Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Şeyx KİV-ə müraciət etdi
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Ramazan ayı başlayan ərəfədə Azərbaycanda fəaliyyət göstərən telekanalların rəhbərlərinə müraciət edib.
    Şeyxin müraciətində telekanallara tövsiyyə olunub ki, mübarək Ramazan ayı müddətində  televiziya verilişlərinin hazırlanması zamanı milli və dini dəyərlərimizə ehtiram göstərilsin.

    “Xüsusən Quranın nazil olduğu bu mübarək ayda telekanalınızda milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə uyğun olmayan məqamlara yol verilməməsi həm dinimizin vacib buyurduğu orucu tutan insanların bir vətəndaş olaraq hüquqlarına hörmətlə yanaşmanın, həm də müqəddəs dinimizə ehtiramın təzahürü olar”-deyə müraciətdə bildirilib.
    Şeyx telekanallara onu da tövsiyyə edib ki, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə həsr olunan verilişlərə müsahib və ekspert qismində əksər hallarda dinimizin dəyərlərindən bixəbər, yalançı "dinşünasların" dəvət olunması insanları narahat edir və bununla bağlı QMİ-yə çox sayda müraciətlər olunur: “Odur ki, bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi ilə məsləhətləşmə milli adət və mənəvi ənənələrə daha çox fayda gətirərdi”.
    A.Paşazadə bəyan edib ki, şəxsi maraqları naminə özlərini müxtəlif KİV-lərdə "din xadimi, molla, islamşünas" kimi təqdim edən, din adından sui-istifadə edən bəzi şəxslərin fikirlərinin düzgün kimi təlqin olunması milli-mənəvi dəyərlərimizə uyğun deyil. “Bu həm də milli dövlətçiliyimizin möhkəmlənməsinə, dini-mənəvi dəyərlərin inkişafına xidmət edən Qafqaz Müsəlmanları İdarəsinə və tərəfimizdən təyin edilmiş hörmətli din xadimlərinin nüfuzuna xələl gətirir. Odur ki, bu məsələdə obyektiv olmağınızı xahiş edirik. Həmçinin, mübarək ay ərzində milli mentalitetimizə uyğun olmayan film və verilişlərin, habelə reklam çarxlarının yayınlanmamasını tövsiyə edərdik. İnşəallah, bu məsələlərin rəhbəri olduğunuz telekanallar tərəfindən nəzərə alınacağına ümidvarıq”.
    Mübarək Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi bu ayın dəyərini, fəzilətlərini daha yaxşı işıqlandıracaq veriliş və materialların hazırlanmasını tövsiyə edib. “Diqqətinizə çatdırmaq istərdik ki, dinimizə, mənəvi ənənələrimizə ehtiramlı şəkildə ərsəyə gələcək materialların yaradıcılarını ruhlandırmaq məramı ilə, sizin tövsiyənizlə, ən yaxşı veriliş müəllifini müqəddəs Həcc ziyarətinə yollamaq nəzərdə tutulur”,-deyə Allahşükür Paşazadənin telekanal rəhbərlərinə müraciətində qeyd edilib.
    Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, QMİ Ramazan ayı ərəfəsində təkcə telekanallara deyil, Mətbuat Şurasına da müraciət ünvanlayıb: “Biz telekanallara və Mətbuat Şurasına müraciət etmişik. Müraciətdə elektron və yazılı mediada orucluqla bağlı tərbiyəvi, maarifçi əhəmiyyətli verilişlərə, yazılara yer verilməsi tövsiyyə olunub. Bizim müraciətimiz tövsiyyə xarakterli olduğundan ona cavab almağı nəzərdə tutmamışıq”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 469
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30