Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    A.İsmiyev: “Yaxın 5-6 ildə biz Türkiyədən də qabağa gedəcəyik”
    Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev müsahibə verib.

    - Aydın müəllim, bir müddət əvvəl rəhbərlik etdiyiniz qurum Azərbaycanda turizm sahəsinin hazırkı durumu ilə bağlı monitorinq həyata keçirirdi. Nəticələr nə deyir?

    - Ölkənin turizm regionlarına ümumi bir baxış həyata keçirdik. Əvvəlcə Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbəblə, Şəki, Zaqatala və Balakən ərazilərinə, daha sonra isə Masallı, Lənkəran, Lerik və Astara zonasında monitorinqlər apardıq. Müşahidələr zamanı, ümumi götürdükdə, sırf otellərdən başlasaq, hazırkı mövsümdə onların 70-80% dolu idi. Monitorinq zamanı, əvvəlki illərdən fərqli olaraq artıq ölkənin turizm sahəsində müxtəliflik də diqqəti çəkir. Yəni, otellər var ki, onlar yüksək səviyyədə xidməti və buna uyğun tənzimlənmiş qiyməti var. Eyni zamanda belə otellərlə yanaşı, həm də artıq az təminatlı insanlar üçün, uyğun səviyyəli və qiymətləri münasib otellər də fəaliyyətə başlayıb. Hətta onların sayı turzim regionlarında durmadan artır. Belə otellərdə qiymətlər adambaşı 20-50 manat arasında dəyişir. Artıq müşahidələr göstərir ki, turizmlə bağlı ölkədəki vəziyyət 4-5 il əvvəlki kimi deyil, müsbətə doğru kifayət qədər dəyişiklik var. Bu həm regionların özünün inkişafı, həm də artıq sərmayəçilərin Azərbaycanda turizmə olan marağının artması ilə əlaqədardır. Bir neçə ilə əvvəl insanlar istirahət üçün regionlara üz tutmurdular və bundan irəli gələrək də o bölgələrdə turizmə səhm yatıran yox idi. Amma, artıq bütün regionlara, xüsusilə də adını çəkdiyim ərazilərə kifayət qədər həm yerli, həm də xarici turistlər gəlir. İstirahət etmək üçün də ərazilərdən asılı olaraq müxtəlif yerlər və qiymətlər var. Bu müxtəlifliyin özü turizmin geniş inkişafında müstəsna rol oynayır. Yəni, qeyd olunan turizm regionlarımızda 15-20 manatlıq yerlər də var, 180-200 manatlıq yerlər də. Bu daha çox turistin gəlməsinə və dolayısı ilə regionların potensialının artmasına gətirib çıxarır. Bu bazar iqtisadiyyatına da uyğun bir haldır. Lakin, buna baxmayaraq, müşahidələr nəticəsində şahid olduq ki, bu il ümumi halda qiymətlər nisbətən aşağı enib. Bu daha çox otellərin sayının artmasından irəli gəlir. Otellər artıdıqca, rəqabat nəticəsində qiymətlərdə enmə müşahidə olunur.



    - Nazirlik turizm sahəsində xidməti qiymətlərin tənzimlənməsi ilə bağlı hansı addımları atır?

    - Bizim burada yeganə səlahiyyətimiz tövsiyyə xarakterlidir. Biz bununla əlaqədar bütün otellərin hamısında olmuşuq və onların rəhbərliyi ilə söhbət edərək tövsiyyələrimizi vermişik. Tövsiyyələr son bir ayda öz nəticəsini göstərib. Lakin, nəzərə almaq lazımdır ki, bu otel sahibləri özəl fəaliyyət göstərən sahibkardırlar. Onlar tam şəkildə bizə iddia edirlər ki, əgər obyektimizə təlabat varsa nə üçün qiymətləri sabit saxlayaq? Əlbəttə, əgər hansısa oteldə boş yerlər olacaqsa, yerləri doldurmaq üçün onlar dərhal qiymətləri də endirəcəklər. Bunlar sırf özəl sektor olduğu üçün biz də onlara təsiri edib nəsə dəyişiklik yarada bilmirik.


