Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mənəviyyatın aşınması
    Deyilənlərə görə sovetlər zamanı iki güclü idarəetmə piramidası varmış. Aşkar piramida partiya piramidası idi. Gizli piramida partiya piramidasının nəzarətində olan “oğrular dünyasının” piramidası idi. SSRİ dağılandan sonra təbii olaraq partiya piramidası da dağıldı. Real hakimiyyət aşkar və qeyri aşkar şəkildə gizli piramidanın əlinə keçdi.
    Bu fikirlər bir fərziyyə olsa belə, SSRİ - nin dağılması həm bu məkanı, həm də dünyanı xeyli kriminallaşdırdı. Dünyanın iqtisadi resursunun xeyli hissəsini özündə cəmləşdirən bir ərazidə nizamlı quruluşun dağılması, daxili və xarici kriminal qüvvələrin fəaliyyəti üçün əlverişli şərait yaratdı. Ara qarışıb, məzhəb itdiyi zaman müəssisələrdən, zavodlardan, hətta muzeylərdən çox şeylər oğurlandı. Sahibsiz ictimai  mülkiyyət az saylı “zirək” adamların əlinə keçdi. SSRİ dövründə əli rüşvətə dəyməyən adamların çoxu rüşvət gölünün içərisindədir.

    Bu səbəbdən də MDB məkanında qısa müddət ərzində böyük sərvət toplamaq mümkün oldu. Postsovet məkanında bu şəraitdən müxtəlif ölkələr müxtəlif cür istifadə etdilər. SSRİ-nin süqutundan istifadə edərək bəzi ölkələr ictimai gələcəyi, bəziləri isə cari günləri hədəfə götürdülər. Bir tərəfdən qanunların zəifləməsi, digər tərəfdən isə xaricə sərbəst çıxışın yaranması var-dövləti milyardlarla ölçülən, bəzi halda isə dövlət büdcələrindən belə çox olan insanların meydana gəlməsinə səbəb oldu. Beləliklə, “yeni ruslar”, “yeni gürcülər”, “yeni azərbaycanlılar” (və bunun kimi) adlı təbəqələr cəmiyyətin üst qatına daxil oldular.
    Dövrün arzuolunmaz səciyyəsi çoxdur. İstənilən güclü dövlət özündən zəiflə münasibətdə ikili standartlardan istifadə edir və proseslərdə üçüncü subyekt kimi çıxış edir. Silah mafiyası süni müharibələrin yaradılmasında maraqlıdır. Dərman mafiyası çox-çox effektli və ucuz dərmanların istehsalını və tətbiqini əngəlləyir...
    Bütün dünyada kriminal keçmişli insanların hakimiyyətə gəlmə ehtimalı getdikcə artır. Hər ölkənin öz B. Berezovskiləri var. Onlar əvvəlcə böyük dövləti post tuturlar, sonra da var toplayaraq xaricə qaçırlar.  
    XX və XXI əsrin arzuolunmaz səciyyəvi cəhətlərindən biri də iqtisadiyyat ilə mədəniyyət arasındakı harmoniyanın pozulmasıdır.
    Keçən əsrin əvvəllərində Nobel mükafatı almaq həm elmi, həm iqtisadi, həm də şöhrət baxımından əl çatmaz bir zirvə idi. Bu mükafata ildə cəmi 15 - 20 nəfər layiq görülürdü və o zamanlar üçün böyük məbləğ sayılan milyon dollar məbləğində pulla mükafatlandırılırdılar. Onlar həm də öz şərəf və ləyaqətini yüksək tutan, nümunəvi əxlaq və mənəviyyat normalarının daşıyıcıları idilər. Nobel mükafatı almaq üçün dahi olmalı və heç kəsin gedə bilmədiyi çətin elm və həyat yolu ilə getməyi bacarmalıydın. Onların həm professional qabiliyyəti, həm də şəxsi keyfiyyətləri örnək idi. Pozitiv düşüncə tərzinə malik bu insanlar bəşəriyyətin elitar təbəqəsi, intellektual və yaradıcı insanların arasında populyar idilər. Onlar bəşəri mənafeləri şəxsi mənafelərdən üstün tuturdular. Hər bir kəs özlərini bu insanlara oxşatmaq istəyirdi.
