Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bu da bizim dərdimizdir…
    Rüşvət cəmiyyətlərin yox olmasına və zərərə düçar olmasına səbəb olar, vəziyyətlərini pozar. Cəmiyyətlərdə, zülmün yayılmasına yol açar. Rüşvətin yayıldığı bir cəmiyyətdə şərəf, izzət və fəzilət yox olur, onların yerinə, alçaqlıq, kin və nifrət hakim olur. Rüşvət olan bir ümmətdə nəsihətin yerini saxtakarlıq, əmanətin yerini xainlik, ədalətin yerini zülm və əmin-amanlığın yerini qorxu alar. Cəmiyyətdə rüşvət alçaqlığa və pozğunluğa, nəfslərin şəhvətlərinin sərbəst qalmasına, oğurluğun və saxtakarlığın yayılmasına, vəzifədən sui-istifadəyə və dələduzluğa çağırar. O zaman, cəmiyyətin maraqları zərərə düçar olar. Cəmiyyətdə pislik və zülm hakim olar. Aralarında səfillik, kasıbçılıq və bədbəxtçilik yayılar. Əhməd ibn Hənbəldən nəql olunur ki, Həzrət Mühəmməd (s) buyurub: “İçində rüşvət ortaya çıxan hər bir qövm, qorxu ilə müsibətə düçar edilir.”


    Rüşvət həqiqətdə insanın ona halal olmayan bir şeyi əldə etmək üçün vəzifəli bir şəxsə ödədiyi hər şeydir. Rüşvət bir çox şəkildə olur. Ən böyüyü, bir haqqın pozulması, bir batilin haqlı edilməsi və ya bir şəxsə zülm etmək üçün veriləndir. Vəzifəli şəxsin əslində qarşılıqsız etməli olduğu bir işi etməsi üçün pul və ya digər şey alması da rüşvətdir. Rüşvət verənin, ona aid olmayan bir şeyin ona verilməsi üçün və ya yerinə yetirməli olduğu bir haqqı yerinə yetirməmək üçün və yaxud özü kimi haqq edənlərin bitərəf etmək üçün rüşvət verməsi də rüşvətin müxtəlif formalarındandır.

    *  *  *

    İslamda rüşvət, hansı şəkildə olsa, nə adla adlandırılsa da haramdır. İstər hədiyə, istər mükafat və istərsə də hörmət deyilsin, hall eynidir. İsimlər həqiqətləri dəyişdirməz. Sözlərə deyil, həqiqətlərə baxılır. Həzrət Mühəmməd (s) buyurub: “Haqsız qazancla bitən hər ət, atəşə daha layiqdir.” Deyilir ki: “Haqsız qazanc nədir?” O Həzrət belə buyurur: “Hökm vermədə rüşvət almaqdır.”

    *  *  *

    Ey müsəlmanlar!.. Rüşvət, malları batil yolla və haram olaraq yeməkdir. Allah-Təala Qurani-Kərimin əl-Bəqərə surəsində belə buyurur: “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin! Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” Rəsulullahdan (s) rəvayət edilən belə bir hədis var: “Rüşvət verən də, rüşvət alan da atəşdədir.”

    *  *  *

    Rüşvət almaq və ya vermək bizim qanımızdadır. Çünki dünyaya göz açanda da rüşvət veririk. Bəlkə belə deyil? Niyə bir-birmizi aldadırıq. Bəlkə hər hansı birmizin övladı dünyaya gələndə xəstəxanada soğan kimi soyulmuruq? Sevinirik, dəhşətli bir başlanğıca özümüz bilmədən sevinirik.
    Bir gün gəlir. Rüşvətlə xəstəxanada doğulan o balaca körpə indi artıq məktəbə gedir. Sevinə-sevinə məktəbə yollanırıq. Deyirlər yer yoxdur, gecikmisiniz, bir az tez gələydiniz. Adam tapırıq, yalvarırıq, rüşvət veririk, işimiz düzəlir.
    Bir gün gəlir. Həmin məktəbli ali məktəbə daxil olur, həm də rüşvət gücünə.
    Və bundan sonra çoxlu günlər gəlir. Bu zaman artıq həmin o günün körpəsi bu günün məmuru olur. Artıq rüşvəti verən tərəfdə deyil, alan tərəfdə olur. 
    Beləcə zaman keçir. Sizcə, belə keçən zamanda insan dəyişə bilərmi?..

    *  *  *

    Binəqədi qəsəbəsində (Novxanı yolunun üstündə) fəaliyyət göstərən “mal bazarı” deyilən yer var. Bu bazarın yanından keçən yolun bir tərəfində neft quyuları, digər tərəfdə 5 mərtəbəli yaşayış binları tikilir. Hündür mərtəbəli binaların arxasında isə fərdi evlər üçün alınmış həyatyanı torpaq sahələrinin uçulub-dağılmış hasarlarını görürük. ARDNŞ-in boynuyoğun əməkdaşları eyni məsafədəki ərazidə hündürmərtəbəli binaların tikintisinin qarşısını almır, daha doğrusu ala bilmir, amma fərdi ev tikmək istəyən bədbəxt kasıbın komasını başına uçurtmağı böyük bir tarixi əməliyyat hesab edirlər. Hansı normal dövlət və onun strateji qurumunun əməkdaşları vətəndaşına, insanına belə iyrənc münasibət göstərir? Bu heç bir məmləkətdə görüləsi hadisə deyil. Kim belə bir anormallığı görmək istəyirsə, neft ölkəsi olan Azərbaycana gəlsin.   

