Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Kürd layihəsi”
    Aşağıdakı məqalə Türkiyə prezidentinin İraqa son səfəri (23-24 mart 2009-cu il) zamanı Rusiya həftəliklərindən birində dərc olunub. Yazıda Azərbaycanın tarixi və bu günü ilə bağlı bir çox önəmli məqamların üzərinə işıq salınır.

    Türkiyə prezidenti Abdullah Gül İraqa səfər edərək, kürd separatçıları ilə mübarizə problemini və ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələsini müzakirə etdi. Bu, son 33 ildə Cümhuriyyət başçısının qonşu ölkəyə ilk rəsmi səfəri oldu. Ankara tarixi yaddan çıxarmayıb.
    Türkiyə kürd məsələsinə həmişə çox həssas reaksiya göstərib. Bu dəfə o, informasiya agentliklərinin yaydığı məlumatlara görə, kürd yaraqlıları ilə mübarizədə İraq tərəfinin səmərəli dəstəyini qazanmaq istəyir və Bağdaddan bu yöndə konkret addımlar gözləyir. Səbəbi isə belədir:

    ABŞ-ın yeni prezidenti Barak Obama 2010-cu ilin sonu üçün İraqdakı Amerika qüvvələrinin sayını azaltmaq planı barədə bəyanat verəndə, Ankara narahatlıq keçirdi. Məlumdur ki, Qərb müttəfiqlərinin buradakı hərbi qüvvələrini Əfqanıstana göndərmək nəzərdə tutulur. “İraq müqavimət hərəkatı” bu məqamdan istifadə edib əfqanlarla yanaşı İraqda “ikinci cəbhə” aça bilər. Əgər bu baş verərsə, hərbi qarşıdurmanın yenidən qızışması İraqı qəti şəkildə üç hissəyə – işğalçılara loyal yanaşan və kürdlərin yaşadığı şimal, sünnilərin məskunlaşdığı mərkəz və şiələrin nəzarətində olan cənub – parçalayacaq.
    Bununla əlaqədar Geopolitik Problemlər Akademiyasının prezidenti, general-polkovnik Leonid İvaşov deyir: Türkiyə Baş Qərargahı çoxdan bəri İraqdakı hadisə və proseslərin elə bir məcrada gedişindən narahatdır ki, Kürdüstan ABŞ-ın köməyilə müstəqil dövlət olmaq üçün real imkan qazanar.
    Doğrudan da, Qərbin köməyilə İraqın şimalında artıq iki aviasiya bazası da daxil olmaqla hərbi infrastruktur yaradılmışdır, kürd ordusu və polisi fəaliyyət göstərir. Və məsələ burasındadır ki, əgər İraqın parçalanması geopolitik fakta çevrilərsə, Yaxın Şərq regionunda (və təkcə orada yox!) hadisələr artıq “Stalin ssenarisi” üzrə inkişaf edə bilər. Təsadüfi deyil ki, bir çox dolayı əlamətlərə əsasən, Amerikanın “tədqiqat mərkəzləri”ndə İkinci Dünya müharibəsindən sonra Stalinin Türkiyəyə yönəlik siyasətinin öyrənilməsinə maraq kəskin şəkildə güclənmişdir.