    Yüngül həyat tərzi bu insanlara yad idi. Bir məşhur lətifədə söylənilir ki, çox gözəl bir kinoulduz Albert Eynşteynə məktub yazır və onunla ailə qurmağı təklif edir. Xanım məramını belə əsaslandırır ki, bizim övladımız ağılda sizə, gözəllikdə mənə oxşasa, dünyanın ən xoşbəxt insanlarından biri olar. A. Eynşteyn xanımın təklifini rədd edərək cavab məktubunda yazır ki, qorxuram ki, bizim övladımız ağılda sənə, gözəllikdə mənə oxşayıb, dünyanın ən bədbəxt insanı olsun.
    Dünyanın inkişaf istiqamətlərindən görünür ki, bəşəriyyətin min illər ərzində topladığı mənəvi dəyərlər tədricən aşınmaqdadır. Buna səbəb bir tərəfdən texniki tərəqqi, digər tərəfdən isə mədəni sferadakı qiqantomaniyadır. Texniki tərəqqi son əsri,  əvvəlki əsrlərdən çox fərqli etmişdi. Əmək çox avtomatlaşmışdır. ABŞ kimi dövlətlərdə 168 saat həftəlik vaxt resursunun cəmi 40 saatı haqqı ödənilən işin, 128 saat isə asudə vaxtın payına düşür. Sonuncunun da çox hissəsi istirahət üçün istifadə edilir. Kinonun, televiziya kanallarının geniş yayılması, 100 minlik tutumlu stadionları və konsert salonları, milyon tirajla audio, video kasetlərin satışı, mədəniyyətin bir çox sahələrini, bəzi əyləncə növlərini xeyli kütləviləşdirmişdi. Bazar iqtisadiyyatı şəraitində böyük tutumlu stadionların, konsert salonlarının inşasında iqtisadi maraq digər maraqları çox-çox üstələyir. Bu qiqant stadionları, salonları il ərzində fasiləsiz olaraq insanlarla doldurmaqdan ötəri menecerlər tarix boyu zərrə-zərrə toplanmış mədəni dəyərləri yavaş-yavaş qurban verirlər. “Pul hər şeyi edir” - deyənlər, pul üçün hər şey edirlər. Kütləni cəlb etmək üçün mənəvi, əxlaqi və etik normalara zidd (zorakılıq, şərəfsizlik, həyasızlıq, sırtıqlıq, alkoqolizm və narkomaniya, qorxu və sözə xəyanət, binamusluq) vulqar nömrələr, səhnələr kütləyə tədricən yedizdirilir. Toflerin “moruq cemi” qanununa görə: “mədəniyyət moruq cemli yaxmac kimidir. Nə qədər enli yaysan, qalınlıq bir o qədər az olar”. Mədəniyyətin kütləviləşməsi  onu nazildərək keyfiyyətsizləşdirir.
     “Düşüncə Tərzi” kitabımda (Bakı, 2008)  belə bir fikirdən istifadə edilmişdi: “Yaxşı vərdişlər çətinliklə əldə olunur, ancaq onlarla yaşamaq asandır. Pis vərdişlər, əksinə asan öyrənilir, ancaq onlarla yaşamaq çətindir”. Tarix boyu çətinliklə əldə olunmuş yaxşı vərdişlərin yerini asan öyrənilən pis vərdişlər tutur. Populyar kinoaktrisanın, futbolçunun, boksçunun qazancı ildə milyon dollarladır. Fərdi qabiliyyəti (səsi, xarici gözəlliyi, idmançılığı və s.) həmkarlarından yüksək olan belə istedadlar Nobel mükafatı laureatlarından fərqli olaraq, cəmiyyətin istənilən təbəqəsindən çıxa bildiyindən onların sayı onlarla yox, minlərlədir. Bu istedadlardan nə intellektual səviyyə, nə nümunəvi əxlaq, nə mənəviyyat, nə də pozitiv düşüncə tələb olunmur. Bu insanlar çox varlı yaşadıqlarına və medianın diqqət mərkəzində olduqlarına görə çox populyar olurlar. Bir çox gənclər özlərini bunlara oxşatmaq istəyirlər. Əgər məşhur bir kinoulduz ekstravaqantlıq edib  sıhnəyə göbəyi açıq çıxarsa, tezliklə minlərlə, milyonlarla fanatlar bunu dəb bilib şəhərdə göbəyi açıq gəzəcəklər. Onların professional fəaliyyəti, davranışı  və şəxsi keyfiyyətlərini kölgədə saxlayır. Belə insanlar öz düşüncələinə uyğun olaraq şəxsi maraqlarını digər maraqlardan üstün tuturlar və yüngül həyat tərzi şəraitində yaşamaq onları narahat etmir. Ancaq özləri üçün yaşayırlar və kütlənin taleyi onları az maraqlandırır. Onların həyatında “insan üçün olan hər nə varsa, mənə yad deyil” prinsipi üstünlük təşkil edir. Nədənsə imtina etmək, hər mənada oruc tutmaq, pəhrizkarlıq etmək bu insanların çoxuna yaddır. Nəticədə mənəviyyat sahəsində ilbəil aşınma baş verir. Hər sonrakı nəslin mədəni səviyyəsi əvvəlkindən az olur. Bu aşınmanı mənəviyyat qıtlığı fenomeni adlandırmaq olar. Son bir neçə yüz ildir ki, bu aşınma davam edir. Tomas Mannın “Həyat və mənəviyyat bölünməzdir” – fikrinə rəğmən indi həyatın mənəviyyat komponenti zaman keçdikcə azalır.