    *  *  *

    Bəli, indi tamam fərqli, həm də anormal bir cəmiyyətdə yaşayırıq. Müstəqilliyin dadını bir qrup mafiozdan başqa heç kəs bilmir. İndi onlar üçün sərhədlər taybatay açıqdır. Hara istəsələr gedir, nə istəsələr geyir, minir, yeyir, tikir... Amma ittifaq dövründə bu sadalananlara heç də asanlıqla nail olmaq mümkün deyildi. Aldığının, geydiyinin, miniyinin, tikdiyinin və yediyinin hesabatını verirdin. Sovet Azərbaycanı rəhbərliyinin Kremldən qorxusu var idi. Yüngül bir şikayətə baxmaq üçün Moskvadan nümayəndə gəlirdi. Rüşvət müstəqillik dövründə olduğu kimi ölkənin bütün sferalarına sirayət etməmişdi. Azərbaycan müəllimi, neftçisi, jurnalisti hər yay tətilində Rusiyanın dünyada bənzəri olmayan sanatoriyalarında dincəlir, nataşalar, aksanalarla həmguş olub keflərinə-kef qatırdılar. Bu gün həmin müəllim, neftçi, jurnalist Masazırı o tərəfə keçmək üçün yol pulu tapa bilərmi? Nəinki, nataşalar, aksanalar, heç öz kəbinli arvadına yaxın gedə bilmir. 

    *   *   *

    Ötən il mart ayında Türkiyə telekanallarının birində Braziliyada keçirilən karnavalı izləyirdim. Aparıcı tədbirdə tamaşa etmək üçün qatılan insanların haradan gəldiyi ilə maraqlanırdı. Onların içərisində Azərbaycandan gəlmiş 3-4 gənc oğlan da var idi. Aparıcının Azərbaycanda nə işlə məşğul olursunuz sualına cavabı eşidəndə təəccüblənmədim. Bəli, bu gənclər Dövlət Neft Şirkətinin əməkdaşları idilər. Neftin pullarını gözdən, könüldən uzaq Braziliyada həzm-rabedən keçirirdilər.
    Bəli, neft - bu təbii sərvət xüsusi bir qurup üçün səltənət yaradıb, kimlərin isə evini başına uçurub. Bu gün məmləkətdə neftə qarşı bir antipatiya var. Sən demə neftdən gələn gəlirdən vəd olunan xoş gələcək xəyaldan başqa bir şey deyilmiş.
    Mövzudan uzaqlaşdıq, amma nə edək bu da bizim dərdimizdir.

    *   *   *

    Dəhşətdir, elə deyilmi? Bu gün cəmiyyətimizdə insanları göz görə-görə istismar edir, dələduzluq yolu ilə əlində nəyi var alıb, onu var-yoxdan çıxarırlar. Bu dələduzluq faktı həm də yuksək səviyyədə həyata keçirilir. Bu rəzalətdir, alçaqlıqdır, şərəfsizliyin ən aşağı formasıdır. Dövlətin məmurları vətəndaşına bu qədər zülm edərmi? Belə iyrəncliklər Azərbaycan istisna olmaqla bəlkə də dünyanın heç bir yerində yoxdur.

    *   *   *

    Cəmiyyətin, ictimaiyyətin hər bir üzvü, daha doğrusu evində məktəb yaşlı uşağı olan hər bir Azərbaycanlı ailəsi ölkənin hansı regionunda, şəhərində yaşamasına baxmayaraq bu acı həqiqətin bilavaitə iştirakçısıdir. Bir sözlə hər birimiz Misir Mərdanov həzrətlərinin təbirincə desək, Azərbaycan təhsil sistemində mövcud olan rüşvətin baş alıb getməsinin səbəbkarlarıyıq. Bir sabah mətbuatdan oxudum ki, M.Mərdanov üsyan edərək bildirir ki, məktəblərdə rüşvətin ayaq tutub yeriməsində müəllimlər deyil, valideynlər günahkardır. Etiraf edim ki, şoka düşdüm, bir valideyn olaraq xəcalət çəkdim, utandım. Bir-təhər özümü toparlayıb müsahibənin ardını oxuyuram və baş müəllim iddia edir ki, valideyn məktəbə, müəllimə pul verməsin... Əlbəttə, bir nazir olaraq Mərdanov həzrətləri yeni söz demir, hər zaman olduğu kimi bu gün də düz deyir. Gözəl çıxış yoludur. Açığını desəm, elə 11 ilin nazirindən bundan artığını gözləmək mümkün deyildi. Baş müəllimin məntiqinə görə, valideyn müəllimə pul vermək üçün sabahı diri gözlü açır. Sonra təngənəfəs məktəbə gedir, özünü zorla sinifə atır, müəllimin və yaxud da müəllimənin üz-gözündən öpür, pulunu verib rahatlanır. Dəhşətdir, elə deyilmi?