    - Tələbat var deyə, istənilən həddə kimi qiymətlər qalxa bilər?

    - Bu heç mümkün də deyil. Bunu mən monitorinq zamanı da müşahidə etdim. Əslində, indiki halda mən tam əminliklə deyirəm ki, Azərbaycanda o qədər də şişirdilən formada yüksək qiymətli otellər yoxdur. Bəzən istirahət regionlarımızdakı obyektlərin qiymətlərini müqayisəli şəkildə Türkiyədəki turizm obyektlərindəki qiymətlərdən baha olduğunu iddia edirlər. Bilmirəm bu müqayisəli nəticəni kim ortaya atır. Əslində bu belə deyil. Mən bunu əyani göstərə də bilərəm. Azərbaycanın şimal zonasında, məsələn elə Nabran qəsəbəsində normal səviyyədə, gündə üç dəfəlik yemək və s. 40 manatdır. Məgər Bakıdan gedən hansısa şəxs üçün Türkiyənin turizm şəhərlərində bir nəfərə bundan ucuz başa gəlir? Bilirsiz, nəyi nə ilə müqayisə etməyə də fikir vermək lazımdır. Türkiyənin təkcə Antaliya ərazisində 1500-ə qədər otel var, amma ümumi Azərbaycanda cəmi 500-ə qədər otel var. Türkiyədə 1968-ci ildən turizm inkişaf etməyə başlayıb, bizdə isə 2001-ci ildən bu sahədə ciddi işlər görülür. Yenə də, istənilən halda əlbəttə ki, 40 il turizmin olduğu Antaliyadakı təcrübə ilə, heç 10 ili tamam olmayan milli  turzimin inkişafı arasında fərq olmalıdır. Türkiyədə indiki vəziyyətə gəlmək üçün 20-30 illik yol keçilib. Lakin, mənim qənaətimə görə, bizdə bu qədər müddət lazım olmayacaq. Mən əminəm ki, yaxın 5-6 ildə biz turizm sahəsində Türkiyə kimi ölkələrdən də qabağa gedəcəyik.
    Türkiyədə neçə ildir bir neçə turizm institutları, tədris mərkəzləri var. Bizdə isə Turizm İnstitutu ilk dəfə 2006-cı ildə yarandı. Artıq bu il biz kadr hazırlığı ilə bağlı ilk məzunları buraxdıq. Müəyyən vaxt çərçivəsində əlbəttə ki, biz bu kadr istiqamətində hazırlığı genişləndirəcəyik. Turizm sahəsi elə sahələrdəndir ki, ona böyük miqdarda maliyyə və vaxt lazımdır.


    - Azərbaycanda hazırda bahalı beş ulduzlu otellər var. Sizcə onlara verilən ulduzlar xidmət səviyyələri ilə üst-üstə düşür?

    - Bizdə adətən otellərə elitar səviyyə üçün verilən ulduzlar xidmətə görə verilmir. Onların öz standartlarına görə verilir. Burada bir çox parametrlər var. Bura aiddir həmin otellərin xidməti avadanlıqları və aksesuarlarının bahalılığı və s. Məhz bunlara görə otellərdə ulduzların sayı artır. Xidmətə gəldikdə isə, bu artıq asılıdır oranı çalışdıran və çalışanların səviyyəsindən. Bu artıq maarifçilikdən irəli gəlir. Bunun üçün xüsusi təlim mərkəzləri lazımdır. Bizdə hələki bir Turzim İnstitutu var. Artıq nəzərdə tutulub ki, Türkiyənin Turizm Nazirliyinin köməyi ilə hər il ölkə üzrə turizm infrastrukturunda çalışanlardan 100-120 nəfər üçün trenninq kurslar təşkil edilsin. Əlbəttə, 120 nəfər bütün ölkə üzrə çox az rəqəmdir, bununla iş düzəlmir. Kurslar da maksimum 10 gün olur. Yəni, bu problemin həlli üçün Azərbaycanda turizm üzrə böyük peşə məktəbləri şəbəkəsi lazımdır. Tərəfimizdən bu ildən etibarən artıq bu da nəzərdə tutulub. Bu yaxınlarda biz Təhsil Nazirliyi ilə birgə İsmayıllıda belə bir məktəb yaradacağıq və gələcəkdə də əlbəttə ki, müxtəlif regionlar üzrə bu şəbəkə genişlənəcək.