    Bəşəriyyətin aparıcı hissəsinin diqqəti ancaq iqtisadi qüdrətin artmasına yönəlib. Həyatın digər vacib komponenti- mənəviyyat komponenti diqqətdən kənarda qalıb. Səmavi kitabların xəbərdarlıqlarına məhəl qoyulmur. Minlərlə peyğəmbərlər və zəkalı insanlar tərəfindən tarix boyu yığılmış mədəni dəyərlər hiss olunacaq dərəcədə əriməkdədir. Bu fenomenin varlığı ona görə az hiss olunur ki, insan ömrü çox qısadır. Əgər insan 150-200 il ömür sürsəydi, şübhəsiz bu mənəviyyat qıtlığı fenomenini hiss edərdi və ona qarşı ciddi mübarizə aparardı.  
    Hesab etmək olar ki, “ata-oğul” konflikti kimi tanınan  konflikt, iki nəsil arasında yaranmış mənəviyyat qıtlığı fenomeninin nəticəsidir. Bu fikri isbat etmək üçün Qərb ədəbiyyatından (L.A.Hill  “Anecdotes in American English” N-Y, 1980 ) bir lətifə ilə həşiyyə çıxmaq istərdim:
    “Kifayyət qədər qoca olan gentilemen muasir təhsilin səviyyəsindən  narazlıq edir və fikirləşir ki,  müasir  təhsil gənclərə duz ilə səhv arasında seçim etməyi öyrədə bilmir.
    Günlərin birində o, öz evinin yanındakı parkda gəzərkən bir neçə  yeniyetmənin balaca bir pişiyin ətrafında oynadığını görür. Qoca kişi oğlanlar tərəfə gedir və nə baş verdiyini soruşur. Oğlanlardan biri deyir: “ biz yalan danışmaqla yarışırıq. Kim böyük  yalan danışa bilsə, pişik ona çatacaqdır”.
    Qoca gentlemen fikirləşir ki, bu əla  imkandır ki,  gənclərə lazımı dərs verim və deyir: “Mən həyatım boyu bir dəfə də olsun yalan danışmamışam” . Oğlanların hamısı birdən qəh-qəhə çəkərək bir səslə: “Siz uddunuz. Pişik sizə çatacaq”.
    Nəsillər arasında düşüncə tərzinin fərqi bu lətifədən kifayyət qədər aydın görünür.
    Bəşəriyyət varlana- varlana uçuruma tərəf yuvarlanmaqdadır. Bir Qərb filosofu: “Axırıncı çay zəhərlənəndə, axırıncı ağac kəsiləndə, axırıncı balıq tutulanda, insanlar başa düşəcəklər ki, pulu yemək olmur”- kimi müdrik bir fikir söyləyib. Qrenlandiya buzlaqları əriyəndə bəşəriyyət hansı təhlükə ilə qarşılaşacaqsa, tarixi mənəvi dəyərlər əridikcə də, biz də bənzər tale ilə qarşılaşacağıq.
    Bəzi Şərq ölkələrin gender problemində tutduğu sərt və konservativ mövqeyin kökündə mənəviyyat qıtlığı fenomeninə qarşı etiraz durduğunu güman etmək olar. Bunu özünümüdafiə instinktinin nəticəsi də hesab etmək olar.
