Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    135 il sonra...
    “Hər kəsi çağırıram, gəlmir, göstərirəm, görmür, deyirəm, eşitmir. Axırda gördüm ki, qəzet çıxarmaqdan başqa bir qeyri-əlac yoxdur…” Nəhayət, Həsən bəy Zərdabi 1875-ci ildə iyulun 22-də “Əkinçi” qəzetinin nəşri ilə dediyi bu sözlərinə əlac tapdı. Bu gün isə həmin tarixdən 135 il keçib. Əlinə qələm alan hər bir jurnalist öncə çalışır ki, Zərdabi qələminə, Zərdabi ideyasına, Zərdabi əzminə sadiq olsun. Sanki “Hippokratın andı” Azərbaycan jurnalistikasında Zərdabi fədakarlığına, Zərdabi sözünə layiq olmaq kimidir.

    Mətbuatımızın qoca tarixinə nəzər salsaq bir daha şahid olarıq ki, 135 il ərzində kifayət qədər çətin maneələri dəf edib. Azərbaycan müstəqillik qazanandan sonra mətbuatımızda da yavaş-yavaş dirçəlmə hiss olunub.
    Ümummilli lider Heydər Əliyev prezident seçiləndən – 1993-cü ildən etibarən digər sahələrdə olduğu kimi mətbuata da diqqət yetirildi. Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması, mətbuat üzərindən dövlət nəzarətinin götürülməsi böyük nailiyyət idi.
    1998-ci il avqustun 6-da imzalanan “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman kütləvi informasiya vasitələrini senzuradan azad etdi.
    Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə Fərman isə kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirib. Senzuranın olmaması bu gün bəzi “jurnalistlərə” bu peşə altında və bu azadlıqdan sui-istifadə edib başqa işlərlə məşğul olmalarına şərait yaratsa da, azad sözün keşikçilərinə daima kömək edir.
    Mətbuata olan diqqət bununla kifayətlənmədi və ümummilli lider Heydər Əliyevin 2000-ci il 6 mart tarixli Fərmanı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı” təsdiq olundu. Bu Fərmandan sonra – 19 iyun 1998-ci il tarixli “Məlumat azadlığı haqqında”, 10 iyun 1997-ci il tarixli “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, 3 aprel 1998-ci il tarixli “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, 12 mart 2002-ci il tarixli “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbulu da mühüm addımlardan olub. Eləcə də son 8 ildə “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İnformasiya azadlığı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” qanunlar qəbul edilib, bu zaman Avropa Şurasının mütərəqqi rəy və təklifləri nəzərə alınıb. Ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxıb.
    Azərbaycan, eyni zamanda, söz və mətbuat azadlığının təmin edilməsi sahəsində bir sıra beynəlxalq konvensiyalara, sazişlərə də qoşulub. Qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən, KİV-nin təsis olunması, ona sahiblik, ondan istifadə, onun idarə edilməsi qanunvericilikdə nəzərdə tutulan hallardan savayı, məhdudlaşdırıla bilməz. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.
    Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması sahəsindəki bəzi süni əngəllər də tam aradan qaldırılıb. Azərbaycan Respublikası Prezidentinin 11 may 2002-ci il tarixli “Kütləvi informasiya vasitələri haqqında” AR Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanı mətbu nəşriyyatın dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürüb.
    Ümummilli lider Heydər Əliyev milli jurnalistikanın üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün mühüm Fərman və Sərəncamlar imzalayıb. Qəzetlərin əsas çətinliyini nəzərə alaraq, həmin sənədlərdə çoxlu sayda qəzetin “Azərbaycan” nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulması nəzərdə tutulub. 
    Prezident İlham Əliyev də bu ideyanı davam etdirərək müasir mətbuatın inkişafı üçün əsas addımlar ataraq bunu bir daha sübut edib. Prezident tərəfindən 2005-ci il 21 iyul tarixində “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamların imzalanması əlamətdar hadisə kimi yadda qalıb.
    Azərbaycan prezidenti 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən redaksiyaların “Azərbaycan” nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənilib. 2005-ci ildən bu günə kimi 300-ə yaxın KİV əməkdaşı dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə isə 39 qəzet redaksiyasına, yenə də ayrılıqda 10 min manat məbləğində dövlət tərəfindən yardım edilib.
    Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları təsdiq edir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyi və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlib.
    Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı da prezidentin mətbuata olan diqqətindən irəli gəlib. Sərəncamla həmçinin “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə” təsdiq edilib.
    Bütün bu addımlar sanki mətbuatın 135 illik yubileyinə qədər bir yolun izi idi. Məhz bu il prezident jurnalistlərə ən böyük hədiyyəni etdi. Bəlkə, çoxları bunu yalnız düşünürdü və belə bir şeyin olacağına inanmırdılar. Amma 2010-cu il iyulun 22-də Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitini yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıldı.
    Həmin pulla neçə-neçə jurnalistin özüylə yanaşı, ailəsi də sevinəcək və bir şeyi düşünəcəklər ki, artıq jurnalist əməyini də ən yüksək formada dəyərləndirilir. Artıq jurnaist hansısa məmurun qələminə deyil, dövlətin  və millətin mənafeyinə xidmət edəcək.
    Yerin behişt olsun, ey fədakar Zərdabi! Düz 135 il əvvəl sən bizi “Əkinçi” ilə sevindirmişdin, bu gün də biz sevinirik. Həm 135 illik mətbuatımızın şərəfli tarixinə görə, həm də bu gün əməyimizin qiymətləndirilməsinə görə..


    Günel Əbilova
    AZADİNFORM

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 556
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30