Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İmperializmlə sionizm birləşəndə…
    İsrailin Fələstinə xalqına qarşı soyqırımı müxtəlif fasilələrlə bu gün də davam edir. Təkcə məşhur 2008-ci ilin dekabrında başlanan genişmiqyaslı hərbi əməliyyatlarda 50 minə yaxın insanı ev-eşiksiz qoyan İsrailin Qəzza ərazisinə aviasiya zərbələri endirməsi sionist rejimin Yaxın və Orta Şərqdə dünyanın düzənini öz xeyrinə dəyişmək iddiasından başqa bir şey deyildi.
    İsrail bu istəyini müsəlmanların qanını tökərək reallaşdırır. Qəribədir, müsəlman Şərqində bir balaca İsrail onların qanlarına qəltan edir. Coğrafi, mənəvi, dini, tarixi yaxınlıq nöqteyi-nəzərindən Fələstinə guya dəstək olan müsəlman ölkələri isə yalnız bəyanatlar və antisisrail mitinqləri ilə kifayətlənirlər. Gəmi karvanı basıldıqdan sonra bir daha aydın oldu ki, İsrail qoşunları heç nəyə baxmadan müsəlmanları məhv etməkdə qərarlıdır. Fərqi yoxdur, bu müsəlman Fələstinli, Türkiyəli, hətta Azərbaycanlı da ola bilər.

    Düşünürəm ki, İsrailin nəyinki region, hətta dünyanı yalnız sözdə heyrətə gətirən bu hərəkəti insanlığa növbəti təcavüzdən başqa bir şey deyil. Blokada şəraitində yaşayan bir əraziyə humanitar aksiyanın qarşısının vəhşicəsinə alınması terrorun sionizm formasıdır. Tükiyənin və xüsusən aksiyada iştirak edən digər dövlətlərin İsraildən və onun arxasında duran ABŞ-dan bunun hesabını sorması zəruridir.  Bu cütlüyə qarşı hansısa bir əməli işin görüləcəyi ağılabatan və inandırıcı olmasa da sözlə də olsa içimizi boşlatmağa məhkumuq.
    Sionist rejim Yaxın və Orta Şərqdə dünyanın düzənini öz xeyrinə dəyişmək iddiasındadır. İsrail bu istəyini müsəlmanların qanını tökərək reallaşdırmaq zorundadır. Necə ki, edir. Zor dünən olduğu kimi bu gün də öz işini görür.
    İsrail dövlət olaraq BMT kimi qeyri-ciddi təşkilatı belə vecinə almır, dünyanın aparıcı dövlətlərinin yalandan-palandan da olsa təpkilərini arxalarını çevirirlər. Əlbəttə, İsrailə bu gücü tanıdan başqa bir imperalist güc də var ki, bu cırtdan yəhudi dövlətini hər məsələdə müdafiə edir. Bu dövlətin də ABŞ olduğu heç kimə sirr deyil. Bu gün Amerika dünyaya meydan oxuyur. Çox güclü iqtisadi potensiala və hərbi sənayeyə malik ABŞ hazırda Yaxın və Orta Şərq, Orta Asiya, Şərqi və Mərkəzi Avropa, Cənubi Qafqaz da daxil olmaqla dünyanın böyük bir hissəsinə nəzarət etmək imkanına malikdir. ABŞ-ın bu bölgələrə nüfuz etmək səyləri də müxtəlifdir. Belə ki, Şərqi və Mərkəzi Avropaya giriş imkanları ilə Cənubi Qafqazda möhkəmlənmək siyasətində ciddi fərqlər var.
    Bu gün ABŞ dünyanın yeganə fövqəldövlətidir, planetin nəhəng siyasi güc mərkəzi rolunu oynayır. ABŞ dünyada mövcud olan təqribən 4 mindən çox beynəlxalq və məhəlli təşkilatın əksəriyyətinin ya yaradıcısı, ya da ki, ən əsas maliyyələşdirənidir. Elə məhz bir çox ölkələrdə də bu təşkilatlar vasitəsilə sırf dövlət siyasətini həyata keçirən ABŞ-ın xəfiyyələri müxtəlif yardım proqramları adı altında da cəmiyyətin orta və ağır vəziyyətdə yaşayan təbəqəsini daim müstəmləkədə saxlayır. Eyni zamanda donor təşkilatlarına güclü maliyyə vəsaiti ayıraraq ölkələrin və xalqların daxili siyasətinə təsir göstərir. Əlbəttə, belə geniş təmsilçilik imkanları olan Amerikanın dünyanın hər hansı bir nöqtəsində baş verəcək hadisə və ya münaqişəyə dərhal təsir etmək imkanı formlaşdırır.
    Eyni zamanda ABŞ dünyanın ən böyük hərbi güc mərkəzidir. Müasir dövrün ən böyük hərbi təşkilatı olan NATO-nun yaradılması və genişləndirilməsində ABŞ-ın rolu danılmazdır. Sovet İttifaqı dağıldıqdan sonra ABŞ planetin hərbi potensiala malik dövlətinə çevrilib. Təbii ki, bu prosesdə ABŞ-a özünün yaratdığı NATO kimi hərbi təşkilatın dəstəyi böyükdür.