    - Yerli əhali arasında Bakıya gələn qonaqların əksəriyyəti az təminatlıdır. Onlar üçün şəhərdə aşağı ulduzlu otellər demək olar yoxdur. Bu problem nə vaxta kimi davam edəcək? Məsələn, bu il qəbul imtahanları ilə bağlı rayonlardan gələn insanlar arasında müvəqqəti məskunlaşmada kifayət qədər problemlər yaşandı?

    - Razıyam.Təəssüf ki, paytaxtımızda otellər ancaq bir istiqamətli artır. Bakıda hər dəfə istifadəyə verilən otel əsasən beş ulduzlu olur. Biz də dediyiniz kimi üç ulduzlu otellərin kasadlığını hiss edirik. Əslində, turizm potensilanın inkişafında  bu kimi otellər vacibdir. Çünki, turistlər arasında əsasən az təminatlı insanlar çoxluq təşkil edir. Bizim neçə vaxtdır hazırladığımız gələcək planlarımız da bunu təşkil edir ki, üç ulduzlu otellərin sayı artsın. Amma, onu da unutmayaq ki, biz konkret otel tikmirik. Bunları xarici və yerli iş adamları həyata keçirir. Buna baxmayaraq, həmin iş adamları ilə olan gorüşlərimizdə və əməkdaşlığımızda çalışacağıq bu sahəyə üstünlük verilsin. Əsasən də xarici sahibkarları buna inandırmaq lazımdır. Çünki, say etibarın nəzər alsaq, hazırda ölkədə elə orta təbəqəli tursitlərə yaradılan xidmətdən daha çox mənfəət əldə olunur. İdarəmiz tərəfindən bununla bağlı planlar tərtib olunur və biz iş adamları ilə əməkdaşlıqda bunun həllinə nail olmağa çalışacağıq.


    - Ölkədə digər turizm sahələrinin inkişafında vəziyyət necədir? Məsələn, kənd turizm və s.

    - Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elə son iki ildə ən çox dəstəklənən də kənd yaşıl turizm növüdür. Azərbaycanda bu sahədə xeyli potensial imkanlar var. Artıq bu istiqamətdə müəyyən QHT-lərlə birlikdə bir sıra layihələr həyata keçirilir və keçiriləcək, rayonlar da bunun üçün evlər seçilib icarəsi də təşkil olunur. Bu əsasən Quba, Qusar, Xaçmaz və Masallı rayonlarında baş tutur. Yəni, bu regionlarda lazımı evlər seçilir və onun sahibi ilə müqavilə bağlanır. Layihə tərəfindən evin təmiri və digər məsələlər qaydaya salınaraq turistlərə icarəyə verilir. Eyni zamanda onun yanında ev sahibin məskunlaşması da təmin olunur. Ümumilikdə, bu sahənin inkişafı da cari il turistlərin Azərbaycana cəlb olunmasında xeyli rol oynadı. Bizim hazırkı təxmini təhlillərimizə görə, bu il gələn tursitlərin sayı ölkədən çıxanlardan nəzərə çarpacaq qədər çoxdur. Konkret rəqəmləri ilin sonunda çıxaracağıq. Amma, təxminən gələn turistlərin sayında 10-13% artım var. İlin sonuna kimi bu rəqəm arta da bilər. Bunun üçün turizmdə müxtəlif sahələri qaldırmaq lazımdır və hazırda da bizim işimiz bundan ibarətdir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 748
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30