    * * *

    Nədənsə milli mentalitetimiz, adət-ənənələrimiz diridən daha çox ölüyə hörmət üstündə köklənib. Yəni sağlığında daha çox ilgilənmədiymiz yaxınlarımız dünyasını dəyişdikdən sonra, əl-ayağa düşür, göz yaşları axıdır və nəhayət ki, axirətdə rahatlıq tapması üçün əlimizdən gələni etməyə çalışırıq. Mən deyərdim ki, burada da ölümüzə hörmətdən daha çox ətrafı fikirləşirik. Yəni qohum-əqraba, qonum-qonşu, dost-tanış nə deyər prinsipini əsas götürərək onu son mənzilə ləyaqətlə yola salırıq. Amma son mənzil müasir zamanımızda bizlərə baha başa gəlir.
    Bu gün ölüsü ölən daha çox ağlayır məsəli isə artıq leksikonumuzda tamam başqa bir mənanı ehtiva edir. Ona görə yox ki, ölüsü ölüb, ona görə ki, ölüsünü dəfn etmək üçün qəbiristanlıqlarda qəbir yerləri od qiymətinədir. Artıq hər şeydə liderlik edən bəzi acgöz insanlarımız qəbiristanlıqlarda özləri, yaxın adamları üçün yer tutublar. Daha doğrusu hasara alaraq zəbt ediblər. Bəziləri bir az da qabağa gedərək sağlığında baş daşlarını belə qoydurublar. Kasıb təbəqə isə ölüsü ölən kimi onu harada dəfn edəcəyini fikirləşir…

    * * *

    Hər gün bu məmləkətdə gördüklərindən təəccüblənə bilmirsən. Bir sözlə Allah-Təalanın İNSAN adlı şah əsərini - məxluqatı itin, küçüyün yerinə qoyan yoxdur. Çox təəssüf ki, bütün bunlara isə bəsdir-bəsdir deyən yoxdur. Hərə özü üçün işindədir…
    Hər gün səhər işə gələndə yüzlərlə insanın dayanacaqlarda tir-tir titrədiyini görüb əsəblərini cilovlaya bilmirsən. Bütün dövrlərdə olduğu kimi yenə də paytaxtın nəqliyyat sistemində, xüsusən də yol infrastrukturunda mövcud olan anarxiyanın bir daha şahidi olursan. Bir sözlə insanlar hər gün bir başqa problem yaşayır bu məmləkət də…

    * * *

    Heç kim müharibəni arzulamır. Çünki müharibənin özü ilə bərabər gətirdiyi fəsadlar cəmiyyətin bel sütununun məhv edir. İnsanlar uzun illər mənəvi-psixoloji gərginlik içində yaşayır, səfalət, xəstəliklər tuğyan edir, ölkələr, şəhərlər, kəndlər yerlə-yeksan olunur. Müharibədə tərəflərin hər ikisi – müttəfiqlər də daxil olmaqla bu həyatı yaşamağa məcbur olur. II Dünya müharibəsindən sonra Almaniya və SSRİ-nin yaşadığı kimi…
    Son vaxtlar dünyada yaşananlar bəşəriyyətin III Dünya müharibəsinə hazırlaşdığını işarədir. Lakin I və II Dünya müharibəsindən fərqli olaraq üçüncüsü tamam başqa səbəblər üzündən başlayacaq.  Bu da sonda dinlərin savaşı ilə müşayiət olunacaq.

    * * *

    Bu gün Qərblə Şərq, Xristianla İslam dünyası arasında elan olunmamış soyuq müharibə gedir. Bu müharibənin reallaşmasının qarşısını almaq mümkünsüzdür. Amma qabağına gedib baş verə biləcək təhlükənin təsirini azaltmaq olar. İlk növbədə müsəlman dövlətləri birləşərək vahid mövqeydən çıxış etməlidirlər. Burada söhbət ərazilərin və torpaqların birləşdirilməsindən, sərhədlərin götürülməsindən getmir. Söhbət yalnız mənəvi-psixoloji birlikdən gedir. Biz insanları müharibəyə, döyüşə, savaşa deyil, özünü müdafiəyə çağırırıq. Əks təqdirdə donuz əti yeyib piylənmiş xristian dünyası müsəlman dövlətlərini tək-tək dənləyəcək. Biz isə Qərbdən kömək umuruq. Qərb müsəlmanları yer üzündən silməyə hazır olduğu bir zamanda biz onun qucağına atılırıq.
    Ey millət! Ayıl. Yaşadığımız 21-ci yüzillik dinlərin savaş əsridir. Bu savaşdan qalib çıxmaq üçün daha ayıq-sayıq olmağın lazım gəlmirmi?

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 855
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30