Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    AKP günahından yayınır
    Azərbaycanda isə bayraqların müxtəlif yerlərdən yığışdırılması qanunun tələblərindən irəli gəlir

    Türkiyədə hakimiyyətdə olan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yürütdüyü siyasətə qarşı narazılıqlar günbəgün artır. Artıq Türkiyədə əksəriyyət bu qənaətdədir ki, növbəti seçkilər AKP iqtidarının fiaskosu ilə nəticələnəcək. Türk qanına susamış PKK terrorçularına qarşı qondarma bir "demokratik açılış" planı, ardınca da Ermənistanla sərhədlərin açılmasını nəzərdə tutan protokollara imza atılması ölkə daxilində AKP hökumətinin nüfuzunu heçə endirib. Xüsusən də Türkiyə ilə Ermənistan arasında Bursada keçirilən futbol oyunu zamanı Azərbaycan bayrağına qarşı yaşanan biabırçılıq AKP iqtidarının reytinqinə güclü zərbə vurub.

    Belə ki, ermənilərə xoş gəlmək üçün stadiona Azərbaycan bayraqlarını buraxmayan Ərdoğan hökuməti dünya futbol tarixində görünməmiş bir addım atdı. Yəqin ki, əksəriyyət Türkiyənin əksər telekanallarında zibil qutusuna atılan Azərbaycan bayrağını gördü. Bunun ardınca isə son günlər Türkiyə mətbuatında (daha dəqiq desək, AKP iqtidarına yaxınlığı ilə seçilən mətbu orqanlarda- müəl.) Azərbaycanda da guya Türkiyə bayrağına qarşı analoji addımlar atıldığı, Türkiyə bayraqlarının müəyyən yerlərdən götürüldüyü barədə məlumatlar yer alıb. AKP "mirzə"lərinin diqqətinə çatdırmaq istəyirik ki, dünyanın istənilən bir ölkəsində başqa bir dövlətə məxsus bayraq qanunvericiliyə uyğun yerdə asılır. Türkiyəyə məxsus bayraqların endirilməsi də "Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" qanunun yerinə yetirilməsi ilə əlaqədardır. Məhz bu qanunun qəbulundan sonra yerli və mərkəzi icra hakimiyyəti orqanlarına qanunun yerinə yetirilməsi üçün müxtəlif yerlərdə bu tələblərə uyğun olmadan asılmış bayraqların siyahısının hazırlanması barədə tapşırıq verilib. Adıçəkilən qanunda göstərilib ki, Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq aşağıdakı yerlərdə qaldırıla bilər: xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binaları üzərində, habelə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinin iqamətgahları, eləcə də xarici dövlətin və ya beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfəri zamanı protokol qaydalarına uyğun müəyyən edilmiş yerlərdə. Qanunda həmçinin Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının yerləşdirildiyi yerlər də müəyyən olunub: xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin iş otaqları, Azərbaycana səfər edən xarici dövlətin dövlət və ya hökumət başçısının, dövlət nümayəndə heyəti rəhbərinin, beynəlxalq təşkilatın nümayəndə heyəti rəhbərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin nəqliyyat vasitələri üzərində. Eyni zamanda qanunda ölkəmizdə xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsinə dair məhdudiyyətlər də əks olunub.
    Beləliklə, Azərbaycan özünün qəbul etdiyi qanunlara uyğun olaraq bu addımı atıb. Yəni Azərbaycan hökumətini bayraq məsələsinə görə ittiham etmək qərəzdən başqa bir şey deyil. AKP iqtidarını mədh edənlərə isə sadəcə bildirmək istərdik ki, Türkiyə-Ermənistan futbol oyunu zamanı zibilliyə atılan Azərbaycan bayrağı ilə bağlı kadrlara diqqətlə baxsınlar. Azərbaycan xalqı hər zaman qanı bir, canı bir türk xalqı ilə həmrəy olub. Sadə bir misal. Türkiyənin futbol üzrə dünya çempionatında əldə etdiyi qələbələrin Azərbaycanda necə bayram və sevinclə qarşılanmalarını yada salsalar yaxşı olar.
    Yeri gəlmişkən, həmin şəxslərə Türkiyənin 9-ci prezidenti Süleyman Dəmirəlin cavabı da tutarlıdır. Dünən paytaxt Ankarada rəsm qalareyasının açılışında iştirak edən S.Dəmirəl "millətlər arasında küsülülük olmaz" deyib. Açılışda bir jurnalistin: "Türkiyə ilə Azərbaycan iki dövlət, tək millət idi, bunda bir dəyişiklik olacaqmı" sualına cavab verən Dəmirəl bu sıxıntıların müvəqqəti olduğunu bildirib: "Yenə də iki dövlət, bir millətdir. Bugünkü sıxıntılar keçəcək. Xalqlar, millətlər, dövlətlər arasında küsülülük olmaz. Qardaşlar arasında belə bəzən inciklik, mübahisə olur. Amma küsmək olmaz. Siyasətdə də küsülülük olmaz!"