    “KÜRD KARTI” KREMLİN ƏLİNDƏ

    2007-ci il sentyabrın 9-da Rusiya-Türkiyə Dostluq və Sahibkarlıq Assosiasiyasının nəşr etdiyi “Most” jurnalında sensasiyalı bir məlumat dərc olundu. Müəlliflər yazırdılar ki, 1910-cu ildə Stalin Batumidən Anadoluya keçmiş və orada Beriyaşvili familiyası ilə yaşamışdır. Doğrudur, hələlik tarixçilərin əlində bu faktı təsdiqləyən bir sənəd yoxdur. Lakin onlar şübhə etmirlər ki, Stalin dünyanın bu regionundakı siyasi şəraitdən əla baş çıxarır və orada ən ağlagəlməz geopolitik kombinasiyalar oynaya bilirdi. İlk dəfə o, bunu (düzdür, axıra qədər olmasa da) Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamalla etmişdi. İkinci dəfə isə o, belə bir şeyi artıq İkinci Dünya müharibəsindən sonra hazırlamışdı.
    Tarixçi Artur Bağırovun yazdığına görə, Stalin 1941-ci il iyunun 21-də Hitler SSRİ-yə hücum edəndən sonra Ankaranın formal şəkildə elan etdiyi “neytrallığa” inanmırdı. Sovet Zaqafqaziyası ilə sərhəddə Türkiyə daimi rejimdə 30-a yaxın hərbi diviziya saxlayırdı, bu da sovet komandanlığını Zaqafqaziyaya atıcı diviziya və tank briqadası ilə gücləndirilmiş süvari korpusu göndərməyə məcbur etmişdi. 1942-ci ilin yayında alman ordusu sürətlə Xəzər dənizinə yaxınlaşıb Qafqazı və Zaqafqaziyanı SSRİ-nin qalan hissəsindən ayırmağa çalışanda Türkiyə tərəfdən təhlükə daha real oldu. O zaman Qafqazın uğurla müdafiə edilməsi imkanı şimali İranın işğalı ilə təmin edilirdi. İran ərazisi ilə Qafqazın müdafiəsi üçün Orta Asiyadan qoşunlar gətirilirdi. ABŞ və Böyük Britaniyanın hərbi yardımı da İran ərazisindən gəlirdi.
    Müharibə bitdikdən sonra sovet ordusu İranın əsasən azərbaycanlıların və kürdlərin yaşadığı şimal əyalətlərini tərk etmədi. Stalin çoxdan düşünüb hazırladığı geopolitik kombinasiyanın birinci mərhələsini həyata keçirmək qərarına gəldi: İranın SSRİ ilə həmsərhəd bölgələrində iki yeni dövlət – muxtar Azərbaycan demokratik respublikası və Kürdüstan respublikası meydana gəldi. Bu respublikaların hökumətləri İran kommunist partiyası və kürd fəhlə partiyası üzvlərindən formalaşmışdı. Birinci halda “iki Azərbaycan”ın vahid dövlətdə birləşməsi, ikincidə isə İran, İraq və Suriyanın müəyyən hissələrindən Kürdüstan dövləti yaradılması perspektivi görünürdü. Pavel Sudoplatov öz xatirələrində yazır ki, “kürdlərin köməyilə biz o zaman Yaxın Şərq və Aralıq dənizindəki ingilis-amerikan hərbi qruplaşmasının neft məhsulları ilə təmin edilməsində müstəsna əhəmiyyətə malik İraq (Mosul) neft mədənlərini uzun müddətə sıradan çıxara bilərdik”. Məsələ təkcə bunda deyildi. Sudoplatovun dediyinə görə, plana əsasən, Yaxın Şərqdə təxribat əməliyyatları həyata keçirmək üçün kürdlərdən xüsusi briqada (min beş yüz nəfərlik) yaratmaq nəzərdə tutulurdu. Bu briqadadan Bağdadda Nuri Səid hökumətini devirmək və bununla da bütün Yaxın Şərq regionunda ingilislərin nüfuzuna ciddi zərbə vurmaq, hərbi əməliyyatların başlayacağı, yaxud SSRİ-yə birbaşa nüvə hücumu təhlükəsi yaranacağı təqdirdə isə İraq, İran və Suriya ərazisindəki neft kəmərlərini sıradan çıxarmaq üçün istifadə etmək olardı. Özü də İraq kürdlərinin o zamankı lideri Barzani Kürdüstan respublikasının yaradılmasına kömək barədə zəmanət müqabilində sovet hökuməti ilə əməkdaşlıq sazişi imzalamağa razılıq vermişdi.
    Yeri gəlmişkən, Stalinin “Böyük Azərbaycan” yaradılmasına dair ideyasını Azərbaycan Kommunist partiyasının rəhbəri Mircəfər Bağırov fəal şəkildə dəstəkləyirdi. Lakin Sudoplatovun bildirdiyi kimi, Stalin tezliklə “Azərbaycan layihəsi”ndən əl çəkdi. Bir çox tarixçilər belə hesab edirlər ki, bunda Qərbin mövqeyi, o cümlədən, İranın BMT Təhlükəsizlik Şurasına şikayətləri həlledici rol oynamışdır. Lakin məsələ, görünür, başqa cür olmuşdur.

