İraqın Azərbaycandakı səfirliyi iftar süfrəsi təşkil edib
İraqın Azərbaycandakı səfirliyi müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə dualar oxunub, on bir ayın sultanı mübarək Ramazan ayının əhəmiyyəti haqqında danışılıb.
İftar mərasimində müsəlman ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri, din xadimləri, ziyalılar, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.