    Bütün səmavi dinlər insanlara ədəb və yaşayış qaydaları öyrətmək məqsədi ilə nazil olunub. Bizim müqəddəs kitabımız Qurani-Kərimdə qeyd olunan bir çox xalq və tayfaların kökünün kəsilməsi məhz mənəviyyat qıtlığı fenomeni ilə bağlıdır. Belə ki, Tövbə surəsinin 70-ci ayəsində deyilir: “Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin və Mötəfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib çatmadımı”?
    Mənəviyyat və iqtisadiyyat bəşər övladının həyat vektorunun iki toplananıdır. Min illər ərzində bu toplananlar harmoniyada olanda insan şərəfli və xoşbəxt ömür yaşayır. Son yüz illər ərzində müşahidə olunan iqtisadiyyat vektorunun artımı, mənəviyyat vektorunun azalması ona gətirib çıxarıbdır ki, əgər belə demək mümkündürsə “it saxlamaq, övlad saxlamaqdan” üstün tutulur. Həyat prioritetləri  sürətlə dəyişdiyi çağdaş dövrdə harmoniyanı qoruyan millətlər ümummilli ekrana intellektuallarını - alimini, mühəndisini, fikir adamlarını, din xadimlərini, qoruya bilməyənlər isə müğənnisini, gözəlçəsini çıxarırlar. Dövrün duyulan səciyyəvi xüsusiyyətinin biri də ondan ibarətdir ki, ədəb və əxlaq qaydaları iqtisadiyyatın xeyrinə əriyir. Belə getsə “qapını döyməyə” və ya “işığı söndürməyə” ehtiyac olmayacaqdır. İslamşünas alimlərə görə ”insan əxlaqında pis əməllər –it məqamında, elmi fəaliyyət isə mələklər məqamında qərar tutur”. Bəşər övladının mələklər məqamından it məqamına yenmək təhlükəsi vardı. Bu da mədəniyyətin, həm də sivilizasiyanın sonu deməkdir. Söhbət bir qövmün sonundan yox, söhbət bəşəriyyətin sonundan gedir. Əgər qədimdə bir qövmü məhv etmək üçün Allah milçəkdən, qızmış daş yağışından istifadə edirdisə, indi “Atom bombasından” istifadə etmək Allaha zor gəlməz. Məlumatlara görə, anbarlarda olan bu silahların gücü yer boyda 4 planeti dağıda bilər.
    İslam mədəniyyətinin banilərindən biri olan Həzrəti Əli (r) 14 əsr bundan qabaq uzaqgörənliklə söyləyib: “Bir zaman gələr ki, adamlar arasında şər işlər qeyri –şər işlərə qələbə çalar. Haram olan şeylərin haramlığına riayət edilməz; zina aşkarda edilər, yetimlərin malın yemək halal hesab olunar. O zaman riba yemək adi bir şey olar; tərəzidə kəsmək geniş intişar edər, içki-üzüm suyu adı ilə, rüşvət vermək və almaq - hədiyyə adı ilə halal edilər. Kişilər özlərini qadınlara, qadınlar isə özlərini kişilərə oxşadarlar. Allahın evinə (Kəbəyə) həccə getməyi Allah xətrinə yox, başqa məqsədlərdən ötəri ticarət, dünya mənfəəti üçün edərlər”.
    Həzrəti Əlinin 1400 il bundan qabaq dedikləri bizə əminliklə belə bir fikir yürütməyə əsas verir ki, bəşəriyyət düz yolla inkişaf etmir. Təbiəti insan özbaşınalığından qorumaq üçün bir çox ərazilər qoruq elan olunur və qanunla qorunur. Görünür, Adəm, İbrahim, Süleyman, Musa, İsa, Məhəmməd peyğəmbər və minlərlə digər peyğəmbərlərin, bəşəriyyətin digər müdrik insanlarının min illər ərzində yaratdığı mənəvi sərvətlərin aşınmasının qarşısını almaq üçün mədəniyyət sferasının da dünya birliyi və onun BMT kimi iri təmsilçi təşkilatı tərəfindən QORUQ elan olunmasına böyük ehtiyac duyulur. Bu, dünya həyatında harmoniyanın bərpası üçün lazımdır.


    Şahlar Əsgərov,
    əməkdar elm xadimi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 783
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30