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin.
    Şeyxin fikrincə, bəşəriyyət insanlığa qarşı cinayətləri daima nifrətlə damğalamış, insan sifətini itirmiş qatillərin əməllərini həmişə lənətləyib. Lakin təəssüflə qeyd olunmalıdır ki, dünya tarixinin qanlı səhifələrindən birini təşkil edən Xatın, Lidise kimi bəşəri müsibətlərlə bir sırada duran Azərbaycan şəhəri Xocalının faciəsi hələ də tarixin mühakiməsinə verilməyib, bu, misli görünməmiş soyqırımı faktı layiqli siyasi qiyməti almayıb.
    Bəşəriyyətin qan yaddaşında ikili standartlar yolverilməzdir, lakin artıq 18 ildir ki, barəsində aləmə car çəkdiyimiz Xocalı faciəsi bu günədək dünya səviyyəsində qınaq obyektinə çevrilməyib, onun baiskarları lənətlənməyib. 1992-ci il fevralın 26-da Xocalının 10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisinin erməni quldurlarının amansız basqınına məruz qalması, 613 nəfərin qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meyitlərin üzərində təhqiramiz həqarətlər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə baş ucalığı gətirə bilməz”.
    Müraciətdə qeyd olunur ki, bütün dünya hər bir cinayətkarın, terrorçunun milli və dini mənsubiyyətindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalı və beynəlxalq hüquq qarşısında cavab verməli olduğunu sözdə etiraf edir: “Lakin acı reallıq ondan ibarətdir ki, erməni ekstremistləri törətdikləri cinayətlərə görə hələ də cəza almayıb, heç bir beynəlxalq qurumun, hətta BMT-nin qətnamələrinə məhəl qoymadıqları halda onlara qarşı heç bir sanksiya tətbiq olunmayıb. Azərbaycana qarşı zaman-zaman törətdiyi vəhşiliklər cəzasız qaldığına görə, ərazimizin 20 faizini işğal etmiş, milyonlarla azərbaycanlının doğma yurdlarından didərgin salmış erməni ekstremistləri öz təcavüzkarlıq planlarından əl çəkməyib, qəsb etdiyi torpaqlarda vandalizm aktları həyata keçirərək mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları xarabalığa çevirib, maddi və mənəvi terror gerçəkləşdirib, tarixi sənəd və əşyaları mənimsəyərək özününküləşdirib. Bəs görəsən, tarix boyu yüz minlərlə dinc azərbaycanlı qətlə yetirmiş erməni terrorçuları daha nələr törətməlidirlər ki, dünya onları cinayətkar kimi damğalasın?! Görəsən nə vaxtadək ədalətə deyil, erməni lobbisinin maraqlarına üstünlük veriləcək?!
    Qəsbkar siyasət yeridən erməni ekstremistləri cəzasız qalmalarından ruhlanaraq, qəsb etdikləri torpaqları işğal altında saxlayır, atəşkəsi mütəmadi olaraq pozmağa cəhd edir, sülh danışıqları prosesində konstruktivlik görüntüsü yaradaraq beynəlxalq ictimai rəyi aldadır və problemin həllinə bilərəkdən yubadır. Dünya ictimaiyyəti sayıq olmalı, erməni ekstremistlərinin məkrli təbliğatına uymamalı özgə torpaqlarına göz dikən terrorçu dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını öz adı ilə çağırmalıdır.
    Mən, din xadimi olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirəm. Üzümü dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, xalqlarına və beynəlxalq təşkilatlarına tutaraq, Azərbaycana qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, xalqımızın faciəsinə biganə qalmamağa, Xocalı müsibətini insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırıram.
    O Bir Olan Yaradan müqəddəs dəyər olan insan həyatına edilən qəsdə göz yumulmasını heç zaman bağışlamaz. Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin zəfər çalmasına nail olmaqdır. Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqla yardımçı olsun!”.
    A.Paşazadənin Azərbaycanla yanaşı, ölkədən kənarda yaşayan müsəlmanlara da qayğısı daimi hiss olunur. Bütün Qafqazın Şeyxi hər zaman bəyan edir ki, Rusiya müsəlmanları ən çətin anlarda hər zaman yanımızda olublar, Rusiya, Qafqaz və MDB müsəlmanları arasında birlik mövcuddur.
    Əlbəttə, onun fəaliyyətinə diqqətlə nəzər yetirsək, Şeyx həzrətləri istər Bakıda, istərsə də ölkədən kənarda keçirdiyi bütün görüşlərdə bu kimi faktları göz önündə saxlamışdır. A.Paşazadə beynəlxalq konfranslarda çıxışları zamanı Azərbaycanın haqq səsini qaldırmış, insanlarımızın zaman-zaman bədxah qonşu olan ermənilərin terroruna məruz qaldığını açıq-aşkar söyləmişdir. 