    STALİN “TÜRK ZOLAĞI” YARANMASINI İSTƏMƏDİ

    İrandan çıxarılan sovet hərbi hissələri Naxçıvan vilayətində, Ermənistan və Gürcüstanda SSRİ-Türkiyə sərhədində yerləşdirildi. Məshəti türklərinin Gürcüstandan çıxarılaraq, Orta Asiyaya köçürülməsinə başlanıldı. Eyni zamanda bütün dünyadakı erməni diasporunun Sovet Ermənistanına qayıdışının mümkünlüyü bəyan edildi. Türkiyədə bu hərəkətə 1918-1920-ci illərdə o zaman müstəqil olan Ermənistan və Gürcüstana qarşı müharibədə Türkiyənin ələ keçirdiyi torpaqları, ilk növbədə Qars, Ərzurum, Ərdəhan və Araratı geri tələb etməyə hazırlıq cəhdi kimi baxırdılar.
    1946-cı ilin dekabr ayında İran hökuməti ABŞ və Böyük Britaniyanın dəstəyi ilə öz ordusunu şimal rayonlarına yeridərək, azərbaycanlıların və kürdlərin buradakı separatçı rejimlərini darmadağın etdi. Lakin geniş mənada “İran meydanı” Stalin üçün elə də əhəmiyyət daşımırdı. Onu daha çox SSRİ ilə müharibə olacağı təqdirdə Türkiyəyə hərbi zəmanət verən “Trumen doktrinası” narahat edirdi. Buna cavab olaraq, Stalin İsrail dövlətinin yaradılması ideyasını dəstəkləməklə birgə cənubi ərəb torpaqları “kart”ından istifadə etmək qərarına gəldi. Onun planına görə, məhz İsrailin Kürdüstanla ittifaqı bütün Yaxın Şərq regionunda qüvvələr nisbətini dəyişdirə bilərdi.
    Lakin Kreml strateqlərinin gözləmədiyi bir şey baş verdi: öz yaranışı üçün bir çox cəhətdən məhz SSRİ-yə borclu olan İsrail dövləti sovet geopolitikasının yedəyində getməkdən imtina elədi. Bunun nəticəsində “kürd layihəsi” də puça çıxmağa başladı. 1948-ci ildə Mustafa Barzaninin hərbi dəstələri İran ərazisindən keçməklə İraqdan əvvəlcə Azərbaycana, sonra isə Özbəkistana köçürüldü. Yaxın Şərqdə vəd olunmuş dövlət əvəzinə SSRİ öz ərazisində Kürd milli-muxtar mahalı yaratmaq qərarına gəldi.
    Lakin Azərbaycanın başçısı Mircəfər Bağırov anlayırdı ki, Stalin azərbaycanlıların getdikcə güclənən “Böyük Azərbaycan” ideyasını gerçəkləşdirmək imkanlarını zəiflətmək üçün kürdləri Azərbaycanda yerləşdirməyə çalışır. Buna görə də 1946-cı ildə kürdlərin Azərbaycana köçürülməsi siyasətini müdafiə edən Bağırov 1947-1948-ci illərdə onları fəal şəkildə Orta Asiyaya sürgün etməyə başladı ki, orada da onlar dilənçi günündə yaşayırdılar.
    Kürdlər indiyə qədər heç də əsassız olmayaraq əmindirlər ki, onlara qarşı təqiblər əvvəlcədən düşünülmüş əməliyyat olub. Doğrudur, bəzi müasir kürd tarixçiləri belə hesab edirlər ki, guya Bağırovun Barzaniyə qarşı şəxsi ədavəti olub, Kremldə onun əleyhinə iş aparıb, onu Stalin və Beriyanın gözündən salıb. Kürd tarixinin bu mərhələsi, yəni onların SSRİ-yə arxalanmaqla Yaxın Şərqdə öz dövlətlərini yaratmağa cəhd etməsi, görünür, onların milli şüurunda dərin iz buraxdığından, sonralar Xruşovla görüşdə Barzani zarafatla demişdi: “Mən beş dövlətə qarşı mübarizə aparmalı olmuşam”. Xruşov soruşmuşdu: “Hansı dövlətlərə qarşı?” “İraq, İran, Türkiyə, Azərbaycan və Özbəkistana qarşı” – deyə Barzani cavab vermişdi.
    Lakin bu yaxınlarda üzərindən məxfilik götürülmüş sənədlərin də göstərdiyi kimi, məsələ qat-qat qəliz olmuşdur. Hətta P.Sudoplatovun tam başqa mənzərəni təsvir edən, çoxlu təfərrüatları açıqlayan xatirələrinə də bütünlüklə inanmaq olmaz. Fakt budur ki, Stalin doğrudan da, “böyük oyun” oynayırdı. Hətta kürdlərin Qafqazdan Orta Asiyaya köçürülməsi ideyası həyata keçiriləndə də, o, “kürd layihəsinin gələcəkdə lazım olacağına” əmin idi. Buna görə də bir çox müasir tarixçilər kimi, guya 1949-1950-ci illərdə “Moskvanın Yaxın Şərqə marağının azaldığını” söyləməyə əsas yoxdur. Stalin nüvə paritetinin yaranacağı məqamı gözləyir və “Türkiyənin üstündə” Qərblə geniş qarşıdurmaya getməyə risk eləmirdi.
    Amma Pavel Sudoplatov öz xatirələrində görün, nə yazır: “Mən... Yusupovun kabinetində idim... Onun yanına Barzaninin başçılığı ilə İrandan Azərbaycana qaçmış üç min kürdü yerləşdirməyi xahiş etməyə gəlmişdim. Onları Qafqazda saxlamaq son dərəcə təhlükəli idi və rəhbərlik onları Özbəkistana köçürmək barədə qərar çıxardı...” Kürdlər, həqiqətən, Azərbaycanda silahlı üsyan qaldırmağa hazırlaşırdılar. Onlar Stalinin “böyük oyun”unda “qurbanlıq kart” rolunda olduqlarını başa düşmüşdülər.
    Üstəlik 1947-ci ildə ABŞ şəraitə müdaxilə edərək, Türkiyə ərazisində özünün hərbi və kəşfiyyat bazalarını yerləşdirdi. Bundan əvvəl isə Harri Trumen Liviya və Türkiyədə sovet bazalarını yerləşdirmək barədə Ruzveltin Stalinə verdiyi vədi yerinə yetirməkdən imtina etdi. 1951-ci ilin payızında ABŞ və Böyük Britaniyanın hərbi-dəniz qüvvələri Türkiyənin təhlükəsizliyi və NATO-nun müdafiə qabiliyyəti təhdid olunarsa, Qara dənizdəki türk limanlarından istifadə etmək hüququ əldə etdi. 1952-ci ilin yazında Türkiyə NATO-ya daxil oldu.