    Bəzi ekspertlər sadəlövhcəsinə Yaxın Şərqə sülhün gətirilməsi prosesində ABŞ-ın rolunu yüksək qiymətləndirirlər. Amma dərk etmirlər ki, bütün bu tədbirlər hər şeydən öncə ABŞ-ın milli maraqları ilə bağlıdır. Amerika hər hansı bir regiona ayaq açırsa, deməli, həmin bölgədəki dövlətlər kölə halında çaxlayır.
    ABŞ-ın maraqlarına zidd siyasət yeridən (Venesuel, İran, Suriya, Şimali Koreya, Kuba) dövlətlər istisna olmaqla ABŞ-ın mənafeləri dairəsində olan və dolayısı ilə onun maraqlarını təmsil edən Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kuveyt, Qətar şeyxləri hələ şirin yuxudadırlar.
    Son 25 ildə müsəlmanlarn sayı düz 3 dəfə artaraq, tarixdə ilk dəfə xristianlar sayca geridə qoydu. 1973-cü ildə müsəlmanlarn sayı 500 milyon idisə, bu gün bu rəqəm 1,5 milyarda yaxınlaşmaqdadır. Başqa sözlə, Yer kürəsinin hər dörd nəfər sakinindən biri müsəlmandır. Bu elə başgicəlləndirici bir inkişafdır ki, təkcə onun sürəti tərəddüdlü şəxsləri öz təsiri altına alaraq, onların İslamı qəbul etməsinə səbəb olur.
    Təəssüf ki, müsəlmanların sayının durmadan artmasına baxmayaraq, hələ əsil mənada yekdil, bütöv bir ümmətdən danışmaq mümkün deyil. Əndrabazi cərəyanlar “doğan” və bir neçəsinə də Amerikadan “hamilə” qalan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər kimi ölkələrin sadəcə dini kimlikləri müsəlmandır.  Bunlar müsəlman ölkələrinə vəhhabi ixrac etməklə məşğuldur. Onlar müsəlman ölkələrində baş verən müharibələrə, acılığa, zəlalətə heç vaxt hay verməyiblər. Fələstində baş verənlər heç də uzaq keçmişə aid deyil. Bu məsələdə yuxarıda bəhs etdiymiz neftli müsəlman dövlətlərinin mövqeyi hamıya bəllidir. Onlar yalnız Amerika imperalistlərinin regiondakı çör-çöpüdür. Bu dövlətlərin xarici siyasət prioritetlərini Ağ Evdən gələn tezislər müəyyənləşdirir. Onlar və yandaşları ABŞ-ın diqtəsi ilə şiəliyin mərkəzi hesab olunan İranı yer üzündən silmək istəyirlər. Bu həm Amerika imperalistlərinə, həm də onların müsəlman ölkələrindəki milli missonerlərinə sərf edir. Hələlik ABŞ bunu zor gücü ilə etmir. Səudiyyə Ərəbistanı və digər dini-ideoloji baxışları bəlli olmayan Şeyxlərin vasitəsi ilə edirlər.
    ABŞ demokratiya pərdəsi altında Əfqanıstana, daha sonra hələ “Səhrada fırtına” əməliyyatının ağrı-acılarını unutmayan İraqa vəhşicəsinə hucumu zamanı da Şeyxlər hərəmlərindən çıxmırdılar. Ötən illərdə İsrailin vasitəsi ilə Livan torpağını göyə sovurması Şeyxlərin tüklərini belə tərpətmədi. 
    Suriya və İran hər gün ABŞ-dan, xüsusən də onun bölgədəki canavarı İsraildən təhlükə gözləyir. Rəsmi Vaşinqton İranı beynəlxalq terrorizmi müdafiə və himayədə, kütləvi qırğın silahları əldə etməyə cəhddə, Yaxın Şərq sülh prosesini pozmaqda, ABŞ və onun müttəfiqləri üçün İran körfəzində təhlükə törətməkdə günahlandırır. İran isə bütün iddialara özünəməxsus və milli maraqları nöqteyi-nəzərindən münasibət bildirir. İndi ABŞ İrana qarşı iqtisadi sanksiyalar tədbiq etmək istəyir. Çünki ABŞ-ın özü üçün təhlükə mənbəyi hesab etdiyi dövlətlərə qarşı geniş sanksiyalar tətbiqi ənənəsi mövcuddur. Məsələn, birinci Dünya müharibəsindən sonra öz xarici siyasət məqsədlərini reallaşdırmaq üçün ABŞ digər dövlətlərə qarşı 115 dəfə sanksiya tətbiq etmişdi. Bunlardan da 104-ü ikinci Dünya müharibəsindən sonrakı dövrə aiddir. 1993-1996-cı illərdə ABŞ 61 dəfə saksiyalara əl atmışdır.
    Bu gün İran onsuz da ABŞ-ın mümkün sanksiyalarına (İLSA qanunu) məruz qalıb. Hətta Amerika İranın dünya neft ehtiyatlarının istismarında iştirakını belə məhdudlaşdırıb.
