Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Şeyx Kirillə görüşdü
    Avqustun 24-də Rusiyanın paytaxtında Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə arasında ikitərəfli görüş oldu.

    Görüşdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitinin qaytarılmasına Moskva və Bütün Rusiyanın Patriarxı tərəfindən kömək məsələsinin qaldırılıb-qaldırılmaması barədə Azərbaycan jurnalistinin sualına Patriarx Kirill belə cavab verib: “Mən möhtərəm Şeyxülislam Hacı Allahşükür Paşazadədən məktub almışam və öz tərəfimdən bütün zəruri addımları atacağam. Lakin məlum olduğu kimi, bu məsələ təkcə bir ölkədə həll edilmir. Burada bəzi məsləhətləşmələr aparmaq lazım gələcək. Görək, nəticəsi nə olacaq”.


    Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Paşazadə Moskvada dinlərarası münasibətlərin və konfessiyalararası dialoqun inkişaf perspektivlərini müzakirə ediblər. A.Paşazadə səfər çərçivəsində Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə müraciətlə Azərbaycanın Milli Qəhrəmanı, çavuş Mübariz İbrahimovun erməni işğalçılarında qalmış meyitinin Azərbaycan tərəfinə qaytarılmasına kömək göstərməsini xahiş edib.
    Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov bu il iyunun 18-də cəbhənin Tərtər rayonunu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olub. 22 yaşlı gizir Mübariz İbrahimovun meyiti ermənilər tərəfindən götürülüb və hələ də geri qaytarılmayıb.
    Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin üçtərəfli görüşünün mümkünlüyü məsələsini şərh edərək bildirib ki, bu yaxınlarda Azərbaycanda belə bir görüş baş tutub və yeni görüş keçirilməsi hələlik planlaşdırılmır. O deyib: “Əgər lazım gələrsə, əgər həyat bunu tələb edərsə, zənnimcə, hər üç dini rəhbər mövcud problemlərin həllinə kömək etmək üçün məmnuniyyətlə görüşərlər”.
    Rus Pravoslav Kilsəsinin rəhbəri həmin görüşün yekunlarını şərh edərək bildirib ki, söhbət zamanı MDB Dinlərarası Şurasının işi müzakirə edilib. Həmin Şuranın Rəyasət Heyətinin sonuncu iclası cari ilin aprel ayında Bakıda dinlərarası sammit ərəfəsində keçirilmişdi. Söhbətdə postsovet məkanına mənsub olmayan dini liderlərin müşahidəçilər, yaxud assosiasiya edilmiş üzvlər qismində dəvət edilməsi məsələlərinə də toxunulmuşdur. “Biz bu məsələni öyrənməkdə davam edəcəyik, lakin insanların bizim işimizə qoşulmaq arzusu, bu cür müraciətlər artıq daxil olmuşdur”,–deyən patriarx vurğulayıb ki, görüşdə Azərbaycandakı pravoslav icması və Rusiyadakı Azərbaycan müsəlman icmasının vəziyyəti ilə əlaqədar ikitərəfli münasibətlər də müzakirə edilib.
    Rus Pravoslav Kilsəsinin başçısı Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyəti ilə görüşdə qeyd edib ki, pravoslavlarla müsəlmanlar, o cümlədən MDB məkanında müxtəlif dinlərin nümayəndələri arasında münasibətlər onların görüşlərinin daimi müzakirə mövzularıdır. Patriarx Şeyxülislam Hacı Allahşükür Paşazadənin uzun illər boyu Qafqazın ali islam lideri, İslam dünyasında çox böyük nüfuz sahibi kimi apardığı işlərə görə ona təşəkkür edib. Patriarx müsahibinə müraciətlə deyib: “Nəinki Azərbaycanda, ucsuz-bucaqsız MDB məkanında dinlərarası sülh çox cəhətdən sizin sözlərinizdən, sizin həyati mövqeyinizdən asılıdır”.
    Rus Pravoslav Kilsəsinin başçısı cari ilin aprel ayında Bakıya, dini liderlərin sammitinə gəlməsini razılıq hissi ilə xatırlayıb. Onun sözlərinə görə, sammitdə səmimi qəbul və konstruktiv iş, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə çox mühüm görüş “dinlərarası dialoqu sırf dini səviyyədən din-dövlət səviyyəsinə keçirməyə” kömək edib.
    A.Paşazadə də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin geniş əhatəli fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, Patriarx Kirill nəinki MDB məkanında, hətta MDB hüdudlarından uzaqlarda da çox böyük nüfuza malikdir.
    Qafqaz Müsəlmanları İdarəsinin başçısı A.Paşazadə vurğulayıb ki, Qarabağ probleminin dinc yolla həll edilməsi Azərbaycan xalqı və bütün müsəlmanlar üçün çox vacibdir. O, Patriarx Kirillin fəaliyyətini yüksək qiymətləndirərək söyləyib ki, Rus Pravoslav Kilsəsinin rəhbəri təkcə rus pravoslavları arasında deyil, müsəlman dünyasında da böyük nüfuz sahibidir. Paşazadə qeyd edib ki, bu fikirləri yaxın vaxtlarda Ərəb Dövlətləri Liqasının 50 illiyi münasibətilə Səudiyyə Ərəbistanında keçirilmiş yüksək səviyyəli görüşdə də səsləndirmişdir. Şeyxülislam deyibr: “Bizim bu istiqamətdə birgə səylərimiz təkcə dindarlar arasında deyil, dövlət liderləri tərəfindən də qiymətləndirilir. Nəinki MDB ölkələrinin rəhbərləri, hətta başqa dövlətlərin başçıları da bizim ümumi dialoqa qoşulmaq istəyirlər”.
    “Qarabağ probleminin dinc yolla həll edilməsinə dair bizim ideyaları dəstəkləyənlərə şəxsən təşəkkür edirəm. Bu, bizim xalqımız üçün, bizim müsəlmanlar üçün çox vacibdir”,–deyən Paşazadə bütün ermənilərin katolikosunun Bakıda keçirilən ümumdünya dini sammitə gəlməsi faktının əhəmiyyətini xüsusi vurğulayıb. A.Paşazadə Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə müraciətlə deyib: “Siz bizim xalqın, bizim müsəlmanların böyük dostu kimi qalacaqsınız və bu, gələcəkdə qarşılaşa biləcəyimiz problemlərin həlli üçün çox vacibdir”.
    O, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb.
    Rəyasət Heyətinin növbəti iclasını cari ilin noyabrında keçirmək qərara alınıb.
    Görüşdə səfir Polad Bülbüloğlu da iştirak edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 389
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30