    1953-CÜ İLİN EPİLOQU

    Stalinin ölümündən sonra Sovet İttifaqı “kürd layihəsi”ni uzun müddətə dayandırdı, amma yaddan çıxarmadı. Kürd məsələsi ilə məşğul olmaq Mixail Suslova həvalə edildi, o da kürdlərin köməyilə İraqda Nuri Səidi devirmək naminə Barzaniyə muxtariyyət uğrunda mübarizədə hərtərəfli yardım vəd etdi.
    Öz növbəsində ABŞ da Barzaniyə hər cür dəstək vəd edib onun vasitəsilə İraqdakı ingilispərəst rejimi devirməyə və hakimiyyətə öz əlaltılarını gətirməyə çalışırdı. Kürdlərin taleyi ilə nərd kimi oynamaqda davam edirdilər.
    1953-cü ilin mayında Moskva Sovet-Türkiyə sərhədini tanıması barədə bəyanat verdi, ardınca da Nikita Xruşov Türkiyənin SSRİ-dəki səfirindən “Stalinin ədalətsizliklərinə görə” şəxsən üzr istədi. Sonralar Pavel Sudoplatov yazacaqdı: “Barzani kifayət qədər ağıllı adam olaraq, başa düşdü ki, kürdlərin gələcəyi Yaxın Şərqdə öz mənafeləri olan böyük dövlətlər arasındakı ziddiyyətlərdən nə qədər bacarıqla istifadə edəcəklərindən asılıdır. Geriyə nəzər salanda, görürsən ki, böyük dövlətlər heç də kürd probleminin ədalətli həllinə çalışmamışlar. Kürdüstanın taleyi istər Kremldə, istərsə də London və Vaşinqtonda onun öz maraqları baxımından nəzərdən keçirilməmişdir”.
    Əlbəttə, tarix feilin lazım formasını qəbul etmir. Amma bu da bir həqiqətdir ki, hadisələr başqa tarixi dönəmdə özünəməxsus şəkildə təkrarlanmaq xüsusiyyətinə malikdir.


    Stanislav TARASOV,

    Dmitri YERMOLAYEV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 661
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30