    Regionda kifayət qədər gücə malik Türkiyə bütün baş verənlərə seyirçi gözü ilə baxmağdan vaz keçib. İranın nüvə qalmaqalına son vermək və rəsmi Tehrana qarşı gözlənilən BMT sanksiyalarını önləmək üçün Braziliya ilə birgə hərəkətə keçdi. Lakin bu da Qərbi qane etmədi.  Bu jestlə Türkiyə artıq Amerikaya olan sədaqətini bilərəkdən sarsıtmağa çalışır. Rəsmi Ankara daha Ağ Evdən gələn boş vədlərə inanmaq istəmir. 
    Bu gün Qərbin regionda, xüsusən də Azərbaycanda ikili standartlarla işləməsi heç kimə sirr deyil. Artıq Azərbaycan insanı Qərb sözünü eşidəndə dodaq büzür, üzünü yana çevirir. Azərbaycanın zəngin təbii ehtiyatları və geopolitik mövqeyi isə ABŞ-ın strateji maraqlarına tamamilə uyğundur. Digər tərəfdən region uğurunda İranla Rusiya arasında da gizli bir savaş gedir. Azərbaycanın şimaldan Rusiya, cənubdan isə İranla həmsərhəd olması ABŞ-ı ölkəmizə qarşı siyasətində daha tədbirli hərəkət etməyə sövq edib. Bu gün Amerika Konqresinin 80-ə yaxın üzvü ABŞ-ı qondarma Dağlıq Qarabağla əməkdaşlığa məcbur edir. Həmin konqresmenlər Azərbaycanı qeyri-konstruktiv olmaqda ittiham edirlər. ABŞ rəsmiləri isə ölkənin xarici siyasətini Konqresin deyil, prezidentin müəyyənləşdirdiyini iddia edir. Biz isə inanırıq. Amma  boş başımıza vurmuruq ki, elə 907-ci düzəlişi Azərbaycan üçün tətbiq edən Konqres deyildimi? Sonradan, yəni neft quyularımızın açarlarını amerikalılara verəndən və koalisiya qüvvələrinə qoşulduqdan sonra Corc Buşun təkidi və xahişi-minnəti ilə Konqres 907-ci düzəlişi tam ləğv etmədi. Bir neçə illiyə dondurdu. Güclü erməni lobbisi və xristian həmrəyliyi ABŞ Konqresinin Azərbaycana münasibətdə anlaşılmaz mövqe tutmasına gətirib çıxarır. Hətta geosiyasi məkanda yerləşən Azərbaycanda siyasi vakuumun əmələ gəlməsinə şərait yaradır.
    Azərbaycan dünyanın kiçik dövləti olsa da onun da özünə görə ABŞ-dan umacağı böyük maraqları var. Hər seçkidən-seçkiyə mövcud hakimiyyət o dünyaya gedib qayıdır. Hamı - yəni kabinet əhlləri təlaş içində olurlar. 
    Bizlər, daha doğrusu ABŞ-ı özünə sədaqətli və mərhəmətli müttəfiq bilən bədbəxt müsəlman dövlətləri, xüsusən də ərəb şeyxləri gələcəkdə hansı problemlərlə qarşılaşacağımızdan sanki bixəbərik. Məgər onlar bilmir ki, hələ o zaman bədbəxt Səddam Hüseyin Küveytin ərazisinə ABŞ kəşfiyyatının xeyir-duası ilə girmişdi. Amma nə oldu? Sonra ABŞ Küveyti müstəmləkəsi etməkdən ötrü 28 dövləti də başına yığıb İraqı geri oturtdu. Hətta bu 28 dövlətin elə bir çoxu müsəlman dövlətləri deyildimi? Axı niyə onlar zalımın zülmünə ləbbeyk deyirlər. Niyə Livanda minlərlə müsəlman qan içində boğulanda onun ətrafında neftin və xalqın pulunu yeyib harınlayan müsəlman dövlətləri səslərini belə çıxarmadılar. Müsəlman dövlətləri həmrəylik nümayiş etdirmək əvəzinə ABŞ və İsrail üçün şərait yaradırlar.
    Bu gün ABŞ rəsmi olaraq İran üçün potensial təhlükə mənbəyidir. İranın qonşusu olan Azərbaycan və Türkiyə birinciyə qarşı yönələcək iqtisadi-siyasi təzyiqlərə cavab verəcək hərbi gücdə deyillər. Çünki, ABŞ İsraili bəsləməklə onu müsəlman dövlətləri üçün başa bəla yetişdirir.
    Qəribədir, İsrailə qarşı nə qədər nifrət bəsləsən də bu kimi dövlətlərin cəsarətinə heyran qalmaya bilmirsən. Güclüdür, sözdə, ərazidə, başda, insan və heyvan leşində ondan qat-qat böyük olan dövlətlərlə kəllə-kəlləyə gəlmək cəsarətinə malikdlir. Sözün deyil, əməlin gücünü nümayiş etdirir. Bu etdiklərinin də qarşılığında heç bir dövlətdən, millətdən çəkinmir, sadəcə gülüb keçir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1131
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30