    Ölkənin nüfuzlu "Sabah" qəzetində isə Nazlı İlıcaq adlı köşə yazarının "Qəzzadan Xocalıya" başlıqlı məqaləsində AKP iqtidarının apardığı siyasət kəskin tənqid olunub. "Azərbaycana qarşı nə qədər haqsızlıq həyata keçirildiyi göz qabağındadır. Ermənistan rəsmən Azərbaycan torpaqlarını işğal edib oradan çıxmır" - deyə məqalədə qeyd edilib. Məqalədə Qarabağın tarixən Azərbaycan torpağı olduğu və rus imperiyasının orada erməniləri yerləşdirdiyi tarixi faktlarla vurğulanıb. "Azəri türkləri Qarabağda böyük acılar yaşamışlar. Xocalı qətliamını kim unuda bilər?" - deyə müəllif vurğulayıb. Daha sonra isə üzünü AKP rəhbərliyinə tutan müəllif "Xocalıda hamilə qadınların qarnını yırtan Serj Sarkisyanla bu gün protokollara imza atırsınız" yazıb. "Ərdoğanın yaddaşı çox güclüdür və Qəzzada baş verənləri xırdalığına kimi bilir. Bəs Xocalı soyqırımı niyə onun yadından çıxıb? Ana qucağında öldürülən uşaqlar onun yaddaşından silinibmi?" - deyə məqalədə qeyd olunub. Qeyd edək ki, Türkiyə qəzetlərinin əksər köşə yazarları da AKP iqtidarını türk xalqının iradəsinin əksinə olaraq Ermənistanla dost və qardaşlıq siyasəti aparmaqda günahlandırıb.
    Məsələ ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, ölkəmizin mövqeyi birmənalıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, Türkiyə 1993-cü ildə Ermənistanla sərhədlərini Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına və Azərbaycana qarşı həyata keçirilən təcavüzə etiraz əlaməti olaraq bağlayıb. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, məsələ ilə bağlı Türkiyə Respublikasının yüksək rəsmilərinin, həmçinin baş nazir Rəcəb Tayyib Ərdoğanın çoxsaylı açıqlamalarına, xüsusilə də onun 14 may 2009-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisində "Türkiyə Ermənistan ilə sərhədləri Azərbaycan torpaqları işğaldan azad olunandan sonra açıla bilər" bəyanatına əməl edəcəyinə ümid edir.
    Dəfələrlə qeyd edildiyi kimi, hər bir dövlətin digər dövlətlərlə münasibətlərini müəyyənləşdirməsi prinsip etibarilə onun suveren hüququdur. Lakin Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmayana qədər Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması Azərbaycanın milli maraqları ilə birbaşa ziddiyyət təşkil edir və Azərbaycan ilə Türkiyə arasında tarixi köklərə söykənən qardaşlıq münasibətlərinin ruhuna kölgə salır. Regionda bütün sərhədlərin və kommunikasiyaların açılmasının vacibliyini nəzərə alaraq Azərbaycan hesab edir ki, birtərəfli qaydada Türkiyə-Ermənistan sərhədlərinin açılması regional sülh və təhlükəsizlik arxitekturasını sual altına qoyacaq.
    Ən maraqlısı odur ki, AKP iqtidarının ermənilərin ayağına düşməsinə baxmayaraq, rəsmi Yerevan yenə də qondarma soyqırımını qabardır. Elə dünən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan Türkiyə ilə imzalanmış protokolların ratifikasiyasında çətinliklər olduğunu deyib. "Tert.am" saytının yaydığı xəbərə görə, nazir müavini Ermənistanın diasporla müəyyən problemlər yaşadığını vurğulayıb: "Diaspor Ermənistanın Türkiyə ilə münasibətlərinin yoxluğuna alışmışdı. Yenilik mentalitetin dəyişməsi anlamına gəlir. Ancaq bu dəyişiklik heç də soyqırımını şübhə altına almaq və onun dünya miqyasında tanınması istiqamətində addımların olmayacağı demək deyil". Ermənilərin yarıdan çoxu həm də Türkiyə ilə münasibətlərin normallaşdırılmasının əleyhinədir. Bu nəticəyə erməni Sosiologiya Assosiasiyasının keçirdiyi sorğudan sonra gəlinib. Məlum olub ki, 5 gün ərzində 1000 nəfər arasında keçirilən rəy sorğusunda iştirak edənlərin 52 faizi bunun əleyhinədir. 41 faiz əhali hazırkı vəziyyətin qorunmalı olduğunu istəyir. Rəyi soruşulanların 9 faizi isə cavab verməkdə çətinlik çəkib. Türklərin isə 52-54 faizi münasibətlərin normallaşdırılmasının əleyhinədir.