    Ötən il 60 illik yubiley tədbirlərində ona ünvanlanan təbrik məktubları, verilən təltiflər yuxarıda A.Paşazadə barəsində söylədiklərimizə bariz nümunədir. Belə ki, otən il prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı. A.Raşazadə bu ordenə Azərbaycanda vətəndaşların vicdan azadlığının təmin olunmasında böyük xidmətlərinə görə təltif edildi.
    Rusiya prezidenti Dmitri Medvedev də Bütün Qafqazın Şeyxni təbrik etdi. Rusiya lideri MDB Dini Şurasının həmsədri Hacı Allahşükür Paşazadəyə təbrik teleqramı göndərdi: “Siz nüfuzlu din xadimi kimi məşhursunuz. Sizin Müsəlmanları Ruhani İdarəsinin rəhbəri, MDB Dini Şurasının həmsədri postunda göstərdiyiniz yaradıcı fəaliyyət Rusiya, Azərbaycan və MDB-nin bütün ölkələrinin xalqları arasında dostluq, inam və qarşılıqlı anlaşmanı gücləndirir. Sizin fəaliyyətiniz Qafqaz regionunda stabilliyə, insanların tolerantlıq ruhunda tərbiyəsinə, sülhsevərliyə və qarşılıqlı hörmətə kömək edir”.
    A.Paşazadənin 60 yaşı tamam olması münasibətilə ünvanına çoxlu sayda telefon zəngləri, təbriknamə və teleqramlar daxil olub.
    A.Paşazadəni təbrik edən dövlət rəhbərləri arasında Özbəkistan prezidenti İslam Kərimov, Belarus prezidenti Aleksandr Lukaşenko olublar. Təbrik edənlər Şeyxülislamın dinlərarası dialoq prosesinə, xalqlar arasında dostluq, anlaşma şəraiti, tolerant dini mühitin möhkəmlənməsinə verdiyi töhfələri olduqca yüksək qiymətləndiriblər.
    Şimalı Qafqaz respublikalarının rəhbərləri, müftilər, MDB dövlətləri, o cümlədən Orta Asiyanın din xadimləri, Rusiya Müftilər Şurasının sədri, Beynəlxalq İslam Missiyasının rəhbəri Şeyxülislamı telefon vasitəsilə təbrik edib, ona müqəddəs dinimiz İslam yolunda xidmətlərində yeni nailiyyətlər arzulayıblar.
    Şeyxülislam həzrətlərini təbrik edənlər arasında xarici dövlətlərin Azərbaycanda  akkreditə olunan diplomatik nümayəndəliklərinin rəhbərləri də olub.
    Azərbaycanın hökumət üzvləri, nazirlik və komitə rəhbərləri, millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, ictimai təşkilatlar və media qrumlarının rəhbərləri, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri onu yubiley münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar.
    O, İslam aləmində böyük nüfuza malik olan Şiə konfrasında (1983-cü ildə) İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü seçilib. Şeyx həzrətləri həmçinin Ümumdünya İslam Konqresi Rəyasət heyətinin üzvüdür. Eyni zamanda, 1986-cı ildə Bakıda keçirilən "Müsəlmanlar Sülh Uğrunda Mübarizədə" konfransının daimi fəaliyyət göstərən Beynəlxalq Komissiyasının sədridir.
    Şeyx həzrətləri 15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİ-nin Xalqlar Dostluğu ordeni ilə təltif edilib.
    1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Bütün Qafqazın şeyxi sədr seçilib. O, eyni zamanda Qroznı şəhərinin fəxri vətəndaşı, Çeçenistanın milli qəhrəmanıdır.
    Onun təşəbbüsü ilə ölkəmizdə ilk İslam mədrəsəsi, İslam İnistitutu və onların bazası əsasında Bakı İslam Universiteti yaradılıb. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Universiteti və onun üç şöbəsi fəaliyyət göstərir.
    1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilib.
    Həyat-fəaliyyəti barədə "On ikinci ŞEYXÜLİSLAM", M.Quluzadənin "Mərhəmətli və şərəfli qəlb", R.Əliyevin "Şeyxülislam: ictimai xadim, alim", A.Mansurzadənin "Bizim bir Şeyximiz var", Hacı Akifin "Müqəddəs ömrün anları", V.Babayevin "Qafqaz Müsəlmanları İdarəsi və Ermənistan-Azərbaycan münaqişəsi" kitabları çap edilmişdir.
    "Xalqlar dostluğu" (1988), Misirin 1-ci dərəcəli "Əl-elm və əməl" (1992), Azərbaycan Respublikasının "Şöhrət" (1994), "İstiqbal" (1999), Rusiyanın I dərəcəli Müqəddəs Vladimir (2001), Çeçen Respublikasının "Millət qəhrəmanı" (1998), Gürcustan Respublikasının "Şərəf" (2001) ordeni ilə təltif olunub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1279
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30