    Yeri gəlmişkən, Ermənistanla sərhədlərin açılmasına etiraz edən Türkiyə müxalifəti AKP iqtidarının yürütdüyü səhv siyasəti kəskin tənqid etməkdə davam edir. Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Ankara-Yerevan protokolunun Azərbaycanı küsdürdüyünü bildirib. Onun sözlərinə görə, Türkiyə protokolları imzalamaqla Azərbaycanı aldadıb. "Təəssüf olsun ki, Ermənistanı qazanmaq üçün AKP Azərbaycanla olan əlaqələrimizi uçuruma aparıb" - deyə o qeyd edib. Bağçalı onu da deyib ki, Bursada Ermənistan-Türkiyə matçında Azərbaycan bayrağının qadağan edilməsi AKP-nin düşüncəsinin məhsuludur. O bildirib ki, Türkiyə yalnız AKP-dən ibarət deyil və bu hakimiyyət bu gün var, amma sabah olmaya bilər: "AKP-nin etdiyi səhvlər Azərbaycan-Türkiyə əlaqələrinə xələl yetirməməlidir. Türkiyənin Ermənistanla imzaladığı protokolların keyfiyyəti bu gün iqtidarı əlində tutan Ədalət və İnkişaf Partiyasına (AKP) aiddir. Bu, bütövlükdə türk millətinin iradəsini və duyğularını əks etdirmir. Türkiyə və türk ictimaiyyəti AKP düşüncəsindən və kadrlarından ibarət deyil. Onların etdikləri səhvlər millətimizin gələcək əlaqələrini və dostluğunu pozmamalıdır. Türk milləti Azərbaycan türklüyünün yanındadır. Türkiyə Qarabağ məsələsində Azərbaycanı müdafiə edib, Azərbaycan bayrağını bağrına basıb və dalğalandırıb. Bu etibarla əcdadımızın yadigarı olan qırmızı bayrağımıza hörmət edilməsi hamımızın arzusu və borcudur.
    Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal isə partiyasının keçirdiyi toplantıda Türkiyənin Azərbaycan ilə hesablaşmalı olduğunu bildirib. Məlumatı Türkiyənin "CNN Türk" telekanalı yayıb. "Dünya Azərbaycan ilə hesablaşmasa da, Türkiyə Azərbaycan ilə hesablaşmalıdır" - deyə Baykal vurğulayıb. Baykal həmçinin qeyd edib ki, onun partiyası Türkiyə hakimiyyətini Ermənistan ilə protokolları imzalamamağa çağırsa da, onların sözü ciddi qəbul edilməyib. Onun sözlərinə görə, baş verən proses Azərbaycanı Türkiyədən uzaqlaşdırmağa xidmət edir: "PKK terrorçuları təslim olan zaman öz bayraqları ilə sərhədi keçdilər, lakin təssüflər olsun ki, Azərbaycan bayraqları Türkiyə-Ermənistan futbol matçına buraxılmadı. Hakimiyyətin gücü PKK-ya deyil, Azərbaycana çatır". CXP lideri qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərində də acı səhnə yaşanmaqdadır. "Mənə elə bir ölkə göstərin ki, qardaşları müharibə yaşayarkən, öldürülərkən onlar düşmənin əlini sıxsınlar". Baykalın sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri Türkiyə hakimiyyətinin səhvinə qurban gedə bilməz.
    D.Baykal Azərbaycanla münasibətlərdə nəzakət qaydalarının pozulmasından daha ciddi problemlərin ortaya çıxdığını deyib: "Bu məsələdə kim haqlıdır-kim haqsızdır, bunu görürəm. Türkiyə hökuməti Ermənistanla sərhədlərin açılması prosesini yanlış idarə edib, Türkiyəni daha ağır problemlə üz-üzə qoyub. Bəzilərini xoşbəxt edəcəyik deyə, çox ciddi sıxıntılar ortaya çıxdı. Çoxdan deyirdik ki, belə etməyin, bu, Azərbaycanı küsdürəcək. Bəziləri Ermənistanı görür. Sən Azərbaycanı görməzliyə vura bilməzsən, sən Azərbaycanı görəcəksən! Xəbərdarlıqlarımıza etibar edilmədi".
    D.Baykal Türkiyənin Ermənistanla imzaladığı protokolların Böyük Millət Məclisinə çıxarılmamasını da istəyib.
    Elə həmin partiyadan olan millət vəkili Canan Arıtman isə prezident Abdulla Gül və baş nazir Ərdoğana xitabən: "Bundan sonra hər hansı bir sərhəd açılması təşəbbüsü ilə çıxış etməyin, əks halda ABŞ və AB-dəki dostlarınız belə sizi qurtara bilməyəcək" sözlərini işlədib. "Erməni planı ilə küncə sıxılmış Ermənistanı qurtardınız. Kürd planı ilə küncə sıxılmış PKK terrorçularını qurtarırsınız. Kipr planınızla isə Kipr Türk dövlətini yox edirsiniz" - deyə millət vəkili vurğulayıb.


    Azər NURİYEV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 747
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30